Rəqəmsallaşma sürəti artırır: Orta Dəhlizdə yükdaşımalar yüksəlişdə VİDEO
Bakı, 17 mart, AZƏRTAC
Dəmir yollarında rəqəmsallaşma səmərəliliyi artırmaq və dəmiryolunu sərnişinlər, həmçinin yükdaşıyanlar üçün daha cəlbedici etmək məqsədi daşıyır. Rəqəmsallaşma, həm də dəmir yolu sahəsinə transformativ təsir gətirir. Belə ki, dəmir yollarında rəqəmsallaşma real vaxt məlumatları və avtomatlaşdırma vasitəsilə qatarların hərəkət intervallarını azaldır və şəbəkə tutumunu artırır. 2025-ci ildə Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində dəmir yolu nəqliyyatı ilə 14261,4 min ton yük daşınıb. Mütəxəssislər hesab edir ki, rəqəmsallaşma istiqamətində görülən işlər yükdaşımaların həcminin daha da artmasına gətirib çıxaracaq.
Daha ətraflı AZƏRTAC-ın əməkdaşlarının hazırladığı videomaterialda izləyə bilərsiniz.