Göyçayda “Təmiz hava” aylığı ilə əlaqədar tədbir təşkil olunub VİDEO
Bakı, 31 may, AZƏRTAC
Avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə, eləcə də insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən tədbir keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildirilib ki, tədbir zamanı avtonəqliyyat vasitələrinin texniki sazlığının daim diqqət mərkəzində saxlanılmasının əhəmiyyəti barədə sürücü və sahibkarlarla maarifləndirici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri onlara izah edilib.
Atmosferə normadan artıq tullantı ixrac edən nəqliyyat vasitələrinin sürücüləri barəsində qanunvericiliyə uyğun tədbir görülüb.