CƏMİYYƏT
Avtomobildə gizlədilən siqaretlər aşkarlanıb VİDEO
Bakı, 12 fevral, AZƏRTAC
Avtomobildə gizlədilən siqaretlər aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməliyyat şöbəsinə daxil olan məlumat əsasında “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi “Opel Vectra” markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib. Baxışdan əvvəl şifahi sorğu-sual edilən vətəndaş ona məxsus nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və ya bəyan olunmayan hər hansı predmetin olmadığını bildirsə də, yoxlama zamanı avtomobilin yük yerində gizlədilən, üzərində “King” yazısı olan 3400 ədəd tütün məmulatı aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.