Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yeni istifadəyə verilmiş penitensiar müəssisələr ictimaiyyətə təqdim olunub VİDEO

Bakı, 15 aprel, Nicat Məmmədov, AZƏRTAC

Cəmiyyətimizin həssas qrupu olan yetkinlik yaşına çatmayan və qadın məhkumlar üçün bu ərəfədə Bakıda yeni inşa olunmuş penitensiar müəssisələr istifadəyə verilib. İnsan haqlarının, o cümlədən məhkumların hüquqlarının qorunmasına daim xüsusi önəm verən Azərbaycan Prezidenti İlham Əliyev həmin müəssisələrə şəxsən baş çəkərək yaradılan şəraitlə tanış olub.

Ötən əsrin 30-cu illərində inşa olunmuş və dövrün tələblərinə cavab verməyən penitensiar müəssisələrin əvəzinə inşa edilmiş yeni müəssisələrdə məhkumların müasir tələblərə uyğun şəraitdə saxlanılması, islahı, faydalı əməklə məşğul olmaları, asudə vaxtlarını səmərəli keçirmələri, təhsil və peşə ixtisaslarına yiyələnmələri, cəmiyyətə reinteqrasiyası üçün lazımi infrastruktur yaradılıb və artıq məhkumların yeni müəssisələrə köçürülməsi tam başa çatdırılıb.

AZƏRTAC xəbər verir ki, cəmiyyətin marağı nəzərə alınaraq həmin penitensiar müəssisələrdə yaradılan şəraitlə yaxından tanış olmaq məqsədilə Ədliyyə Nazirliyi aprelin 15-də geniş ictimai təqdimat keçirib, mediatur təşkil edib.

İctimai təqdimatda Ədliyyə Nazirliyinin, o cümlədən Penitensiar Xidmətinin aidiyyəti məsul işçiləri, İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman), Milli Məclisin deputatları, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Vəkillər Kollegiyasının, Mediasiya Şurasının rəhbərliyi, beynəlxalq qurumların təmsilçiləri, hüquq müdafiəçiləri, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvləri və digər vətəndaş cəmiyyəti institutları, çoxsaylı media nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə müəssisələrdə yaradılan şəraitlə tanış olublar.

Bildirilib ki, dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq, ölkədə ədliyyə sisteminin müasirləşdirilməsi ilə bağlı aparılan islahatlar çərçivəsində Penitensiar Xidmətin fəaliyyəti təkmilləşdirilir, cəza siyasəti humanistləşdirilir, məhkumların hüquqlarının qorunması, saxlanma şəraitinin, tibbi və digər təminatlarının yaxşılaşdırılması üzrə ardıcıl tədbirlər görülür.

Eyni zamanda, məhkumların cəmiyyətə reinteqrasiyası, yaşayış yerlərinə yaxın ərazilərdə cəza çəkmələri üçün paytaxtda və bölgələrdə müasir penitensiar infrastrukturun yaradılması istiqamətində mühüm işlər görülür. Bununla əlaqədar Bakının Zabrat qəsəbəsində yeni istintaq təcridxanası, Naxçıvan Muxtar Respublikasında və Şəkidə müasir penitensiar komplekslər inşa olunub. Gəncə və Lənkəran şəhərlərində, habelə paytaxtın Umbakı qəsəbəsində belə müəssisələrin tikintisi aparılır.

Bu sahədə görülən tədbirlər çərçivəsində cəmiyyətimizin həssas qrupu olan yetkinlik yaşına çatmayan və qadın məhkumlar üçün beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşasına xüsusi əhəmiyyət verilib. Məlumat verilib ki, ümumi sahəsi 22 min 600 kvadratmetr olan müəssisələr inzibati binalardan, yataqxanadan, hər cür məişət şəraiti olan mətbəxdən, yeməkxanadan, ana və uşaq bölməsindən, müvafiq tibbi avadanlıqla təchiz olunmuş tibbi-sanitar hissədən, məhkumların yaxınları ilə uzun və qısamüddətli görüş binasından və digər tikililərdən ibarətdir. Məhbusların saxlanması və islahı üçün hər cür şərait yaradılıb, istirahət, psixoloq, ibadət və digər otaqlar ayrılıb. Burada zəruri ədəbiyyatla təchiz olunmuş kitabxana, oxu zalı və kompüter otağı da vardır. Dövlətimizin başçısının istehsalat sahələrinin genişləndirilməsi, bu fəaliyyətə sahibkarların, iş adamlarının cəlb edilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq yeni müəssisədə məhkumların faydalı işlə məşğul olmaları üçün toxuculuq, xalçaçılıq, biçmə, tikiş və şirniyyat sexləri təşkil olunub.

