Azərbaycan Dövlət İnformasiya Agentliyi

117 xəstə sümük iliyi transplantasiyası üçün öz növbəsini gözləyir

Bakı, 15 mart, AZƏRTAC

2020-ci ilin aprel ayından İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən icra olunan “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 32 nəfərə sümük iliyi transplantasiyası əməliyyatı həyata keçirilib. Əməliyyat olunanların 19-u 12 yaşadək uşaqlardır. Əməliyyatlarda sümük iliyi donorları pasiyentlərin qardaş və bacıları olub. Həm əməliyyata hazırlıq dövründə, həm də əməliyyatdan sonrakı mərhələdə uşaqlara lazım olan bütün dərman preparatları bu proqram çərçivəsində pulsuz təqdim olunur. Cərrahi əməliyyatlar “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”nin (TƏBİB) tabeliyindəki Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya bölməsində (Talassemiya Mərkəzi) icra olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova jurnalistlərə açıqlamasında deyib.

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya bölməsinin Sümük iliyi transplantasiyası şöbəsinin müdiri, hematoloq Nərgiz Əliyevanın sözlərinə görə, irsi və bədxassəli hematoloji xəstəliklərdə qan hüceyrələrini yaradan sümük iliyi normal funksiyalarını itirdiyi üçün sümük iliyində qan hüceyrələrinin əmələgəlmə prosesində bir sıra problemlər yaranır: “Bu xəstəliklərin müalicəsində sümük iliyi transplantasiyası önəmli yer tutur. Sümük iliyi transplantasiyası sağlam qan hüceyrələri əmələ gətirməsi üçün kök hüceyrələrinin xəstəyə nəql edilməsidir. Bu müalicə metodu ilə xəstələrin irsi və bədxassəli hematoloji xəstəliklərdən tamamilə sağalma şansları olur”.

Nərgiz Əliyeva əlavə edib ki, köçürülmüş kök hüceyrələr təxminən 3-4 həftə ərzində yeni sümük iliyinin fəaliyyətinə başlanğıc verir. Bu müddət ərzində xəstəyə qan məhsulları (eritrosit, trombosit kütlələri, yeni dondurulmuş plazma) və antibakterial, antiviral, antifunqal müalicələri aparılır.

“117 xəstə sümük iliyi transplantasiyası üçün öz növbəsini gözləyir. Onlar donorları olan şəxslərdir. Hazırda mərkəzdə 6 palata var. Əməliyyat olunan xəstələr iki aya qədər nəzarətdə saxlanıldıqdan sonra evə buraxılırlar. Xəstələr evə buraxıldıqdan sonra növbə gözləyənlər əməliyyat edilə bilərlər. İl ərzində 30-dan çox xəstəni əməliyyat edə bilirik. Otuz iki nəfər isə uğurla əməliyyat olunub, sümük iliyi tam tutub və onlar sağlam həyatlarını davam etdirirlər. Ümumiyyətlə bu günə qədər 127 xəstəyə sümük transplantasiyası köçürülüb. 32 nəfər isə proqram çərçivəsində əməliyyat olunub. Pasiyentlərdən ən böyüyünün 19, ən kiçiyinin 3 yaşı var. Ölkədə donor bankının yaradılması ilə bağlı aidiyyəti üzrə müraciət olunub və yaxın gələcəkdə bu proseslər həyata keçiriləcək”, - deyə N. Əliyeva qeyd edib.

Şöbə müdiri Milli Hematologiya və Transfuziologiya Mərkəzində 3500 talassemiya xəstəsinin qeydiyyatda olduğunu da diqqətə çatdırıb.

