SİYASƏT
19 saylı Nərimanov I seçki dairəsinin əhatə etdiyi seçki məntəqələrində səsvermə başa çatmışdır
Bakı, 9 oktyabr (AZƏRTAC). 19 saylı Nərimanov I seçki dairəsinin əhatə etdiyi seçki məntəqələrində səsvermə uğurla başa çatmışdır.
19 saylı Nərimanov I seçki dairəsi dairə seçki komissiyasının sədri Etibar Abdullayevin AZƏRTAC-a verdiyi məlumata görə saat 19:00-dək səsvermədə 29492 nəfər iştirak etmişdir ki, bu da dairə üzrə seçicilərin 65,5 faizini təşkil etmişdir.
Dairə seçki komissiyasının tərkibində olan 32 seçki məntəqəsi bütün zəruri avadanlıqla təmin edilmişdir. Şəffaflığın təmin edilməsi məqsədilə dairənin 10 məntəqəsində veb-kameralar quraşdırılmışdır. Ümumilikdə 44 min 996 seçicinin əhatə olunduğu bütün seçki məntəqələrində əhalinin rahatlığı nəzərə alınmış və seçicilərin öz istədikləri namizədə səs vermələri üçün hər cür şərait yaradılmışdır.
Məntəqə seçki komissiyalarında beynəlxalq və yerli müşahidəçilər seçki prosesinin gedişini izləmişlər. Çoxsaylı xarici və yerli kütləvi informasiya vasitələri seçkilərin gedişinin işıqlandırılmasında iştirak etmişlər.