İştirakçılar müəssisədə dövlətimizin humanizm siyasətinə və Vətən müharibəsində Zəfər salnaməsinə həsr olunan stendlərlə tanış olublar.

Stendlərdə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin humanizm siyasətinə, minlərlə ailəyə sevinc bəxş edən və cinayət törətmiş şəxslərin islahına və cəmiyyətə yenidən inteqrasiyasına xidmət edən əfv və amnistiya qərarlarının, o cümlədən respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul olunmuş humanist aktların əhəmiyyətinə həsr olunmuş fotolar nümayiş etdirilir. Həmçinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun zəfər yürüşünü, işğaldan azad olunmuş torpaqlarımıza müntəzəm səfərlər edilərək həmin ərazilərin dirçəldilməsi üzrə görülən işləri əks etdirən ekspozisiyalar yaradılıb.

Sonra məhkumların tibbi təminatı ilə bağlı yaradılan şəraitlə tanışlıq olub.

Diqqətə çatdırılıb ki, ikimərtəbəli binada fəaliyyət göstərən müəssisənin tibb-sanitariya hissəsində həkim otaqları, müasir avadanlıqla təchiz edilmiş müayinə-diaqnostika və stomatoloji kabinetlər, laboratoriya, aptek, pediatr üçün və digər yardımçı otaqlar yerləşir. Eyni zamanda stasionar bölmə və fərdi girişi olan izolyasiya üçün palatalar mövcuddur. Binada məhkumların tibbi müayinəsi və müalicəsi üçün hər cür şərait yaradılıb.

İctimaiyyət və media nümayəndələri, həmçinin binada məhkumlarla qısamüddətli görüş, eyni zamanda, məhkumların ailə üzvləri ilə üçgünlük uzunmüddətli görüşü üçün hər cür məişət şəraiti, mətbəxi, gəzinti yerləri olan ayrıca otaqlara baxıblar. Bundan əlavə, müəssisələrin ərazisində inşa olunmuş məktəb binaları barədə məlumat verilərək burada məhkumların, xüsusilə yetkinlik yaşına çatmayanların təhsil və peşə ixtisası alması üçün hər cür şərait yaradıldığı bildirilib.

Müəssisələrlə tanışlıqdan sonra akt zalında qadın və yetkinlik yaşına çatmayan məhkumlarla görüş keçirilib.

İctimai təqdimatın əsl Azərbaycan qadının obrazını yaradan, əziz xatirəsi daim qəlblərdə yaşayan görkəmli oftalmoloq-alim, Azərbaycan tibb elminə misilsiz töhfələr bəxş etmiş akademik Zərifə xanım Əliyevanın anım gününə təsadüf etdiyi vurğulanaraq bununla bağlı Ədliyyə Nazirliyi tərəfindən keçirilən tədbirlərdən bəhs olunub. Bildirilib ki, ədliyyə işçiləri Fəxri xiyabanda Zərifə xanım Əliyevanın məzarını ziyarət edərək xatirəsini ehtiramla yad ediblər.

Tədbir Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunan “Ana” şeirinin və Sevil Əliyevanın bəstələdiyi “Ana” mahnısının səsləndirilməsi ilə başlayıb.

Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova və Penitensiar xidmətin rəis müavini Oqtay Məmmədov tədbir iştirakçılarını salamlayaraq penitensiar sistemdə həyata keçirilən islahatların, məhkumların saxlanma şəraitinin təkmilləşdirilməsi üzrə görülən tədbirlərin Azərbaycan Prezidenti İlham Əliyevin bu sahənin müasir çağırışlara uyğun inkişafına göstərdiyi xüsusi qayğının və həssas münasibətin əyani təzahürü olduğunu, yeni penitensiar müəssisələrin tikintisinin məhkumların hüquqlarının təminatına, onların səmərəli islah olunaraq sosial adaptasiyasına xidmət etdiyini vurğulayıblar. Eyni zamanda, Ədliyyə Nazirliyi rəhbərliyinin məhkumların cəmiyyətə reinteqrasiyasında innovativ yanaşmanın tətbiqinə önəm verərək bu sahədə vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə ardıcıl tədbirlərin həyata keçirildiyi qeyd olunub, yeni müəssisələrdə məhkumların özfəaliyyət dərnəyinin yaradıldığı bildirilərək, “Ümidli gələcək” Sosial Təşəbbüslər ictimai birliyi tərəfindən dərnəyə musiqi alətləri hədiyyə olunub.

Tədbirdə İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Vəkillər Kollegiyasının sədri Anar Bağırov, hüquq müdafiəçisi Səadət Bənənyarlı və digər şəxslər çıxış ediblər. Çıxış edənlər müasir penitensiar müəssisələrin istifadəyə verilməsinin bu sahədə aparılan islahatlara əlavə töhfə olmaqla penitensiar sistemin fəaliyyətinin daha səmərəli həyata keçirilməsinə, məhkumların hüquqlarının etibarlı təminatına yönəldiyini bildirib, dövlətin bu sahəyə diqqət və qayğısından bəhs edib, məhkumlar üçün yaradılan müasir şəraitdən məmnunluqlarını ifadə ediblər. Vurğulayıblar ki, Azərbaycanda insan hüquqlarının təmin edilməsi əməldə özünü göstərir. İstifadəyə verilmiş yeni müəssisələrdə yaradılan yüksək şərait bunun bariz nümunəsidir.

Sonra görüş akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunan ədəbi-bədii tədbirlə davam edib, məhkumlar üçün həmçinin ehsan süfrəsi təşkil olunub.

 

Yeni istifadəyə verilmiş penitensiar müəssisələr ictimaiyyətə təqdim olunub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Doqquz ayda külək elektrik stansiyalarından istehsal 27 dəfə artıb

Fransalı rejissorlardan həyəcan təbili: Yeni büdcə layihəsi 400 filmin istehsalını təhlükəyə atır

Tibb xidmətində hərbi qulluqçuların hüquqi statusu müəyyənləşir

Yaşıl Kart sistemi üzrə fəaliyyət göstərmək hüququ olan sığorta şirkətləri açıqlanıb

Reabilitasiya tədbirləri ilə daha 120-dən çox qazi əvvəlki sağlamlığına qovuşub

Bu il Azərbaycanda 620 yeni dövlət standartı qəbul edilib

Azərbaycanda sekyuritizasiya fəaliyyəti üzrə hüquqi baza yaradılır

Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək

Azərbaycanda neft bitumu və neft koksu istehsalının həcmi 7 faizdən çox artıb

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 16 oktyabr

Agentlik sədri: Heyvanların yaşa və cinsə görə kəsilməsi məsələsinin tənzimlənməsinə ehtiyac var

Bir əsrlik tarixə işıq salan məkan: Şəki Tarix-Diyarşünaslıq Muzeyi- REPORTAJ

Neft məhsullarının istehsal dəyəri 4,6 milyard manatı ötüb

Mərkəzi Bankın səlahiyyətləri genişləndirilir

Hadrutda energetiklər üçün təşkil olunan müsabiqənin final turu başlayıb

Mingəçevir Dövlət Universiteti beynəlxalq qiymətləndirmədə 5 ulduza layiq görülüb

2027-2030-cu illərdə azad edilmiş ərazilərdə yenidənqurma və bərpa xərclərinin 13,2 milyard manat olacağı gözlənilir

Səudiyyə Ərəbistanında Asiya çempionatına hazırlıqlar davam etdirilir

Parlament təsdiqlədi: Qubanın iki bələdiyyəsinin adları dəyişdirilir

Bu il Azərbaycanın nəql etdiyi qazın 57 faizə yaxını Bakı-Tbilisi-Ərzurumun payına düşüb

Dələduzluqda ittiham olunan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib

