Göygöl sakinində silah aşkarlanıb VİDEO
Bakı, 31 yanvar, AZƏRTAC
Qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində daxili işlər orqanlarının əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Topalhəsənli kənd sakini Mərdan Həsənovun kənddə yaşadığı evə baxış keçirilən zaman oradan “Karabin” markalı yivli odlu silahı və həmin silaha aid 29 patron aşkarlanaraq götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.