Naxçıvanda bərqud quşu görüntülənib VİDEO
Naxçıvan, 10 yanvar, AZƏRTAC
Ümumdünya Vəhşi Təbiət Fondunun Azərbaycan nümayəndəliyinin rəsmi sosial hesablarında akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında məskunlaşan bərqud quşunun görüntüləri paylaşılıb.
AZƏRTAC-ın bölgə müxbiri bu barədə qurumun rəsmi feysbuk hesabına istinadən xəbər verir.