Şamaxı şəhər sakini Fidan Atamalıyeva qızı Qərənfil Atamalıyevaya üç aylığından ayda iki dəfə qan köçürüldüyünü və bununla bağlı çətinliklər yaşadığını deyib. O, ötən ay qızının sümük iliyi transplantasiyası əməliyyatını keçirdiyini və donorunun qardaşı olduğunu bildirib: “Fevralın 7-də əməliyyat təyin olunmuşdu. Donor olan oğlum Emin COVID keçirdi. Qərənfilin vəziyyəti pisləşmişdi, ilik köçürülməli idi. Əks halda onu itirəcəkdik. Nərgiz Əliyeva üç gün ərzində donorun vəziyyətini stabilləşdirdi və donordan ilik çəkib Qərənfilə köçürdülər. Hər iki övladımın - Eminin də, Qərənfilin də həyatı xilas oldu. Hazırda ikisi də normal həyata qayıdıb. Qərənfilin iliyi 100 faiz tutub, vəziyyəti çox yaxşıdır. Qırx beş gündür buradayıq. Personaldan da razıyıq. Valideynlərə bildirirəm ki, həmin əməliyyat üçün xaricə üz tutmağa ehtiyac yoxdur. Ölkəmizdə sümük iliyi transplantasiyası yüksək səviyyədə icra oluna bilir”.

Ağdaş rayon sakini Günel Həşimova isə qızı Hürü Əbdürrəhimovanın bir yaş yarımlığından talassemiyadan əziyyət çəkdiyini və bu səbəbdən ayda iki dəfə mərkəzə gəlməli olduqlarını deyib: “Hazırda qızımın 15 yaşı var. Onun əməliyyatı çox çətin və riskli idi. Donoru qardaşı Sadiq oldu. Çox sevinirəm ki, əməliyyat uğurla nəticələndi. Qızımın iliyi də 100 faiz tutdu. Hər iki övladımın vəziyyəti yaxşıdır. Qızım normal həyata qayıdıb. Analara müraciət edirəm ki, qorxmasınlar. Çox sevinirəm ki, ölkəmizdə həmin əməliyyatı uğurla icra etmək mümkündür”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Mehmet Emir Aksoy: Azərbaycan Qafqazın parlayan ulduzu və milli iradənin rəmzidir

Gürcüstan DİN külli miqdarda narkotik və psixotrop maddələrin ölkəyə qanunsuz idxalının qarşısını alıb

Qobustanda Vətən müharibəsi şəhidinin xatirəsi yad edilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Şahin Bayramov: Dövlət müstəqilliyi xalqımızın ən böyük tarixi nailiyyəti, milli birliyimizin və gələcəyimizin başlıca təminatıdır

“Əl-Ərəbiyə”: Misir Milli Müdafiə Şurası Səudiyyə Ərəbistanına hərbi yardım göstərilməsi barədə qərar qəbul edib

Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib

Ukrayna Silahlı Qüvvələri Rusiyanın hərbi məqsədli obyektlərinə hava zərbələri endirib

Zelenski: Rusiya atəşkəsdən sonra Ukraynanın enerji sektoruna 76 dəfə hücum edib

İranda müdafiə naziri vəzifəsinə yeni təyinat təsdiqlənib

Çempionlar Liqası: “Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub

Sabahın hava proqnozu açıqlanıb

Vətən müharibəsinin xronikası: 18 oktyabr

Türkiyədə Azərbaycanın ünvanına təbriklər göndərilir

FHN: Lökbatanda anbarda baş vermiş yanğın söndürülüb

Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Bu saata olan əsas xəbərlər

Vahid geyim forması təlim-tərbiyə mühitində sosial bərabərliyi və nizam-intizamı gücləndirir

Fransada iğtişaşlar zamanı 855 nəfər saxlanılıb

Sankt-Peterburqa dron hücumu nəticəsində bir nəfər ölüb, xəsarət alanlar var YENİLƏNİB

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Bakıda aktiv həyat tərzinin təbliğinə həsr olunan kütləvi yürüş keçirilib

Ülviyyə Zülfiqar: Azərbaycanın 35 illik müstəqillik tarixi güclü dövlətçilik ənənələrinin təntənəsidir

Azərbaycan Premyer Liqasında VIII tura 2 oyunla yekun vurulur

Hüquqşünas: Müstəqil və suveren Azərbaycanın qarşısında daha böyük hədəflər var

Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb

Azərbaycan xalqı öz dövlət müstəqilliyini əsrlər boyu apardığı mübarizənin nəticəsi olaraq bərpa edib - ŞƏRH

FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb – YENİLƏNİB 2

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur