Azərbaycan Dövlət İnformasiya Agentliyi

Böyük Qayıdışın növbəti ünvanı – Talış kəndindən reportaj VİDEO

Tərtər, 20 mart, AZƏRTAC

Vətən müharibəsindən ötən 2 il yarımlıq qısa dövr ərzində Qarabağ və Şərqi Zəngəzur əraziləri tikinti, quruculuq, abadlıq meydanına çevrilib. Xalqımız 2020-ci ilin payızındakı 44 günlük Vətən müharibəsində əldə olunan şanlı qələbədən sonra düşmənin dağıdaraq yer üzündən sildiyi şəhər və kəndlərimizin yenidən qurulmasının, inkişafının, əzəli yurd yerlərimizə Böyük Qayıdışın sevincini yaşayır. Böyük Qayıdış proqramı çərçivəsində Zəngilan rayonunun Ağalı kəndindən sonra Novruz bayramı ərəfəsində - martın 16-da Tərtər rayonunun Talış kəndinə də məcburi köçkün ailələrinin köçürülməsi təmin edilib. İlkin mərhələdə 20 məcburi köçkün ailəsi köçürülüb. Martın 18-də isə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Talış kəndinə səfər edərək, görülən işlərlə tanış olublar. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Vətən müharibəsindəki tarixi Zəfərdən sonra azad edilmiş ərazilərdəki ilk Novruz tonqalını Şuşada Cıdır düzündə, 2022-ci ildə Suqovuşan qəsəbəsində, 2023-cü ildə isə Talış kəndində alovlandırıb.

Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına müraciətində deyib: “Talış kəndinin yenidən qurulmasına başlanmasından hələ bir il keçməyib. Artıq Talış kəndinə 20 ailə qayıdıbdır və 180-ə yaxın ailə qayıdacaqdır. Bu gündən bir il keçmədən Talış kəndində 180-ə yaxın ailə yaşayacaq. Bu ailələr üçün bütün imkanlar yaradılıb. İndi hər kəs görə bilər nə gözəl evlər, məktəb, uşaq bağçası, ictimai binalar tikilib, məşğulluq üçün şərait yaradılıb. Biz qurub-yaradan xalqıq. Ermənistandan fərqli olaraq, biz öz ərazimizdə qurub-yaradırıq”.

Keyfiyyət, müasirlik və yüksək zövqün vəhdət təşkil etdiyi kənd

Talış kəndinə qədəm qoyarkən tikinti-quruculuq işlərinin yüksək zövq və keyfiyyətlə aparılması və müasirlik diqqəti çəkir. Aparılan təmir-bərpa işlərinin birinci mərhələsində Bayraq meydanında abadlıq işləri görülüb. Talış kəndinin yüksək nöqtələrindən birində sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün istirahət guşəsi və seyr meydanı tikilib.

Görülən işlər çərçivəsində 20 ədəd fərdi ev və 20 tövlə bərpa edilərək yenidən qurulub. Evlərin 15-i üçotaqlı, 1-i ikiotaqlı, 4-ü dördotaqlıdır. Hər bir evin həyətyanı ərazisində əsaslı landşaft işləri yerinə yetirilib - dekorativ ağaclar, kollar, güllər əkilib, fərdi əkin sahələri yaradılıb. Hər bir ev üçün ümumi sahəsi 54 kvadratmetr olan fərdi təsərrüfat anbarları inşa edilib. Evlər qazla işləyən isitmə sistemi (kombi) ilə təmin olunub.

Talış kəndində 10 qeyri-yaşayış və ictimai iaşə obyekti də bərpa olunub və tamamilə yenidən qurulub. Bu obyektlərin ərazisində abadlıq işləri görülüb.

Mövcud ikimərtəbəli inzibati bina əsaslı təmir edilib, dam örtüyü sökülərək yenidən qurulub. İnzibati binanın qarşısındakı ərazidə kənd meydanının bərpası həyata keçirilib və burada geniş yaşıllaşdırma işləri aparılıb. Binanın bütün kommunikasiya sistemləri yenidən qurulub. İnzibati bina yanğın siqnalizasiya, rabitə və videomüşahidə sistemləri ilə təchiz edilib.

Uşaq bağçasının birmərtəbəli binası da əsaslı təmir olunub. Bütün kommunikasiya sistemləri yenidən qurulub və bina yanğın siqnalizasiya, rabitə, videomüşahidə və fövqəladə hal xəbərverici sistemləri ilə təchiz edilib. Binanın daxili hissəsi bütün lazımi texniki xidmət avadanlığı ilə təchiz olunub. Həyətyanı ərazidə uşaqlar üçün rezin örtüklü oyun meydançası və iki söhbətgah inşa olunub. Bir sözlə, burada balacaların vaxtlarını maraqlı və səmərəli keçirmələri üçün hərtərəfli şərait yaradılıb.

Talış kəndindəki 78 şagird yerlik ikimərtəbəli məktəb binasının da bərpası və yenidən qurulması həyata keçirilib. Dam örtüyü tamamilə yenilənib, kommunikasiya sistemləri yenidən qurulub. Bina yanğın siqnalizasiya, rabitə, zəng, videomüşahidə sistemləri ilə təchiz edilib. Təhsil ocağının binasının birinci və ikinci mərtəbələrində sinif, tibb və müəllimlər otaqları, mansardda isə akt zalı və kitabxana yerləşir. Məktəbin həyətyanı ərazisində süni ot örtüklü futbol və idman meydançaları yaradılıb.

Mövcud kənddaxili yollarının bərpası, yeni yolların layihələndirilməsi və inşası həyata keçirilib. Ümumi uzunluğu 4 kilometr olan kənddaxili yolların 800 metr hissəsi təbii daşlardan qurulub. Daxili yolların digər hissələrinin örtüyü isə asfalt-betondur. Bütün yolların sol və sağ tərəfindən səkilər və onlara paralel olaraq yaşıllıq zolaqları yaradılıb. Yol boyu yaşıllıq zolaqlarına dekorativ ağaclar və kollar əkilib.

Bütün mövcud xarici kommunikasiya sistemləri sökülərək, yenidən qurulub. Kəndə yeni qaz xətti çəkilib.

Talış kəndinin yüksək nöqtələrindən birində kəndin işğaldan azad olunduğu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən paylaşılan tvitin mətninin həkk olunduğu xatirə daşı yerləşdirilib.

Talışda yeni həyat başlayıb

Kəndin küçələri ilə gəzərkən evlərdən, həyətlərdən uşaq, gülüş səsləri eşidir, Talış sakinlərinin çöhrələrindəki xoşbəxtliyin şahidi oluruq. Uzun illərin həsrətindən sonra doğma torpaqlara qovuşmuş sakinlər ağacları suvarır, gül-çiçəyə qulluq edir, bayram hazırlığı görürlər. Rast gəldiyimiz hər bir kəs bizimlə gülər üzlə salamlaşır, sanki sevinclərini bölüşməyə can atırdılar.

Kənddə ilk rast gəldiyimiz sakinlər mağazadan çıxan uşaqlar oldu. Fidan 11-ci, Rəhim isə 7-ci sinif şagirdidir. Qarabağla bağlı valideynlərindən, müəllimlərindən çox eşitdiklərini deyən uşaqlar bu torpaqları görməsələr də hər zaman ata-baba yurdunda yaşamaq arzusunda olduğunu bildiriblər. İndi onların bu istəkləri reallaşıb.

“Kənddə yaradılan şəraitdən çox razıyıq. Üçotaqlı evlə təmin olunmuşuq. Məktəbimizlə də tanış olmuşuq. Hər cür şərait var. Sinif otaqları, laboratoriyalar.... Bayramdan sonra dərslərimizi kəndimizin məktəbində davam etdirəcəyik”, - deyə Fidan Hüseynzadə bildirib.

Talış sakini: ən böyük istəyimiz gerçəkləşib, doğma yurdumuza qayıtmışıq

Kəndin mərkəzi küçəsi ilə addımlaya-addımlaya Bayraq Meydanına çatırıq. 2021-ci il oktyabrın 4-də Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən burada Azərbaycan bayrağı ucaldılıb. Bayraq Meydanında dalğalanan üçrəngli bayrağımız hər birimizdə qürur hissi doğurur.

Bayraq Meydanın yaxınlığındakı evin sahibəsi bizi salamlayıb evə dəvət etdi. Rəbiyyə Rzayeva söhbət zamanı bildirdi ki, köçkünlük illərində Gəncə şəhərində yaşayıblar. İndi isə ən böyük arzuları gerçəkləşib. Yenidən doğma Qarabağa qayıdıblar. “Kənddə sakinlərin yaşayışı üçün gözəl şərait yaradılıb. Dövlətimizdən, Prezidentimizdən razıyıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Allah Ordumuzu qorusun. Mənim iki oğlum da hərbiçidir. Bu torpaqların azadlığı uğrunda döyüşlərdə iştirak ediblər. Medallarla təltif olunublar. Bu günümüzə şükürlər olsun. Sevinirəm, qürur duyuram. Prezidentimizə, birinci xanım Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm”.

Rəbiyyə xanım 30 il köçkünlük həyatı yaşasalar da hər zaman doğma torpaqlara qayıdacaqlarına inandığını bildirib: “Biz hər zaman inanırdıq ki, doğma torpaqlara qaydacağıq. Çünki bizim güclü Ordumuz, qətiyyətli Prezidentimiz var. Doğma torpaqlara qayıtmaq hər bir köçkün kimi bizim də ən böyük istəyimiz idi. İndi bu istəyimiz gerçəkləşib, doğma yurdumuza qayıtmışıq. Kəndimizdə gözəl məktəb, uşaq bağçası yaradılıb. Hər şey gözəldir. Üçotaqlı evlə təmin olunmuşuq. Evimiz də gözəldir. Bu şəraiti yaradanlara minnətdarıq”.

Həm fərəh, həm də sevinc hissi keçiririk

Rəbiyə Rzayevanın oğlu Səməd Həsənxanoğlu 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında iştirak etdiyinə görə qürur hissi keçirdiyini bildirib: “1990-cı ildə Talış kəndində anadan olmuşam. Bu gün qürur hissi keçirirəm ki, mən də, qardaşım da doğulduğumuz bu torpaqlar uğrunda gedən döyüşlərdə - Talışın, Suqovuşanın azad olunmasında iştirak etmişik. İndi isə kəndimizdə hər cür şəraiti olan evlə təmin olunmuşuq. Həm fərəh, həm də sevinc hissi keçiririk. Bu fərəhə, sevincə görə şəhidlərimizə, qazilərimizə, Ali Baş Komandana borcluyuq”.

Artıq axşam düşür, geri qayıtmalıyıq. Doğma yurdlarımıza gerçəkləşdirilən möhtəşəm qayıdışın növbəti ünvanı olan Talış kəndindən xoş təəssüratlarla ayrılırıq.

Əminik ki, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurun digər şəhər və kəndləri də tezliklə yenidən qurulacaq, bu yerlərin əzəli sahibləri də doğma yurdlarına qayıdaraq, xoşbəxt yaşayacaqlar.

Tahir Ağaməmmədov

AZƏRTAC-ın müxbiri

Böyük Qayıdışın növbəti ünvanı – Talış kəndindən reportaj VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib YENİLƏNƏCƏK

Gürcüstan hökuməti Tbilisi - “Qırmızı Körpü” avtomobil yolunun tikintisinə 100 milyon lari ayırır

Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında mühüm bağlantı nöqtəsinə çevrilir - ŞƏRH

“Diqqət, uşaqlar!” aylığına yekun vurulub VİDEO

“Diqqət, uşaqlar!” aylığına yekun vurulub VİDEO

NTD amerikalı basketbolçu transfer edib

Ekspert: Süni intellekt və rəqəmsal bankçılıq İslam maliyyəsinin inkişafına təkan verir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb

Nepalda məktəb avtobusu qəzaya uğrayıb: 5 ölü, 14 yaralı

Xaçmazda mağazada yanğın olub VİDEO

Xaçmazda mağazada yanğın olub VİDEO

İran uranın zənginləşdirilməsindən imtina etməyəcəyini bəyan edib

Ramin Məmmədov: Milli-mənəvi dəyərlər dövlətçiliyin gələcəyini təmin edən əsas amillərdəndir

Nobel mükafatçısı Enn Karsonun təcrübəsi: Nizami və Füzuli irsini müasir dünyaya necə çatdırmalı?

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Azərbaycanın turizm imkanları Türkiyənin dörd şəhərində təqdim olunub

Günəşli qəsəbəsində avtomobil yolunda hərəkət məhdudlaşdırılıb

Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq

Səhiyyə Nazirliyinin klinikasında 7,5 santimetrik böyrəküstü vəz törəməsi laparoskopik üsulla çıxarılıb

Azərbaycanın mövqeyini təqdim edən rəqəmsal diplomatiyanın inkişaf etdirilməsi vacibdir - ŞƏRH

Dövlət büdcəsinin 9 aylıq gəlirləri 29 milyard manatı ötüb

® Sahibkarlar “Etender.gov.az” portalında sənədləri “SİMA İmza” imzalayacaq

EYBA-nın vitse-prezidenti: Əsl risk qərar verməkdən imtina edən, qərarlarını süni intellektə həvalə edən hüquqşünasdır

UNEC-in 3 əməkdaşı dünyanın ən yaxşı alimləri siyahısında

Gənclər Kitabxanasında görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın xatirəsi anılıb

Şəmkirdə müasir tərəvəzçilik və innovativ istixana texnologiyaları ilə tanışlıq olub

Gündüz İsmayılov: Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi aktual məsələlərdəndir

Bu gün Azərbaycan Basketbol Liqasında II tura start veriləcək

Prezident: Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Estoniyanın sığorta sektoru nümayəndələri arasında təcrübə mübadiləsi aparılıb

“FotoBax” fotomüsabiqəsinə müraciətlərin başa çatmasına iki gün qalıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulur

Prezident İlham Əliyev: Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir

AMB sədri İstanbulda qlobal iqtisadiyyatın gələcəyi barədə fikirlərini bölüşüb

Prezident İlham Əliyevin proqram xarakterli çıxışı Azərbaycanın uzunmüddətli inkişaf strategiyasıdır

Azərbaycan Premyer Liqasında VII tura start verilir

Prezident: Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilir VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilir VİDEO

Aktiv ƏDV ödəyicilərinin sayı 7 faizədək artıb

Prezident İlham Əliyev: MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib

® Mərkəzi Gömrük Hospitalının əməkdaşı təltif olunub

Enn Karsonun yaradıcılığında klassik irslə müasirlik arasında poetik dialoq qurulur - Şükufə Vəliyeva

Qızıl 70 dollaradək bahalaşıb VİDEO

Qızıl 70 dollaradək bahalaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Zelim Kotsoyev bu gün dünya çempionatında mübarizəyə başlayacaq

20, 55 və 104 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Azərbaycan nefti 8 dollardan çox bahalaşıb VİDEO

Azərbaycan nefti 8 dollardan çox bahalaşıb VİDEO

Azərbaycanın MDB-də artan rolu: Avaza Sammiti yeni əməkdaşlıq mərhələsini müəyyənləşdirir

Bu gün Ümumdünya Poçt Günüdür

Çin Avropa Parlamentinin hesabatına sərt etirazını bildirib

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib YENİLƏNİB

Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

Azərbaycan-MDB əməkdaşlığı: Əsas istiqamətlər və perspektivlər TƏHLİL

İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Prezident İlham Əliyev: Trampın regionumuzda sülh səylərinin bu il Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcəyinə ümid edirik

İran uzunmüddətli müharibə üçün kifayət qədər silah istehsal etdiyini bildirib

“Axios”: Vitkoff və Kuşner oktyabrın sonunda Moskvaya səfər edə bilər

İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar tətbiq edəcək

“Politico”: ABŞ 100 min ukraynalı qaçqını ölkədə qalmaq hüququndan məhrum edə bilər

Hörmüz boğazında bir neçə tanker minaya düşüb

NYT: Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır

BMT yanında daimi nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox şəxs saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib VİDEO

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib VİDEO

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO