Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Hesablama Palatası pandemiya ilə mübarizə şəraitində büdcə parametrləri ilə bağlı təkliflər hazırlayıb

Hesablama Palatası pandemiya ilə mübarizə şəraitində büdcə parametrləri ilə bağlı təkliflər hazırlayıb

Bakı, 6 aprel, AZƏRTAC

Dünyanı bürüyən COVID-19 pandemiyasının həyatın bütün aspektlərini öz təsiri altına alması hər bir ölkənin öz imkanlarına yenidən baxmasını və gələcək prioritetlərini bir daha gözdən keçirməsini zərurətə çevirib. Hesablama Palatasının sədri Vüqar Gülməmmədov yeni şəraitin yaratdığı şərtlər, fəsadların aradan qaldırılması istiqamətində atılan addımlar və postpandemiya dövründə zəruri olan tədbirlər barədə AZƏRTAC-ın suallarını cavablandırıb.

- İlk olaraq Hesablama Palatasının cari fəaliyyətinin təşkili və sonrakı dövr üçün planları barədə danışaq.

- Pandemiya əlbəttə, bir dövlət qurumu olaraq bizim də fəaliyyətimizə təsir göstərib. Biz fəaliyyətimizi qəbul edilmiş qərarlar çərçivəsində qurmuşuq, belə ki, “evdən iş” prinsipinə keçmişik. Aydındır ki, 2020-ci il üçün İş planına yenidən baxmaq zərurəti yaranacaq. Biz, planlaşdırılmış tədbirlərin tam olaraq həyata keçirilməsi üçün əlimizdən gələni edəcəyik. Ötən ildən tətbiq etməyə başladığımız AFİS proqramı audit fəaliyyətinin bütün mərhələlərinin distant idarə olunması imkanlarını da yaradır. Cari ildə başlanılan auditlərin bu şəraitdə başa çatdırılmasına çalışırıq.

İş planına yenidən baxılan zaman diqqətimizdə beynəlxalq təcrübədə ali audit orqanlarının tətbiq etdiyi yanaşmaları öyrənməklə bu şəraitdə üstünlük verilən nəzarət metodları və istiqamətləri də olacaq. Pandemiya ilə mübarizə istiqamətində icra olunan vəsaitlərin nəticəliliyinin səmərəlilik (performans) auditindən istifadə etməklə qiymətləndirilməsi məsələləri diqqətdə saxlanılacaq.

Biz öz “Facebook” səhifəmizdə pandemiya şəraitində xarici dövlətlərdə ali audit orqanlarının öz fəaliyyətini necə təşkil etməsi ilə yanaşı, hansı məsələlərə diqqət yetirəcəyi barədə kiçik arayış yerləşdirmişik. Sizə də minnətdaram ki, ilk olaraq mətbuat səhifələrində bu məlumatları təqdim etdiniz.

- Pandemiya vətəndaşın həyatı ilə bağlı təhlükələr yaradır, lakin bunun həyat səviyyəsi göstəricilərinə də təsiri olacaq.

- COVID-19 pandemiyasından yəqin ki, ən çox zərər görən sahə dünya ölkələrində olduğu kimi, Azərbaycanda da sosial sahədir. Əlbəttə, pandemiya məşğulluq imkanlarını məhdudlaşdırıb ki, bu da gəlir əldə etmə imkanlarının məhdudlaşması deməkdir. Son dövrlərdə kölgə iqtisadiyyatı ilə aparılan əhəmiyyətli mübarizə tədbirləri fonunda gizli iqtisadiyyatın azalması müşahidə olunsa da, bu hal hələ də tam aradan qaldırılmayıb və işlər davam edir. Əlbəttə ki, mövcud və yüksələn qeyri-müəyyənlik, azalan tələb ilk növbədə bu tip iqtisadi fəaliyyətdən gəlir əldə edənlərin maddi vəziyyətinə təsir edəcək. Digər tərəfdən, yalnız həyat üçün zəruri hesab edilən obyektlərin işləməsinin sahibkarlığa nəzərəçarpacaq dərəcədə ziyan vuracağı qaçılmazdır.

