“Qış təlimi-2021” birgə taktiki təlimləri başlayıb VİDEO
Bakı, 1 fevral, AZƏRTAC
Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi-2021” birgə təlimlərinin aktiv fazası başlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimin ssenarisinə uyğun olaraq minaatan bölmələri aşkar olunan müxtəlif hədəfləri məhv ediblər.
Təlimlər fevralın 1-dən 12-dək keçiriləcək.
Qeyd edək ki, “Qış təlimi-2021”də Türkiyə Silahlı Qüvvələrinin bölmələri ilə yanaşı Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da iştirak edir.