Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Prezidentinin və NATO baş katibinin mətbuat konfransı VİDEO

Brüssel, 15 yanvar (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, yanvarın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin NATO-nun baş katibi Anders Foq Rasmussen ilə görüşü başa çatdıqdan sonra mətbuat konfransı keçirilmişdir.

Baş katib Anders Foq Rasmussen və Prezident İlham Əliyev əvvəlcə mətbuata bəyanatlarla çıxış etdilər.

 

NATO-nun baş katibi Anders Foq Rasmussenin

bəyanatı

- Cənab Prezident.

Brüsselə bir daha xoş gəlmisiniz.

Bu gün keçirdiyimiz görüş NATO-nun və Sizin tərəfdaşlığımıza olan sadiqliyinizi əks etdirir. Bu, o deməkdir ki, biz Cənubi Qafqaz regionuna sadiqik və sadiq qalacağıq. Azərbaycan Avropanın enerji təhlükəsizliyi, Qafqazda isə sülh və sabitlik üçün həyati əhəmiyyət kəsb edən ölkədir. Eyni zamanda, Azərbaycan NATO üçün vacib və əhəmiyyətli tərəfdaşdır. Biz qoşunlarınızın Əfqanıstanda aparılan əməliyyatlara verdiyi qətiyyətli dəstəyə görə minnətdarıq. Biz, həmçinin NATO-nun əməliyyatlarına hava məkanından istifadə və tranzit marşrutları formasında verilən siyasi dəstəyə görə təşəkkür edirik. Nəhayət, Əfqanıstanın təhlükəsizlik qüvvələrinin təlimlərinə verdiyiniz xeyirxah dəstəyinizə görə də “Çox sağ olun” deyirik.

Cənab Prezident, 2014-cü ildən sonra əfqan təhlükəsizlik qüvvələri üçün təlim keçirmək, məsləhətlər vermək və yardım etmək kimi Əfqanıstandakı yeni missiyamıza verəcəyiniz davamlı dəstəyə görə minnətdaram. Bu, Sizin Avratlantik təhlükəsizliyin dəstəklənməsinə açıq şəkildə sadiq olduğunuzu göstərir.

Bu gün biz NATO ilə Azərbaycan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsini müzakirə etdik. Biz siyasi dialoqumuzu, o cümlədən enerji təhlükəsizliyi və terrorçuluğa qarşı mübarizə kimi strateji məsələlərin müzakirəsini möhkəmləndirmək əzmindəyik. İslahatların davam etdirilməsi, həmçinin Azərbaycan üçün əhəmiyyətlidir. NATO Sizə yardımı davam etdirəcəkdir. İnanıram ki, biz tərəfdaşlığımızın bir çox sahələri üzrə dialoqumuzu və əməkdaşlığımızı dərinləşdirə bilərik.

Bu ay biz “Sülh naminə tərəfdaşlıq” Proqramımızın iyirminci ildönümünü qeyd edirik. Sülh naminə tərəfdaşlığımız demokratik dəyərlərə və prinsiplərə sadiqliyə əsaslanır. Azərbaycan əvvəldən bu proqramın güclü tərəfdarı olub.

Cənab Prezident, bizim dialoq və əməkdaşlıq üçün möhkəm çərçivəmiz vardır. Bu gün biz möhkəm və uzunmüddətli tərəfdaşlığımızı davam etdirmək barədə razılığa gəldik.

Azərbaycan Prezidenti İlham Əliyevin

bəyanatı

- Çox sağ olun, cənab baş katib. Dəvətinizə görə minnətdaram. NATO-ya yenidən gəlməyimə və NATO ilə Azərbaycan arasında strateji dialoqa aid müzakirələrimizi davam etdirməyə çox şadam.

Bu, mənim NATO-nun mənzil-qərargahına artıq beşinci səfərimdir. Bu fakt əməkdaşlığımızın səviyyəsini göstərir. Bu əməkdaşlıq illəri və bizim NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramına iyirmi il ərzində üzv olmağımız göstərir ki, münasibətlərimiz artıq strateji əməkdaşlıq səviyyəsinə qalxıb.

