Azərbaycan Dövlət İnformasiya Agentliyi

2027–ci ildə ölkəmizdə yaşıl enerji istehsalı 30 faizə çatdırılacaq

2027–ci ildə ölkəmizdə yaşıl enerji istehsalı 30 faizə çatdırılacaq

Bakı, 11 yanvar, AZƏRTAC

On doqquzuncu əsrin əvvəllərində dünyada böyük neft istehsalçısı kimi tanınan Azərbaycan 2000-ci illərdə iri təbii qaz ölkəsinə çevrilib. Hazırda isə “yaşıl enerji”yə keçid mərhələsinə başlanılıb və energetika sahəsində 2030-cu ilə qədər iki beşillik plan müəyyən edilib. Birinci strategiya 2022-2026-cı illər üçün nəzərdə tutulub. Yeri gəlmişkən onu da deyim ki, bütün elektrik enerjisi üzrə qoyuluş gücü Azərbaycan üzrə 8 min MVt-dan bir az artıqdır. 2030-cu ilə qədər qoyuluş gücündə yaşıl enerjinin payının 30 faizə çatdırılması məsələsi qarşımızda durur. Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətləri arasında bərpaolunan enerji üzrə Qaradağda həyata keçirilən 230 MVt-lıq pilot layihəsinin istifadəyə verilməsi ilə bu, artıq 20 faizin üzərinə çıxdı. 2027-ci ildə 1870 MVt-ın əlavə olunması üzərində ciddi işlər gedir və real mərhələyə qədəm qoyulub. Hesablamalar göstərir ki, yaşıl mənbələrdən alınan elektrik enerjisinin 30 faizə çatdırılması tapşırığı 2030-cu ildə deyil, 2027-ci ildə yerinə yetirə biləcəyik və istehsal olunan enerjinin 30 faizi yox, 33 faizi yaşıl enerjinin payına düşəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə energetika nazirinin müavini Elnur Soltanov deyib.

O, Prezident İlham Əliyev tərəfindən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi barədə Sərəncamından irəli gələn vəzifələr barədə bəhs edərkən bildirib: “Dövlət başçısı işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzuru yaşıl enerji zonası elan edib. İki il əvvəl isə Qlazqoda keçirilən COP-26 konfransında həmin ərazilər xalis sıfır emissiya zonası elan edilib, yəni həmin torpaqlarda karbon dioksid qazının və digər istilik effekti yaradan qazların xalis emissiyasının sıfıra bərabər olacağı proqnozlaşdırılıb. Hazırda Qarabağ zonasında bu istiqamətdə layihələrin icrasına başlanılıb. Eyni zamanda Naxçıvan Muxtar Respublikası da yaşıl enerji zonasına əlavə edilib”.

Nazir müavinin dediyinə görə, hazırda təqribən 30 qiqavatlıq müxtəlif kateqoriyalı müqavilələr var və onların arasında anlaşma memorandumları da var. Uzunmüddətli perspektivdə həyata keçirilməyə başlanılan layihələr də həmin çərçivədədir. Xarici ölkələrə yaşıl enerji ixracı məsələsində də müəyyən plan və layihələr də var.

O, yaşıl enerji zonası elan edilən Qarabağda bu sahədə görülən işlər barədə də məlumat verib: “Hətta sovet vaxtı Qarabağ ərazisində elektrik istehlakı 100 MVt-a demək olar ki, çatmayıb. Hazırda həmin bölgədə 14 su elektrik stansiyası tikilib və ötən ilin sentyabrında həyata keçirilən antiterror tədbirlərindən sonra 6 su elektrik enerjisi üzərində də nəzarət bərpa edilib. Sərsəng su anbarındakı stansiya daxil olmaqla təqribən 74 MVt-dan artıq güc yenidən ölkəmizin nəzarəti altına keçib. Bunların hamısını üst-üstə gələndə hazırda Qarabağda 170 MVt ətrafında yeni elektrik enerji gücünə sahibik. Bu il Prezident İlham Əliyevin tapşırığına əsasən daha 12 stansiya əlavə olunacaq və bu da yeni gücün 270 MVt-a çatması deməkdir. Bunun üzərinə İqtisadiyyat Nazirliyi tərəfindən 40 MVt-lıq 10 stansiyanın hərraca çıxarılması nəzərdə tutulur. Buraya Xudafərin və Qız qalası su elektrik stansiyalarını da əlavə etsək, yaxın perspektivdə ümumilikdə 500 MVt-lıq su elektrik stansiyası deməkdir”.