Xüsusi xidmət orqanları əməkdaşlarının pul və maddi təminatı ilə bağlı normalar təkmilləşdirilir – qanun layihəsi təsdiqlənib

“CBS News”: ABŞ generalı İran müharibəsindən əvvəl Amerikada raket çatışmazlığı barədə xəbərdarlıq etmişdi

Bakı-Tbilisi-Ceyhan kəməri ilə daşınan neftin həcmi açıqlanıb

Milli Məclis dövlət qulluqçuları və hərbçilərin pensiya təyinatı ilə bağlı qanun layihəsini qəbul edib

UNEC beynəlxalq reytinqdə uğur qazanıb

Fransada inflyasiya səviyyəsi 3,1 faizə çatıb

Parlament Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsini təsdiqləyib

Sahibə Qafarova: Dövlətimizin başçısı İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçildiyi gün ölkəmizin tarixində xüsusi yer tutur

Ötən gün aşkarlanan qanunsuz silah-sursatın sayı açıqlanıb

Nigeriyada hərbi hissəyə hücum nəticəsində 20 nəfər ölüb

Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsinin nəticələri açıqlanıb

Mərkəzi Bank: Əbu-Dabi Kommersiya Bankı və “UBS Asset Management”lə maliyyə sektorunun inkişaf meyilləri müzakirə edilib

FAO-nun nümayəndəsi: İnnovasiyalar fermerlərin problemlərinin həllinə kömək edə bilər

AzTU-nun 5 tələbəsi “Huawei”in təqaüd proqramının qalibi olub

AQEM platformasında Azərbaycanın sülh, təhlükəsizlik və əməkdaşlıq gündəliyi - ŞƏRH

Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

Antonio Quterreş: Biomüxtəliflik Yer kürəsində həyatın təməlidir

Stokholmda azərbaycanlı yazıçı Eluca Atalı ilə görüş təşkil olunub VİDEO

Stokholmda azərbaycanlı yazıçı Eluca Atalı ilə görüş təşkil olunub VİDEO

XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

Qoşqar Təhməzli: 2027–2032-ci illər üçün Dövlət Proqramı fəaliyyətimizin yeni mərhələsini müəyyən edir

İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür

Milli Məclisdə 12 məsələnin müzakirəsinə başlanılıb

Yaponiyada güclü zəlzələ ilə bağlı xəbərdarlıq ləğv edilib

Konqratbəy Şaripov: Xankəndidə keçirilən Rektorlar Forumu birgə elmi tədqiqatlar üçün imkanlar yaradır

Numan Kurtulmuş: Türkiyə ilə Azərbaycan arasında birlik tarixi proseslərin nəticəsidir

AQTA sədri: Ölkəmizdə aqrar və qida təhlükəsizliyi sahələrində ixtisaslı kadrlara ehtiyac duyulur

“Sarı jiletlilər” yenidən səhnədə: Fransada kütləvi etiraz aksiyaları planlaşdırılır

Məcnun Məmmədov: Əsas hədəfimiz məhsuldarlığın və fermerlərin gəlirlərinin artırılmasıdır VİDEO

Məcnun Məmmədov: Əsas hədəfimiz məhsuldarlığın və fermerlərin gəlirlərinin artırılmasıdır VİDEO

Bakı Zirvəsi Azərbaycanın beynəlxalq dialoq və etimad məkanı kimi rolunu gücləndirir - ŞƏRH

Nazir: Məqsədimiz dayanıqlı və yüksək əlavə dəyər yaradan aqrar sistem formalaşdırmaqdır VİDEO

Nazir: Məqsədimiz dayanıqlı və yüksək əlavə dəyər yaradan aqrar sistem formalaşdırmaqdır VİDEO

Husilərin hökumət evinə hücumu nəticəsində 5 nəfər ölüb, 16 nəfər yaralanıb

Yaponiyada yaşayan əcnəbilərin sayı rekord həddə çatıb

Gələn il üçün icmal büdcənin xərclərinin 3,1 faiz çox olacağı gözlənilir

Azərbaycan və Özbəkistan ali təhsil müəssisələri arasında İkinci Rektorlar Forumu işə başlayıb

Deputat: Ərzaq təhlükəsizliyi regionlarımızın davamlı inkişafı ilə birbaşa bağlıdır VİDEO

Deputat: Ərzaq təhlükəsizliyi regionlarımızın davamlı inkişafı ilə birbaşa bağlıdır VİDEO

BMT: Rəqəmsal texnologiyalar və demoqrafik dəyişikliklər sosial-iqtisadi bərabərsizlikləri dərinləşdirə bilər

Azərbaycan ilə Albaniya arasında turizm əlaqələri genişləndirilir

Azərbaycan və Özbəkistan gənclərini birləşdirən təhsil və mədəniyyət körpüləri - ŞƏRH

® “PAŞA Kapital”ın anderrayteri olduğu dövlət zəmanətli ilk korporativ - “AZƏRMAŞ GROUP”un istiqrazları uğurla yerləşdirilib

® “Birbank”da pul köçürmələrini “SİMA İmza” ilə təsdiqləmək mümkündür

Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır

Rəşad Məcid: VIII qurultaydan bəri Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub

SEPAH: Hörmüz boğazı Tehranın icazəsi olmadan açılmayacaq

2027-ci il üçün icmal büdcəsinin gəlirlərinin 5,9 faiz çox olacağı proqnozlaşdırılır

Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb YENİLƏNİB

Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır

Azərbaycan nefti 119 dollara satılır

Akademik Gövhər Baxşəliyeva: Məktəblərdə vahid geyim qaydalarına riayət hamımızın borcudur

Azərbaycanın qadın güləşçisi dünya ikincisi olub

Dünya Bankı Azərbaycana 100 milyon dollar özəl kapital cəlb edib

Azərbaycan Premyer Liqasında VIII tur start götürür

Sultan Hacıyev AQEM-in yeni Baş katibi təyin olunub

Qızıl və gümüş bahalaşıb

Birjalarda neft ucuzlaşıb

Ağdaş, Bərdə və Yevlaxın bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

İcmal büdcə kəsirinin 2030-cu ildə 442,2 milyon manat səviyyəsində olacağı gözlənilir

Süni intellekt və peşə təhsili: Şəkidə tələbələrin süni intellekt bacarıqları artırılır

Azərbaycan Astanada türk dövlətlərinin media sahəsi üzrə rəhbər şəxslərinin görüşündə təmsil olunur VİDEO

Azərbaycan Astanada türk dövlətlərinin media sahəsi üzrə rəhbər şəxslərinin görüşündə təmsil olunur VİDEO

Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib VİDEO

Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib VİDEO

Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar Milli Məclisin komissiyası bəyanat yayıb

2027-2030-cu illər üzrə Ortamüddətli Xərclər Çərçivəsi açıqlanıb

Oktyabrın 16-sı Ümumdünya Qida Günüdür

Ermənistanın keçmiş prezidentlərinin münaqişə dövründəki fəaliyyəti hüquqi baxımdan araşdırılmalıdır - ŞƏRH

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Azərbaycan BMT-də işgəncələrə qarşı mübarizə və cəzasızlığın aradan qaldırılmasının vacibliyini vurğulayıb

Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq

İstanbulda sel nəticəsində 300 iş yeri və 200 avtomobilə ziyan dəyib

Alimlər 2500 il yaşı olan qədim günəş rəsədxanası aşkarlayıblar

“Politico”: Aİ kriptovalyuta əməliyyatlarına vergi tətbiqini nəzərdən keçirir

“Panasonic” yanğın təhlükəsi səbəbindən 640 min paltaryuyan maşını geri çağırır

“El-Ninyo” əvvəlcədən proqnozlaşdırılabilən fəlakətlərə səbəb olacaq

ABŞ-də ibtidai məktəbdə baş verən atışmada 5 nəfər ölüb

Britaniya “Skynet” peyklərinə nəzarətin ABŞ-yə verilməsinin risklərini qiymətləndirəcək

ABŞ-nin “George Bush” təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıdıb

UEFA Konfrans Liqası: “Trabzonspor” səfərdə “KuPS” komandasını məğlub edib

UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib

Fransada etiraz aksiyalarında 140 minə qədər insanın iştirakı gözlənilir

Uqandada “Ebola” virusuna qarşı yeni peyvəndin klinik sınaqlarına başlanılıb