Elnur Məmmədov: Gənclər öz bacarıqları və çalışqanlıqları ilə dövlətimizin inkişafına böyük töhfələr verirlər VİDEO
Bakı, 13 iyun, AZƏRTAC
Dünyanın hər yerində gənclər ölkələrinin ictimai həyatlarında fəal iştirak edirlər. Gələcək gənclərindir. Onlar öz bacarıqları və çalışqanlıqları ilə dövlətimizin inkişafına böyük töhfələr verirlər. Azərbaycanda Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi fəaliyyət göstərir və bu qurum vasitəsilə dünyanın hər yerindən gənclərlə ünsiyyət yaradılır. Bu ilin iyulunda Gənclər Şəbəkəsinin sammiti keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu fikirləri xarici işlər nazirinin müavinin Elnur Məmmədov iyunun 13-də Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin nümayəndələri ilə görüşündə deyib.
Pandemiyanın ağır təsirlərindən danışan nazir müavini bildirib ki, dünyada olduğu kimi, ölkəmizdə də həyat normal axarına düşür. E.Məmmədov vurğulayıb ki, elm, təhsil və başqa sahələrdə gənclərə əlverişli imkanların yaradılması vacib məsələlərdəndir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:51]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:40]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:16]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
- 10.06.2026 [16:18]