E.Soltanov daha sonra deyib: “Qarabağ ölkəmizdə su ehtiyatları baxımından ən zəngin bölgədir. Lakin bir şeyi də nəzərə almaq lazımdır ki, 500 MVt gücün heç də hamısından hər vaxt istifadə etmək olmur, çünki bu, suyun axını ilə bağlıdır. Lakin bütün hallarda 30 faizlik yüklənmə əmsalı ilə götürsək, Qarabağda 150 MVt-lıq daimi işləyən su potensialına malik olacağıq. Bu, təxminən 300 min ailənin elektrik enerjisini ödəmək üçün kifayət edir. Qarabağda istehlak olunan hər bir elektron avadanlıq yaşıl mənbələrdən təmin olunacaq. Başqa sözlə desək, təbii qazla işləyən elektrik stansiyası olmayacaq”.

Qeyd edək ki, Qaradağda istifadəyə verilən "Masdar" postsovet məkanında və Xəzər regionunda özəl investisiya hesabına ən böyük stansiyadır və ötən il dekabrın 30-da günəş panelləri ilə işləyən stansiya tam gücü ilə fəaliyyətə başlayıb.

Nazir müavini deyib: “Masdar” dünya səviyyəsində bir investordur və onun şərtləri beynəlxalq enerji qurumunun şərtlərindən demək olar ki, fərqlənmir. Həmin layihələr zamanı şirkətlər adətən 70 faizə qədər krediti dünya banklarından alırlar. Həm də həmin bankların istər ekoloji, istərsə də təhlükəsizlik şərtləri həddindən artıq sərt olur. Stansiyanın istifadə verilməsi bütün dünyaya və investorlara nümayiş etdirdi ki, Azərbaycanda ən böyük layihələri həyata keçirmək mümkündür. Həmin layihə nəticəsində Azərbaycan hər il 100 milyon kubmetr qaza qənaət edəcək. Bu, Naxçıvanın illik istehlakının üçdəbirinə bərabərdir. Qənaət edilən qaz həm daxili istehlaka, həm də ixraca yönəldiləcək”.

Nazir müavini bu il Azərbaycanda keçiriləcək BMT çərçivəsində ən mötəbər tədbirlərdən biri olan COP29 platforması barədə danışarkən bunları qeyd edib: “İlk növbədə onu deyim ki, başqa heç bir platforma bu qədər ciddi əhəmiyyətə malik deyil. Burada iki əsas maraq toqquşması mövcuddur. Onun biri neft və qaz istehsal edən ölkələrlə daha çox istehlakçı olan ölkələr arasındakı maraqların qarşılaşmasıdır. İkinci maraq toqquşması ondan ibarətdir ki, inkişaf etməyən ölkələr haqlı olaraq iddia edirlər ki, dünyanın indiki hala gəlməsində onlar özlərini günahkar hesab etmirlər. Hazırda yaşıllaşdırma sahəsində atılan addımların maliyyələşməsi kifayət qədər böyükdür. Həmin ölkələr dünyadakı çirklənmənin onların günahı üzündən baş vermədiyi üçün maliyyəni öz üzərilərinə götürmək istəmədiklərini, bunun üçün dünyanı çirkləndirən inkişaf etmiş ölkələrin vəsait ayırmalı olduğunu ifadə edirlər. Azərbaycanın mövqeyi bu iki debatın tən ortasındadır. Həm Qoşulmama Hərəkatında ölkəmizin tutduğu mövqe gəliri yüksək olan və gəliri az olan ölkələrin ortasına yer almağa, həm də neft istehsal edən və neft istehlak edən ölkələr arasında debatda tam orta mövqe tutmasına səbəb olur. Azərbaycan bu mövqedən maksimum dərəcədə istifadə etməlidir. Əlbəttə, birinci növbədə məqsəd xalqımızın maraqlarına xidmət edən addımların atılmasıdır. Çox müsbət haldır ki, həmin addımların atılması dünyanın yaşıllaşmasına və xilas olmasına töhfə verəcək”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib YENİLƏNİB

Baş prokuror paytaxtın Səbail rayonunda vətəndaşların müraciətlərini dinləyəcək

Gürcüstan hökuməti Tbilisi - “Qırmızı Körpü” avtomobil yolunun tikintisinə 100 milyon lari ayırır

Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında mühüm bağlantı nöqtəsinə çevrilir - ŞƏRH

“Diqqət, uşaqlar!” aylığına yekun vurulub VİDEO

“Diqqət, uşaqlar!” aylığına yekun vurulub VİDEO

NTD amerikalı basketbolçu transfer edib

Ekspert: Süni intellekt və rəqəmsal bankçılıq İslam maliyyəsinin inkişafına təkan verir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb

Nepalda məktəb avtobusu qəzaya uğrayıb: 5 ölü, 14 yaralı

Xaçmazda mağazada yanğın olub VİDEO

Xaçmazda mağazada yanğın olub VİDEO

İran uranın zənginləşdirilməsindən imtina etməyəcəyini bəyan edib

Ramin Məmmədov: Milli-mənəvi dəyərlər dövlətçiliyin gələcəyini təmin edən əsas amillərdəndir

Nobel mükafatçısı Enn Karsonun təcrübəsi: Nizami və Füzuli irsini müasir dünyaya necə çatdırmalı?

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Azərbaycanın turizm imkanları Türkiyənin dörd şəhərində təqdim olunub

Günəşli qəsəbəsində avtomobil yolunda hərəkət məhdudlaşdırılıb

Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq

Səhiyyə Nazirliyinin klinikasında 7,5 santimetrik böyrəküstü vəz törəməsi laparoskopik üsulla çıxarılıb

Azərbaycanın mövqeyini təqdim edən rəqəmsal diplomatiyanın inkişaf etdirilməsi vacibdir - ŞƏRH

Dövlət büdcəsinin 9 aylıq gəlirləri 29 milyard manatı ötüb

® Sahibkarlar “Etender.gov.az” portalında sənədləri “SİMA İmza” imzalayacaq

EYBA-nın vitse-prezidenti: Əsl risk qərar verməkdən imtina edən, qərarlarını süni intellektə həvalə edən hüquqşünasdır

UNEC-in 3 əməkdaşı dünyanın ən yaxşı alimləri siyahısında

Gənclər Kitabxanasında görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın xatirəsi anılıb

Şəmkirdə müasir tərəvəzçilik və innovativ istixana texnologiyaları ilə tanışlıq olub

Gündüz İsmayılov: Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi aktual məsələlərdəndir

Bu gün Azərbaycan Basketbol Liqasında II tura start veriləcək

Prezident: Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Estoniyanın sığorta sektoru nümayəndələri arasında təcrübə mübadiləsi aparılıb

“FotoBax” fotomüsabiqəsinə müraciətlərin başa çatmasına iki gün qalıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulur

Prezident İlham Əliyev: Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir

AMB sədri İstanbulda qlobal iqtisadiyyatın gələcəyi barədə fikirlərini bölüşüb

Prezident İlham Əliyevin proqram xarakterli çıxışı Azərbaycanın uzunmüddətli inkişaf strategiyasıdır

Azərbaycan Premyer Liqasında VII tura start verilir

Prezident: Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilir VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilir VİDEO

Aktiv ƏDV ödəyicilərinin sayı 7 faizədək artıb

Prezident İlham Əliyev: MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib

® Mərkəzi Gömrük Hospitalının əməkdaşı təltif olunub

Enn Karsonun yaradıcılığında klassik irslə müasirlik arasında poetik dialoq qurulur - Şükufə Vəliyeva

Qızıl 70 dollaradək bahalaşıb VİDEO

Qızıl 70 dollaradək bahalaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Zelim Kotsoyev bu gün dünya çempionatında mübarizəyə başlayacaq

20, 55 və 104 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Azərbaycan nefti 8 dollardan çox bahalaşıb VİDEO

Azərbaycan nefti 8 dollardan çox bahalaşıb VİDEO

Azərbaycanın MDB-də artan rolu: Avaza Sammiti yeni əməkdaşlıq mərhələsini müəyyənləşdirir

Bu gün Ümumdünya Poçt Günüdür

Çin Avropa Parlamentinin hesabatına sərt etirazını bildirib

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib YENİLƏNİB

Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

Azərbaycan-MDB əməkdaşlığı: Əsas istiqamətlər və perspektivlər TƏHLİL

İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Prezident İlham Əliyev: Trampın regionumuzda sülh səylərinin bu il Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcəyinə ümid edirik

İran uzunmüddətli müharibə üçün kifayət qədər silah istehsal etdiyini bildirib

“Axios”: Vitkoff və Kuşner oktyabrın sonunda Moskvaya səfər edə bilər

İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar tətbiq edəcək

“Politico”: ABŞ 100 min ukraynalı qaçqını ölkədə qalmaq hüququndan məhrum edə bilər

Hörmüz boğazında bir neçə tanker minaya düşüb

NYT: Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır

BMT yanında daimi nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox şəxs saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib VİDEO

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib VİDEO

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır