Təhsil naziri Beynəlxalq Nəzəri Fizika Mərkəzinin direktoru ilə görüşüb
Bakı, 20 sentyabr, AZƏRTAC
Sentyabrın 20-də Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov İtaliyanın Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzinin direktoru Fernando Quevedonla görüşüb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə bu qurum və ölkəmizin ali təhsil müəssisələri ilə Beynəlxalq Nəzəri Fizika Mərkəzi arasında mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib.