SİYASƏT
Polad Bülbüloğlu İranın Rusiyadakı səfirliyində olub VİDEO
Moskva, 22 may, AZƏRTAC
Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlu İran İslam Respublikasının Rusiyadakı səfirliyində olub, İran Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli şəkildə həlak olmaları ilə əlaqədar başsağlığı verib.
AZƏRTAC xəbər verir ki, İranın Rusiyadakı səfiri Kazem Cəlali ilə görüşən Polad Bülbüloğlu matəm kitabına ürək sözlərini yazıb.
K.Cəlali səfirliyə gələrək başsağlığı verdiyinə görə Azərbaycan səfirinə minnətdarlığını bildirib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva