İQTİSADİYYAT
Şanlı Qarabağ Zəfərinin ikinci ildönümü münasibətilə “SOCAR Türkiyə” xüsusi videoçarx hazırlayıb VİDEO
İstanbul, 8 noyabr, AZƏRTAC
Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində əldə edilən şanlı Zəfərin ikinci ildönümü münasibətilə “SOCAR Türkiyə” xüsusi videoçarx hazırlayıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın milli-mənəvi dəyərləri, tarixi Qarabağ torpağının əks olunduğu videoçarxda “Bir millət, iki dövlət” kəlamına vurğu edilib.
Şirkətin sosial media hesablarında paylaşılan videoçarxda bu sözlər öz əksini tapıb: “8 noyabr 2020-ci il tarixində əldə edilən Qarabağ Zəfəri ilə Azərbaycan torpaqlarının göz bəbəyi, mədəniyyət paytaxtı Şuşanı işğaldan azad edərkən sadəcə bir şəhəri deyil, ortaq musiqimizi, sənətimizi, mədəniyyətimizi də geri aldıq. Qarabağ Zəfərinin ikinci ildönümü mübarək olsun”.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul