Ağstafada külək bir sıra fəsadlar törədib VİDEO
Ağstafa, 13 aprel, Ruslan Novruzoğlu, AZƏRTAC
Ötən gündən başlayaraq qərb bölgəsində əsən güclü külək Ağstafa rayonunda bir sıra fəsadlar törədib. Belə ki, külək Bakı-Qazax avtomagistralının rayon ərazisindən keçən hissəsində yol kənarında olan bəzi reklam lövhələrini aşırıb.
Rayon Fövqəladə Hallar Komissiyasından AZƏRTAC-a bildirilib ki, güclü külək nəticəsində əsasən Ağstafa çayının və Kür çayının sol sahilində yerləşən yaşayış məntəqələrinə, o cümlədən Ceyrançöl ərazisindəki elektrik dayaqlarına ziyan dəyib. Küləyin fəsadlarının aradan qaldırılması istiqamətində ərazidə bərpa işləri görülür.
Qeyd edək ki, hazırda da regionda qeyri-sabit hava şəraiti müşahidə olunur.