Makrofiskal şəraitdə atılan addımlar üzrə ilk olaraq qeyd edək ki, dövlətimizin addımları zamana və şəraitə uyğun olaraq operativ şəkildə atılıb. Belə ki, ayrı-ayrı ölkələrin hazırkı təcrübəsi (ABŞ, Fransa, Rusiya, Honkonq və sair) nağd pul vasitəsilə əhali və biznesin maddi maraqlarını qarşılamağa çalışır. Hətta sosial həssas qruplara aylıq və davamlı ödənişlər edilir. Bu şəraitdə dövlətimiz tərəfindən atılan addımların mərkəzində məhz vətəndaşların sosial rifahının dəstəklənməsi durur. Bu, qəbul edilmiş Tədbirlər Planında aydın şəkildə öz əksini tapıb. Pul vəsaitlərinin inflyasiya təsiri ilə bağlı səsləndirilən gözləntilərə cavab olaraq qeyd edim ki, cari şərtlərdə bu, aktual deyil, belə ki, hazırda prioritet məsələ ölkə vətəndaşlarının həyat səviyyəsinin qorunmasıdır və atılan addımlar da bu istiqamətdədir. Koronavirusla mübarizəyə yönəldilən vəsaitlər, hesab edirik ki, cari il üçün ÜDM-in 5 faizindən çox olacaq.

- Cari şərtlərin büdcəyə təsirlərini qısa şəkildə icmallaşdırmaq olarmı?

- Gəlirlər barədə danışsaq, qeyd edək ki, pandemiyanın sürətlə yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan qadağa tədbirlərinin sərtləşdirilməsi və kütləviləşdirilməsi iqtisadi artımın, eləcə də büdcəyə daxil olması planlaşdırılmış qeyri-neft sahələri üzrə vergi gəlirlərinin azalmasına səbəb olacaq.

Xərclərə təsirinə gəldikdə, qeyd edim ki, pandemiya ilə mübarizə istiqamətində atılan addımlar artıq büdcə xərclərinin strukturunun dəyişməsinə səbəb olacaq və bu da, öz növbəsində, dövlət büdcəsi haqqında qanuna yenidən baxılmasını zəruri edir.

- Büdcəyə yenidən baxılması zərurəti daxilində ali audit orqanı olaraq Hesablama Palatasının təklifləri barədə danışaq.

- İlk olaraq deyim ki, Hesablama Palatasının onlayn rejimdə struktur şöbələrlə bu barədə müzakirələr aparılıb və təkliflərimizi həftənin sonuna qədər Nazirlər Kabinetinə təqdim etməyi planlaşdırırıq. Hər bir təklifin mümkün qədər əsaslandırılmasına çalışacayıq.

Göndəriləcək təkliflərin hökumətin fəaliyyətinə faydalı olması və bu ağır sınaqdan az itkili çıxmasına səbəb olacağı qənaətindəyik.

- Hesablama Palatasının təklifləri barədə nələri xüsusi qeyd etmək istərdiniz.

- Yenə də ilk olaraq gəlirlər barədə. Qeyd etdiyim kimi, pandemiya gəlirlərə təsirsiz ötüşməyəcək və bu təsir mənfi istiqamətlidir. Bu baxımdan büdcəyə yenidən baxılması prosesində neft sahələrindən gəlirlər, həmçinin əmlak vergisi və torpaq vergisi istisna olmaqla digər vergi növləri üzrə proqnoz göstəricilərin yenidən hesablanması vacibdir. Bu zaman zərərçəkən və gəlirləri artan sahələrin mütləq qaydada nəzərə alınması lazımdır.

Aydındır ki, gəlir imkanlarının məhdudlaşması və xərclərin artımı “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanunda nəzərdə tutulmuş büdcə qaydasının tətbiqinin də müvəqqəti olaraq dayandırılması məsələsini aktuallaşdırır. Ümumiyyətlə, fiskal intizamın ən kəskin keşikçilərindən hesab olunan ali audit orqanları belə cari şərtlərdə bu intizamın bir qədər yumşaldılması tərəfdarlarındandır.

