Şabranda külli miqdarda çətənə bitkiləri və marixuana aşkarlanıb VİDEO
Şabran, 19 avqust, Elxan Yusifli, AZƏRTAC
Şabran Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində külli miqdarda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Novruz Dostəliyevi saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, həmin şəxsin yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq əkib yetişdirdiyi külli miqdarda (ümumi çəkisi 250 kiloqram) yaş və 5 ədəd quru çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülüb.
Bundan başqa, həmin şəxsin yaşadığı evə baxış zamanı külli miqdarda kustar üsulla hazırlanmış marixuana aşkar olunaraq götürülüb.
Faktla bağlı istintaq aparılır.