2035-ci ildə Oslo ekoloji baxımdan təmiz nəqliyyatı olan şəhərə çevriləcəkdir
Stokholm, 7 aprel (AZƏRTAC). 2035-ci ilə qədər Oslo ekoloji cəhətdən təmiz nəqliyyatı olan şəhərə çevriləcəkdir.
AZƏRTAC xəbər verir ki, Norveç İşçi Partiyası 2035-ci ilə qədər Oslonu elektromobillər şəhərinə çevirməyi təklif edir. Ətraf mühitin mühafizəsinə dair yeni layihə dizel yanacağı və benzinlə işləyən avtomobillərə qadağa qoyulmasını nəzərdə tutur.
Neftlə zəngin olmasına baxmayaraq, Norveç əhalinin adambaşına düşən elektromobillərin sayına görə dünya lideridir. İsveçdə belə maşınların alınması hökumətin verdiyi güzəştlərlə tənzimlənir. Elektrokarlar əlavə dəyər vergisi olmadan satılır. Elektrokar sahibləri nəqliyyat vergisi ödəməkdən azad edilirlər. Belə avtomobillərin sahibləri pullu yollardan, bərələrdən və bələdiyyəyə məxsus dayanacaqlardan pulsuz istifadə etmək hüququna malikdirlər. Ekoloji amil də norveçlilər üçün çox əhəmiyyətlidir, çünki elektriklə işləyən nəqliyyata üstünlük verilməsi havanın çirklənməsi problemini həll edir.
Elektromobillərin ən əsas qüsuru isə bahalı servis xidmətidir.
Rauf Əliyev
AZƏRTAC -ın xüsusi müxbiri
Stokholm
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
"ADEX 2026" davam edir
- [11:23]
Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub
- 01.10.2026 [23:51]
“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb
- 01.10.2026 [23:23]
“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir
- 01.10.2026 [23:18]
Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır
- 01.10.2026 [22:55]
TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər
- 01.10.2026 [22:51]
Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil
- 01.10.2026 [22:41]