Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ömrünüz su kimi aydın olsun: Ordubadın Bist kəndində ilk çərşənbə sevinci REPORTAJ VİDEO

Naxçıvan, 24 fevral, N.Əsgərov, AZƏRTAC

Xalqımız çoxəsrlik milli-mənəvi dəyərləri və adət-ənənələri özündə yaşadan Novruz bayramını hər il böyük sevinc və səbirsizliklə gözləyir. İnsanlar Novruzdan əvvəlki dörd həftənin çərşənbə günlərini də bayram kimi qeyd edirlər. El arasındakı inanclara görə, bu çərşənbələr Su, Od, Yel və Torpaq adlandırılır. Bu gün isə Novruzun ilk müjdəçisi olan Su çərşənbəsidir.

AZƏRTAC-ın bölgə müxbiri fevralın 24-də - Su çərşənbəsi günü Ordubad rayonunun Bist kəndində Səfərovlar ailəsinin qonağı olub. Onun bu yaşayış məntəqəsində milli adət-ənənələrə uyğun keçirilən Su çərşənbəsindən hazırladığı reportajı təqdim edirik.

Su çərşənbəsi günü dan yeri söküləndə Ordubadın ucqar dağ kəndi olan Bistə çatırıq. Günəş dağların arxasından boylanaraq al-qırmızı şəfəqlərini ətrafa yayır. Havada yazın mülayim ətri duyulsa da, sıldırım qayalarda və dərələrdə qalan qar topaları qışın hələ tam geri çəkilmədiyindən xəbər verir. Sübh çağından etibarən Bistin gənc qızları niyyət edərək, əllərində su səhəngləri ilə bulaq başına üz tuturlar. Evə gələnə qədər də başqası ilə danışmırlar ki, niyyətləri yerinə yetməz. Həyət-bacalarda təmizlik işləri görülür, evlərdə bayram tədarükü başlayır. Xanımlar Novruzun rəmzi sayılan səməniləri hazırlayır, şəkərbura və paxlava bişirirlər. Dolanbac küçələrdən isə gizlənqaç və qaçdı-tutdu oynayan uşaqların şən sədaları yüksəlir.

Qonağı olduğumuz Səfərovlar ailəsi çərşənbəni qədim adət-ənənələrimizə uyğun qeyd edir. Evin xanımı Nəzakət Qasımova bildirir ki, Novruz öncəsi qeyd olunan dörd çərşənbənin ilkindən başlayaraq evlərdə geniş abadlıq işləri aparılır - həyət-baca yığışdırılır, yorğan-döşəklər havalandırılır, palazlar çırpılır, pəncərələr silinir. Bir sözlə, qışdan qalan bütün toz-torpaq bu müddət ərzində təmizlənir.

Nəzakət xanım vurğulayır ki, qədimdən günümüzədək gəlib çatan adətlərə görə, məhz Su çərşənbəsindən başlayaraq gənc qızlara elçi düşülər, razılıq alınar və nişan mərasimləri keçirilər. İlk çərşənbədə səməni cücərdilir ki, bayrama qədər boy atıb Novruz süfrəsinin bəzəyinə çevrilsin. Bayramdan 13 gün sonra isə niyyət tutularaq səməni axar suya buraxılır. İnanclara görə, səməni suyun üzündə batmadan qalarsa, həmin il ruzi-bərəkətli, sağlam və uğurlu keçər.

“Uşaqlar çərşənbə axşamları qapılara papaq atar, bayram payı yığarlar. Evlərdə şəkərbura, paxlava bişirilər, yumurtalar boyanar və süfrələr naz-nemətlə bəzənər. Bütün bunlar xalqımızın birlik, sevinc və paylaşma ənənəsini yaşadır”, - deyən Nəzakət Qasımova fikirlərini Su çərşənbəsinə aid bayatı ilə tamamlayır:

“Su gələr, axar, duymaz,

Dağ-daşı yaxar, duymaz.

Gözlərim yar gözünə

Ölüncə baxar, duymaz.

Suyumuz Kürdən gələr,

Arazdan, Kürdən gələr.

Elə sovqat müjdəsi

Gələndə birdən gələr”.

Səfərovlar ailəsinin əziz qonağı Cəmilə Əliquliyeva deyir ki, Novruz həm də birlik və bərabərlik rəmzidir. Bu günlərdə qonşular, qohumlar bir yerə yığışar, təndirdə qozlu çöçələr, şorqoğalı, şəkərbura və paxlava bişirirlər. O, məhz Nəzakət xanımla birgə Su çərşənbəsini qeyd etmək, bayram nemətlərini hazırlamaq üçün bu ocağa qonaq gəlib. Cəmilə xanım bildirir ki, elimizin adətinə görə, bayram günlərində hər evdə hazırlanan nemətlərdən pay ayrılaraq ehtiyacı olanlara və qonşulara paylanar. “Papaqatdıya” çıxan uşaqların torbalarına şirniyyatlar qoyular. Bu gözəl adətlər xalqımızın paylaşma mədəniyyətini nəsildən-nəslə ötürür.

Cəmilə xanımın sözlərinə görə, inanclara əsasən, Su çərşənbəsində su oyanar, isinər, ona sanki can gələr. Su saflıq, təmizlik və müqəddəslik rəmzidir. Su olan yerdə ruzi-bərəkət, bolluq olar. Elə buna görə də xalqımız yüz illərdir Su çərşənbəsini böyük sevinc və ehtiramla qarşılayır. İnsanlar bu gün su başına gedir, bir-birinə xoş arzular çatdırır və bayatılar deyirlər. Səhər tezdən axar suyun üzərindən atlananlar isə belə söyləyərlər:

Su üstündən atıldım

Dərdimi suya qatdım.

Bu “Su çərşənbəsi” gəldi

Dərd-sərimi unutdum.

Su başında gül açar

Qəlbimə nur yol açar.

Bu “Su çərşənbəsi” günü

Bütün köhnə dərdlər qaçar.

“Xalq arasında belə bir inam var ki, Su çərşənbəsində suyun üzərindən atlanan insanın dərd-səri suya tökülərək axıb gedər. Su başında edilən niyyət qəbul olar. Bu, bizim qədim inancımızdır və biz bu ənənəni yaşatmağı özümüzə mənəvi borc sayırıq”, - deyə Cəmilə xanım əlavə edir.

Su həyatın təməli, yaradılışın açarıdır. Məhz elə buna görədir ki, ulu babalarımız suyu müqəddəs həyat mənbəyi, paklıq və bərəkət rəmzi sayaraq ona böyük ehtiramla yanaşıb, mənəvi dəyərlərin bir parçasına çeviriblər. Novruzu müjdələyən ilk çərşənbənin də məhz “Su” adlanması bu baxımdan təsadüfi deyil.

Ömrünüz su kim aydın, ruziniz bərəkətli olsun. Su çərşənbəniz mübarək!

 

Ömrünüz su kimi aydın olsun: Ordubadın Bist kəndində ilk çərşənbə sevinci REPORTAJ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb