2020-Cİ İLƏDƏK DÜNYADA NEFT HASİLATI GÜNDƏ 100 MİLYON BARREL SƏVİYYƏSİNƏ ÇATACAQDIR
AZƏRTAC xəbər verir ki, dünyada neft hasilatı 2020-ci ilədək, əsasən, geosiyasi səbəblərə görə son həddə çatacaqdır. Bunu Fransanın “Total” neft qrupunun nümayəndələri jurnalistlərlə görüşdə bildirmişlər. Şirkət güman edir ki, bu hədd gündə 100 milyon barrel olacaqdır.
Beləliklə, “Total” qrupunun nümayəndələri digər ekspertlərlə müqayisədə daha erkən və bədbin ruhlu tarix göstərmişlər. Məsələn, Beynəlxalq Enerji Agentliyi (BEA) hazırkı təqribən 87 milyon barrelə qarşı 2030-cu ildə gündə 103 milyon barrel və hətta 116 milyon barrel neft hasil ediləcəyini proqnozlaşdırır.
“Total” güman edir ki, 2005-2030-cu illər arasında neftə tələbat sürətlə inkişaf edən ölkələr hesabına hər il 1,2 faiz artacaqdır. Lakin “təklif tələbi məhdudlaşdıracaq, buna görə də enerjiyə qənaət etmək lazım gələcəkdir”.
“Total” qrupunun məlumatına əsasən, dünyada kəşf edilmiş neft ehtiyatları hazırda 100 milyard barrel təşkil edir, təqribən 200 milyard barrel hələ kəşf olunmalıdır, 300 milyard barrel tullantıların emalının təkmilləşdirilməsi, habelə 600 milyard barrel ağır yağların emal edilməsi nəticəsində alınacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [12:10]
Media: Aviaşirkətlər qış uçuş cədvəllərində böyük dəyişikliklərə hazırlaşır
- 10.06.2026 [12:09]
Araşdırma: İtlər insan mesajlarını sözlər olmadan da anlaya bilir
- 10.06.2026 [12:06]
Beynəlxalq Sivilizasiyalararası Dialoq Günü
- 10.06.2026 [12:02]
Fransada yaşlı insanların sayının artacağı gözlənilir
- 10.06.2026 [11:36]
Yohannesburqda kütləvi atışma nəticəsində 12 nəfər ölüb
- 10.06.2026 [11:32]
BƏT: Dünyada təqribən 138 milyon uşaq əmək istismarına məruz qalır
- 10.06.2026 [11:31]
Yəmən sahillərində silahlı şəxslər yük gəmisinə hücum edib
Bu saata olan əsas xəbərlər
- [12:00]
Yoldaşlıq oyunu: Azərbaycan millisi San-Marinoya qalib gəlib
- 09.06.2026 [23:56]
Tural Möyüfov: “HÜDUD” reallıqla abstraksiya arasındakı keçidin axtarışıdır
- 09.06.2026 [23:49]
Dioqo Balau “Turan Tovuz”a keçib
- 09.06.2026 [23:30]
Seçmə mərhələ: Azərbaycan millisi Şimali Makedoniyanı məğlub edib
- 09.06.2026 [23:28]
“Zirə” Anatoli Nuriyev ilə vidalaşıb
- 09.06.2026 [23:26]