Düşünürük ki, Azərbaycan nümunəsində büdcə xərclərinin ünvanlılığının artması – daha həssas qruplara davamlı olaraq müavinətlərin verilməsi (hətta pandemiya bitdikdən sonra) ilk addımlardan olacaq. Pandemiyanın nə qədər müddət davam edəcəyini və tam fəsadlarının miqyas olaraq qiymətləndirmək çətindir. Həssas qruplar davamlı olaraq əziyyət çəkdiyi üçün bu tədbirlər müntəzəm xarakter alacaq.

Cari xərclərin artımının davamlı xarakter daşıyacağı şübhəsizdir. Xüsusilədə büdcə sektorunda çalışan (sosial sahədə çalışan) işçilərin maliyyələşdirilməsi davam edəcək. Dövlət büdcəsinə yenidən baxılan zaman cari xərclərin həcminin 2020-ci il ilin birinci rübü səviyyəsində saxlanılmasına da diqqət yetirməliyik.

İnvestisiya xərclərinin daxili borclanma hesabına icra edilməsi, həmçinin əsaslı xərclərin yalnız məşğulluğu davamlı olaraq təmin edəcək (zavod, fabrik və sair) layihələrin maliyyələşdirilməsinə yönəldilməsi, həmçinin vəsaitlərdən səmərəli və nəticəli istifadənin daha da qabarıq şəkildə təbliği cari şərtlərdə aktualdır. Çünki hazırkı şəraitdə iqtisadi artım və məşğulluq balansı büdcə modelinin gələcəyi hesab edilir.

Təkliflərimizdən biri də real sektorda azad rəqabətin və özünüreallaşdırmanın daha da artırılması baxımından dövlət satınalmalarını tənzimləyən qanunvericilik aktlarının yenilənməsi və onlara əməl olunmasına nəzarətin gücləndirilməsi, müsabiqə proseslərinin tam elektron qaydada aparılması imkanlarının da mərkəzləşdirilmiş qaydada tənzimlənməsi ilə bağlıdır.

Digər bir tərəfdən, gözlənilməz və sosial-iqtisadi əhəmiyyətə malik xərclərin maliyyələşdirilməsi məqsədi daşıyan ehtiyat fondların həcminə qanunvericiliklə nəzərdə tutulan sərhədlərin müvəqqəti olaraq genişləndirilməsi məsələsinə də baxıla bilər.

Prezident İlham Əliyev tərəfindən büdcə xərclərinə yenidən baxılması istiqamətləri konkret olaraq səsləndirilib. Ölkə başçısının göstərişlərinin yetirilməsi investisiya xərclərinin prioritet istiqamətlər saxlanılmaqla azaldılması və strukturunun dəyişməsi, büdcə təşkilatlarının “evdə qal” prinsipindən “qənaətlə xərclə” prinsipinə keçirilməsini nəzərdə tutur. Eyni zamanda, bütün xərc istiqamətlərinin sərt qənaət prinsipləri ilə icrası bir zərurətdir. Düşünürük ki, minimum sosial standartlara yenidən baxılması zərurəti yaranacaq.

Cari şərtlər dövlət borcunun da diqqətdə saxlanılmasını tələb edir. Fikrimizcə, xarici borcların Dövlət Neft Fondunun büdcəyə nəzərdə tutulan transfertləri hesabına ödənilməsi bu borcu daha az “təhlükəli” edər. Yeri gəlmişkən, Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın yeni prioritetlər və şərait nöqteyi-nəzərindən yenidən işlənilməsi, formalaşan yeni risklərin bu Strategiyada nəzərə alınması da bir zərurətə çevrilib.

Ümumiyyətlə, belə bir şəraitdə dövlətin büdcə vasitəsilə iqtisadiyyata müdaxiləsi imkanlarının genişləndirilməsi gələcəkdə iqtisadi artımın təmin edilməsinə xidmət göstərmiş olacaq. Belə yanaşma Azərbaycan Prezidentinin tapşırıqlarının müvəffəqiyyətli icrasını da təmin etmək imkanlarını artırar.

