Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sumqayıtda “Sağlam qida” aqrar-sənaye kompleksi istifadəyə verilmişdir VİDEO

Sumqayıt, 3 oktyabr (AZƏRTAC). Oktyabrın 3-də Sumqayıtda “Sağlam qida” aqrar-sənaye kompleksi istifadəyə verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kompleksin açılışında iştirak etmişdir.

İqtisadi İnkişaf naziri Şahin Mustafayev məlumat verdi ki, bu iqtisadi qurum Sumqayıtın sənaye zonasında 7 hektar ərazidə istehsal və xidmət sahələrini əhatə edən 3 iri müəssisədən ibarət müasir aqrar-sənaye kompleksidir. Respublika əhəmiyyətli belə böyük bir aqrar sənaye kompleksinin yaradılması dövlətin güzəştli kreditlərindən istifadə edilməklə həyata keçirilmişdir. Bu cür mühüm iqtisadi obyektlərin istifadəyə verilməsi, ilk növbədə, vətəndaşların keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi istiqamətində vacib addımlardandır. Belə komplekslərin yaradılması  həm də özəl sektorun inkişafına ölkədə göstərilən qayğının əyani təsdiqidir.

Diqqətə çatdırıldı ki, kompleksin tərkibinə çörək istehsalı zavodu, taxıl anbarı, un dəyirmanı kompleksi, həmçinin qida məhsullarının saxlanılması, daşınması və satışı üzrə logistik mərkəz daxildir.

Kompleksin çörək istehsalı zavodunun foyesində ümummilli lider Heydər Əliyevin Sumqayıta səfərlərini əks etdirən fotolardan ibarət stend yaradılmışdır.

Dövlətimizin başçısı müəssisəni işə saldı. 

Bildirildi ki, dəyəri 28, 9 milyon  manat olan çörək zavodunun yaradılmasına İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 10 milyon manat güzəştli kredit ayrılmışdır. Ərzaq təhlükəsizliyinin və əhalinin keyfiyyətli çörək məhsulları ilə təmin edilməsi məqsədilə zavod Almaniyanın bu sahədə böyük təcrübəyə malik şirkətinin son texnologiyası əsasında qurulmuşdur.

Gündəlik istehsal gücü 150 ton olan çörək zavodunda məhsul hazırlanması prosesi tam avtomatlaşdırılmışdır. İstehsalın hər bir mərhələsinə ayrı-ayrılıqda nəzarət sistemi tətbiq olunur ki, bu da sanitar-gigiyenik normalara əməl olunmaqla çox yüksək keyfiyyət standartlarına cavab verən çörək məhsullarının əldə edilməsinə imkan verir. Yeni texnologiyanın tətbiqi məhsulun maya dəyərinin formalaşmasında xüsusi çəkisi olan enerji xərclərinin azalmasına imkan yaradır. Bu da istehlakçılara keyfiyyətcə yüksək  və aşağı qiymətlərlə çörək məhsullarının təqdim edilməsinə şərait yaradır. Çörəkbişirmə xətlərində tətbiq edilən elektron müşahidə və keyfiyyətə nəzarət sistemi istehsalın müxtəlif mərhələlərində standartlara uyğun gəlməyən çörəyin müəyyən edilməsinə və xətdən dərhal çıxarılmasına imkan verir. Zavodda dörd çörəkbişirmə və bir müxtəlif növ un məmulatlarının istehsalı xətləri, xüsusi növ çörəklərin bişirilməsi üçün altı soba quraşdırılmışdır. Beləliklə, burada  45 çeşiddə 12 növ çörək məhsulları və un məmulatları istehsal olunacaqdır. Çörək məhsulları  qablaşdırılaraq “Çörəkçi” brendi altında satışa çıxarılacaqdır. Məmulatların  Sumqayıt, Bakı şəhərlərinə  və respublikanın digər rayonlarına çatdırılması üçün 40 xüsusi nəqliyyat vasitəsi alınmışdır.

Prezident İlham Əliyevə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilmiş çörək istehsalı zavodları barədə də məlumat verdi. Bildirildi ki, bu məqsədlə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ümumi dəyəri 84,6 milyon manat, gündəlik istehsal gücü 693 ton olan 25 çörək zavodunun tikintisinə və ən müasir texnologiya və avadanlıqla təchiz edilməsinə 31,1 milyon manat güzəştli kredit verilmişdir. Türkiyə, Almaniya, Çexiya və digər ölkələrin müasir texnologiya və avadanlığı əsasında qurulmuş, gündəlik istehsal gücü 610 ton olan 18 çörək zavodu artıq istifadəyə verilmişdir. Ən müasir texnologiya və avadanlığın tətbiqinə əsaslanan belə zavodların fəaliyyətə başlaması istehlakçıları tələbata tam cavab verən yüksək keyfiyyətli çörək və çörək məhsulları ilə təmin etməyə imkan verir.

Sonra Prezident İlham Əliyev aqrar-sənaye kompleksinin tərkibinə daxil olan taxıl anbarı və dəyirman kompleksini işə saldı.

Məlumat verildi ki, buradakı taxıl anbarı və un dəyirmanı Türkiyənin aparıcı şirkətinin texnologiyası əsasında qurulmuşdur. Dəyəri 10 milyon manat olan taxıl anbarı və dəyirman kompleksinin tikintisinə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 6 milyon manat güzəştli kredit ayrılmışdır. Taxıl məhsullarının tədarükü və saxlanması üçün hər birinin tutumu 4 min ton olan 6 anbar inşa olunmuşdur. Anbarda quraşdırılmış təmizləmə və qurutma sistemləri tədarük olunacaq taxıl məhsullarının itkisiz və uzun müddət ərzində saxlanmasına imkan verir. Kompleksin tərkibində taxıl anbarının olması xammal bazasının yaradılması baxımından əhəmiyyətli rola malikdir. Taxıl anbarı kompleksə daxil olan un dəyirmanı və çörək zavodunun fasiləsiz fəaliyyətini təmin edir. Gündəlik istehsal gücü 250 ton olan dəyirman kompleksində ən son texnologiya sayılan quru təmizləmə sisteminin tətbiqi digər ənənəvi dəyirmanlardan fərqli olaraq daha geniş həcmdə və əla, birinci və ikinci növ keyfiyyətli un istehsalına tam şərait yaradır.

Dövlətimizin başçısına məlumat verildi ki, ölkə daxilində və ölkədən kənarda istehsal olunan məhsulların müştərilərin tələblərinə istəklərinə uyğun olaraq keyfiyyətini itirmədən, təhlükəsiz şəkildə uzun müddət saxlanması və istehlakçılara çatdırılması üçün burada logistika mərkəzi də yaradılmışdır. Dəyəri 8 milyon manat olan və qida məhsullarının saxlanılması, daşınması və satışı üzrə ən müasir texnologiyalara əsaslanan logistika mərkəzinin yaradılmasına da Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5 milyon manat güzəştli kredit verilmişdir. Bu mərkəzin tərkibinə tutumu 5 min ton olan soyuducu və 4 min tonluq quru anbarlar, beynəlxalq yük daşımalarını həyata keçirən nəqliyyat vasitələri üçün dayanacaq meydançası daxildir. Soyuducu anbar İtaliyanın tanınmış şirkətinin avadanlığı ilə təchiz olunmuşdur. Logistika mərkəzində sifarişlərin qəbulu, məhsulların qeydiyyat və uçotunun aparılması, anbarlama, çeşidləmə, qablaşdırma, daşıma və digər xidmətlərin göstərilməsi həyata keçirilir. Mərkəzləşdirilmiş idarəetmə sisteminin tətbiqi müştərilərə qısa zamanda keyfiyyətli xidmətlərin göstərilməsinə imkan verir. Yük daşımalarının həyata keçirilməsi üçün isə müxtəlif tonnajlı 75 nəqliyyat vasitəsi alınmışdır. Beləliklə, bu mərkəzin qurulması yerli istehsalçıların öz məhsullarının xarici bazarlara az məsrəflə və qısa müddətdə çıxarılmasını stimullaşdıracaqdır.

Diqqətə çatdırıldı ki, xammal bazasının təmin edilməsi məqsədilə kompleksin inkişaf planında müasir suvarma sistemlərinin tətbiq edilməsi respublikanın müxtəlif rayonlarında özəl taxılçılıq təsərrüfatlarının yaradılmasını nəzərdə tutur.

Qeyd edildi ki, kompleksdə inşa olunan inzibati və yardımçı binalarda əmək kollektivi üçün iş otaqları, tədris və iclas zalları, yeməkxana və digər zəruri şərait yaradılmışdır. Aqrar-sənaye kompleksində 600-dək yeni iş yeri yaradılmışdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Sumqayıtda “Sağlam qida” aqrar-sənaye kompleksi istifadəyə verilmişdir VİDEO

“Odlar Yurdu” boks klubunun üzvü Almaniyada keçirilən beynəlxalq turnirdə rinqə çıxıb

Oğuzda avtomobil yoluna aşan ağacın qalıqları təmizlənib

İqtisadçılardan xəbərdarlıq: Böyük Britaniya BVF-nin yardımına ehtiyac duya bilər

DİM I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib

Şəhid İlqar Hümbətovun xatirəsinə həsr olunmuş cüdo turniri start götürüb

Şəki və Zaqatalada qəbul imtahanı 12 mərkəzdə aparılıb

Böyük Britaniyanın Baş naziri Zelenski, Makron və Mertslə Ukraynaya dəstəyi müzakirə edəcək

Cənubi Koreyanın milli valyutasının məzənnəsi son 17 ildə ən aşağı həddə enib

Fərid Şəfiyev: ŞƏT çərçivəsində çevik qərarqəbuletmə mexanizmlərinin təkmilləşdiriməsinə ehtiyac var

Britaniya parlamenti: Müdafiə xərcləri planının gecikməsi ölkənin etibarlılığına zərbə vurur

Seul Şimali Koreyanı 1,5 milyon ton kömür ixracında ittiham edir

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirilir

Agentlik: İdxal-ixrac prosedurlarının bütün əsas istiqamətləri elektron müstəviyə daşınıb

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm VİDEO

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm VİDEO

Praqada keçirilən “Food and Culture” səfirliklər festivalı 60 ölkənin nümayəndələrini bir araya gətirib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək

Kayseridə güclü yağış və dolu həyatı iflic edib

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunda mükafatçılar bəlli olacaq

Natiq Bağırov: Şəhidlərin xatirəsinə həsr olunmuş turnirlərin məqsədi onların ruhunu yaşatmaqdır VİDEO

Natiq Bağırov: Şəhidlərin xatirəsinə həsr olunmuş turnirlərin məqsədi onların ruhunu yaşatmaqdır VİDEO

Britaniyalı seçicilərin əksəriyyəti “Brexit” qərarının ləğv edilməsini istəyir

Bu saata olan əsas xəbərlər

Bəzi ərazilərə intensiv yağış, Şahdağa qar yağıb – FAKTİKİ HAVA

Kir Starmer mümkün liderlik yarışında mübarizə aparacağını bəyan edib

Bakıda “Multidisiplinar Radiologiya Forumu” keçirilib

Nikol Paşinyan: TRIPP layihəsi regionumuzdakı bütün ölkələrə fayda verəcək

Çində ali məktəblərə qəbul imtahanında 12,9 milyon abituriyent iştirak edir

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirilib

“Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika yarışlarının zona birinciliyinin qalibi bəlli olub

AQTA: Qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni strateji sənəd yekun təsdiq mərhələsindədir

Türkiyə millisi dünya çempionatı öncəsi son yoxlama oyununda qələbə qazanıb

Böyük Qayıdış proqramı Azərbaycanın müasir tarixində həyata keçirilən ən mühüm dövlət layihələrindən biridir - ŞƏRH

Ermənistanda parlament seçkiləri keçirilir

Dünya Kuboku: Azərbaycanın 3x3 basketbol millisi yarımfinalda ABŞ ilə qarşılaşacaq

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

İyunun 7-si Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

Dünya birjalarında neft ucuzlaşıb

Türkmənistanda Seyid Əzim Şirvani və Dövlətməmməd Azadinin yaradıcılığına həsr olunan elmi konfrans baş tutub

Pentaqon: İsrailin casusluq fəaliyyəti ilə bağlı təhdid səviyyəsi “kritik” həddədək artıb

Papa Leo: ABŞ-İsrailin İrana qarşı müharibəsində ədalət kriteriyaları mövcud deyil

Almaniyada Bundesver Günü tədbirlərinə 300 minə yaxın insan qatılıb

Nadejda İsmayılova: "Dalğa" zirvədir

Arkadağ Şəhər Tarix və Diyarşünaslıq Muzeyində “Azərbaycan — obyektivdən tarixə” adlı sərgi təqdim olunub

Naxçıvanda 7 yaşlı uşaq kanalda boğulub

Qarabağ Regional Təhsil İdarəsi üzrə zona mərhələsinin qalibi məlum olub

Türkiyədə sel və daşqınlar ciddi fəsadlar yaradıb

Şəkidə məktəblilər arasında voleybol festivalı baş tutub

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunun finalçıları bəlli olub

TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır

Şəki-Zaqatala bölgəsi üzrə VI sinif şagirdləri üçün monitorinqdə 7209 məktəbli iştirak edib

Misir Aİ-dən maliyyə və iqtisadi dəstək paketinin icrasının sürətləndirilməsini istəyir

İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib

İsveç nəşrində Şimali Avropa ilə Cənubi Qafqaz arasında ətraf mühit sahəsində əməkdaşlıq barədə məqalə dərc olunub

Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB

İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib

Ziyarətçilər ilk dəfə Obamanın Çikaqodakı yeni prezident kitabxanası ilə tanış olublar

Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub

Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib

Bu saata olan əsas xəbərlər

Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Günəş Tegin: Səməd Vurğunun məşhur “Aygün” poeması dərin məzmunu ilə hər zaman diqqətimi cəlb edir

Azərbaycan və Moldova arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq genişləndirilir

XİN-dən son məlumat: Azov dənizində dron hücumları ilə bağlı ölənlərin və yaralananların sayı açıqlandı

Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir

Akademik Rasim Əliquliyev: Milli kibertəhlükəsizliyin əsas hədəflərindən biri də insan hüquqlarının təmin olunmasıdır

Kolumbiya Xarici İşlər Nazirliyi seçki prosesinə xarici müdaxilə cəhdlərini rədd edib

Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Faktiki hava: Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur

May ayında ölkədə maksimal temperatur Kürdəmirdə, minimal temperatur isə Şahdağda qeydə alınıb

Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib

XİN: Azov dənizindəki dron hücumunda xəsarət alan Azərbaycan vətəndaşlarına konsulluq dəstəyi göstərilir

Qusarlı oxucular üçün müxtəlif mövzularda və dillərdə kitablar, yeni nəşrlər sərgilənib

MDU-nun rektoru: Yaşıl gələcək dövlət siyasətinin, elm və təhsilin ortaq strateji nəticəsidir

Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar

Nazir: Azərbaycan kənd təsərrüfatı dəyər zənciri boyunca kompleks tədbirlər həyata keçirir

Türkiyənin Qars Barosu və Eskişehir Barosunun nümayəndə heyətləri Azərbaycanda səfərdədir

Türkiyə sərhəd bölmələri termal kameralarla təchiz olunmuş yüzlərlə dronla təchiz edilib

Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb

Zaqatalalı fermerlər Dövlət Proqramından irəli gələn məsələlərin uğurlu icrasına töhfələrini verəcəklər

Xəzər Süleymanlı: Azərbaycan poeziyasına həsr olunan tədbirlərin keçirilməsi sevindirici haldır

Türkiyə şəhərsalma layihəsi üçün 191,5 milyon avro cəlb edib

Gəncədə Azərbaycan–Aİ əməkdaşlığının 30 illiyi qeyd olunur

Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək

Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib

Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub

Azərbaycan və Türkmənistan arasında mədəni platformalar çərçivəsində əməkdaşlığın inkişafı müzakirə edilib

Aİ komissarı üzv ölkələri sərhəd nəzarətini mərhələli şəkildə ləğv etməyə çağırıb

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Əməkdar artist: Səməd Vurğunun zəngin ədəbi irsi yaşadıqca, adı da daim yaşayacaq

"Şamaxı" legioner futbolçu ilə vidalaşıb

Naxçıvanda Vl siniflər üzrə monitorinqdə 5 minə yaxın şagird iştirak edib FOTOLAR

Macarıstanda aztəminatlı ailələrdən tamamlanmamış layihələrə görə milyonlarla forint geri tələb oluna bilər

Vüqar Hacıyev: Yaradıcılıq gecəsində Vaqif obrazını canlandırmaq mənə xüsusi fəxr hissi yaşatdı

Küveyt Beynəlxalq Hava Limanı müvəqqəti məhdudiyyətdən sonra uçuşları bərpa edib

PUA hücumu nəticəsində Livan generalı ölüb

İcraçı vitse-prezident: Xəzər dənizinin ətrafında avtomobillərin festivalı maraqla qarşılanıb

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO