Ağdam sakini: Azad edilən torpaqlara qayıtmaq böyük sevinc və qürur hissi yaradır VİDEO
Bakı, 8 may, AZƏRTAC
Həmin faciəli gecədə Ağdamdan çıxaraq ağır və unudulmaz günlər yaşadıq. Bu gün işğaldan azad olunan torpaqlara qayıdış böyük sevinc və qürur hissi yaradır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Ağdam sakini Şövkət Xəlilova söyləyib.
“Allah bir daha xalqımıza belə acılar göstərməsin. Bu sevinci bizə yaşadan şəhidlərin əziz xatirəsini ehtiramla yad edirik, onların valideynlərinə minnətdarlığımı bildirirəm”, - deyə məcburi köçkün Ş.Xəlilova bildirib.
“Şəhidlərimizin ruhu şaddır. Bu gün həmin qəhrəman övladların sayəsində doğma yurda qayıdırıq. Allah şəhid ailələrinə səbir versin”, – deyə Ağdam sakini vurğulayıb.