- Beynəlxalq təcrübə göstərir ki, xüsusi şərtlər, o cümlədən yaşadığımız pandemiya şəraitində dövlətin müxtəlif addımlar atmasını zərurətə çevirir. Azərbaycanda bu məqsədlə hansı digər tədbirlər Hesablama Palatası tərəfindən tövsiyə edilə bilər?

- Qeyd edim ki, Beynəlxalq Valyuta Fondunun ekspertləri, ümumiyyətlə, bu şəraitdə dövlətlərin iqtisadiyyata büdcə vasitəsilə fəal müdaxiləsini zəruri hesab edir. Bu ilk növbədə, baş verən pandemiyanın çox ağır fəsadları ilə əlaqələndirilir. Bu böhran digərlərindən tamamilə fərqlənir və ekspertlər tərəfindən bu şərait daha çox “müharibə” kimi dəyərləndirilir.

Beynəlxalq Valyuta Fondu həyata keçirilməli tədbirləri 3 istiqamət üzrə qruplaşdırır.

• Həyati əhəmiyyət kəsb edən sektorların fəaliyyətinin bərpası;

• Böhrandan əziyyət çəkənlərə zəruri həcmdə resursların təqdim edilməsi;

• İqtisadiyyatın daha dərin fəsadlarla üzləşməsinin qarşısının alınması.

Təcrübənin araşdırılması ali audit orqanları tərəfindən aşağıdakı məsələlərin diqqətdə saxlanıldığını göstərir:

• sosial ehtiyacların ödənilməsinə yönəldiləcək xərclərin sərhədlərinin genişləndirilməsi məqsədilə yeni potensialların formalaşdırılması, bunun üçün xərclərin faydalılığının artırılmasına daha çox xidmət məhsuldar xərclərin dəstəklənməsi fonunda səmərəlilik, nəticəlilik və qənaətlilik üçlüyünə üstünlük verilməsi;

• maddi artımlar ilkin mərhələdə əməkhaqqı və müavinət artımı kimi olsa da sonradan daha çox iqtisadi artıma hədəflənən sosialyönümlü addımların dəstəklənməsi, başqa sözlə yeni iş yerlərinin yaradılması və mövcud iş yerlərini qoruyub saxlayacaq şirkətlərin dəstəklənməsi, son nəticədə büdcənin iqtisadi artımın mənbəyinə çevrilməsi məqsədilə xərclərin strukturunun sosial faydalılığa hədəflənməsi;

• Xarici valyutada alınan borcların mümkün təhdidlər fonunda “təhlükəli” olması baxımından əsasən daxili borclanmaya üstünlük verməklə, həmçinin işçi sayı və əhatəsi böyük olan dövlət müəssisələrinə qısa müddətli daxili borclanma dəhlizini açmaqla xarici borclanma imkanlarının minimallaşdırılması, son nəticədə məcmu dövlət borcunun strukturun dəyişməsi.

Beləliklə də, pandemiyanın sərhədlərinin qlobal olması hər bir ölkədə atılan addımların eyni məqsədə xidmət etdiyini qeyd etmək imkanı verir. Bu baxımdan ümumiləşmə apararaq diqqətə çatdırım ki, cari şərtlər daxilində fəaliyyətimizin davamılılğını təmin etməklə beynəlxalq yanaşmaların öyrənilməsi və daha yaxşı təcrübələrin seçilməsinə üstünlük verəcəyik. Belə ki, bir dövlət qurumu və bu ölkənin vətəndaşları olaraq məqsədimiz Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirlərə dəstək olmaq, bu problemin doğurduğu fəsadların daha az ağrı və ziyanla aradan qaldırılmasında fəal iştirak etməkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb

Quterreş Azərbaycan və Ermənistanı münasibətlərin normallaşması üçün bütün məsələləri həll etməyə çağırıb

Blinken Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə razılaşmanı alqışladığını bildirib

Ekvadorda enerji böhranı ilə əlaqədar iki ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib

OLED-displeyləri ilə təchiz edilmiş ilk bank kartı təqdim olunub

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb