Prezidentin köməkçisi: Hələlik Azərbaycanın hava əlaqələrinin bərpası nəzərdə tutulmur VİDEO
Bakı, 16 aprel, AZƏRTAC
Hələlik Azərbaycanın hava əlaqələrinin bərpası nəzərdə tutulmur və bu, may ayına da şamil ediləcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri aprelin 16-da Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Prezidentin köməkçisi qeyd edib ki, həmin müddətdə xüsusi çarter reysləri istisna olmaqla, sərnişin daşımalarının həyata keçirilməsinə yol verilməyəcək. Bu tədbirlər virusun xaricdən ölkəmizə daxil olunmasının və yenidən yoluxmaların qarşısının alınması məqsədilə həyata keçirilir.