171 nömrəli məktəbdə “Narkomaniyaya yox deyək!” adlı tədbir keçirilib
Bakı, 18 aprel, AZƏRTAC
Paytaxtın Xətai rayonundakı 171 nömrəli tam orta məktəbdə “Narkomaniyaya yox deyək!” adlı tədbir keçirilib.
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin həkim-infeksionisti Emilya Şahbazova narkotika istifadəçiləri arasında geniş yayılan İnsanın İmmun Çatışmazlığı Virusu (İİV) infeksiyası, Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) haqqında məlumat veriblər.
AZƏRTAC Səhiyyə Nazirliyinin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, tədbirdə çıxış edənlər narkomaniyanın acı fəsadlarından, narkotik təsir altına düşənlərin öz arzularından kənarda qalmasından, ailə faciələrindən söhbət açıb. Bəşəriyyətin ən böyük bəlalarından sayılan narkomaniyanın insan sağlamlığına vurduğu ziyan, törətdiyi fəsadlarla bağlı öz fikirlərini səsləndiriblər.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.