Eyni zamanda, cənab baş katib, Sizin 2012-ci ildə Azərbaycana etdiyiniz səfəri və apardığımız müzakirələri xatırlayıram. Bu gün əməkdaşlığımıza dair bir çox məsələlər ətrafında müzakirələrimizi davam etdirdik. Cənab baş katibin qeyd etdiyi kimi, biz Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrində iştirakımıza aid məsələləri müzakirə etdik. Biz 2014-cü ildən sonrakı dövrdə Əfqanıstanda təhlükəsizliyin təmin edilməsinə sadiq qalacağıq. Bu gün məhvetmə gücünə malik olmayan malların demək olar ki, 40 faizi Əfqanıstana Azərbaycan ərazisi vasitəsilə aparılır. Azərbaycandan keçən marşrut ən etibarlı və təhlükəsiz marşrutdur. Bir sözlə, biz regionumuzda sülhü və sabitliyi təşviq etmək üçün səylərimizi davam etdirəcəyik.

Eyni zamanda, biz, həmçinin keçmişdə Kosovoda aparılan sülhməramlı əməliyyatlarda iştirak etmişik. Bizim NATO-nun sülhməramlı əməliyyatlarında iştirakımız əməkdaşlığımızın mühüm hissəsidir. Biz terrorçuluğa qarşı mübarizədə əməkdaşlıq edirik. Mən Silahlı Qüvvələrimizdə aparılan islahatlara NATO-nun verdiyi dəstəyə görə minnətdaram. Silahlı Qüvvələrimiz NATO standartlarına uyğunlaşdırılır. Biz, həmçinin NATO-nun yardımı, o cümlədən maliyyə dəstəyi ilə Azərbaycanda minalardan təmizlənmə layihələrini həyata keçiririk. Eyni zamanda, Azərbaycan Əfqanıstanın Milli Ordusunun Etimad Fonduna öz töhfəsini verir. Biz artıq 1 milyon avro məbləğində maddi yardım göstərmişik və daha 1 milyon avro yardım göstərəcəyik. Bu gün bildirmək istəyirəm ki, biz Əfqanıstanın Milli Ordusunun Etimad Fonduna əlavə 1 milyon avro ayıracağıq. Biz bu addımı Əfqanıstanda sülh və təhlükəsizliyə verdiyimiz töhfə kimi qiymətləndiririk.

Eyni zamanda, biz Dövlət Sərhəd Xidməti, Müdafiə Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyinin akademiyalarında, həmçinin Diplomatik Akademiyada əfqan hərbçiləri üçün təlimlərimizi davam etdirəcəyik. Hesab edirəm ki, təlimlər və Əfqanıstanın yenidən qurulmasına göstərdiyimiz yardım Azərbaycanın verdiyi əlavə töhfə olacaqdır.

Biz bu gün, həmçinin Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdik. Ermənistan ilə Azərbaycan arasında münaqişə regional təhlükəsizliyə və sabitliyə əsas təhlükədir. Biz münaqişənin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həllinə tezliklə nail olmalıyıq.

Bir aydan az müddət öncə Azərbaycan XXI əsrin layihəsi hesab oluna biləcək layihəyə imza atdı. Azərbaycan qazını istehlakçılara çatdıracaq nəqliyyat infrastrukturunun tikintisi bu yaxınlarda başlayacaqdır. Azərbaycan bu layihənin vaxtında həyata keçirilməsi üzrə təşəbbüsü irəli sürüb və məsuliyyəti öz üzərinə götürüb. Bu, enerji şaxələndirilməsi, enerji təhlükəsizliyi və əməkdaşlığı layihəsi olacaq və Avropanın ən iri infrastruktur layihəsinə çevriləcəkdir. Bu layihə iştirakçı ölklərin və şirkətlərin əlavə əlaqələndirmə səylərini tələb edəcəkdir. Əlbəttə ki, biz bu layihəni vaxtında həyata keçirmək məqsədilə Azərbaycanın ən mühüm enerji infrastrukturunun qorunmasını təmin etməliyik.

Bir sözlə, NATO ilə Azərbaycan arasında əməkdaşlıq uğurla davam edir. Bu gün biz baş katiblə həmin əməkdaşlığın perspektivlərini, bunun hansı yollarla dərinləşdirilməsini və gələcək münasibətlərimizin yeni formalarını müzakirə etdik. Gələcəkdə biz NATO-nun daha yaxın və etibarlı tərəfdaşı olmaq istəyirik və əminəm ki, bu, belə də olacaqdır.

Sağ olun, cənab baş katib.

X X X

Sonra jurnalistlərin sualları cavablandırıldı.

Azərbaycan Televiziyasının əməkdaşı Nəsib Muxtarov: Sualım cənab baş katibədir. Siz artıq qeyd etdiniz ki, Azərbaycan-NATO münasibətləri uğurla inkişaf edir. Bu gün keçirilmiş görüş bu əlaqələrə əlavə bir töhfədir. Tərəfdaşlığımızın perspektivlərini necə görürsünüz? Sağ olun.

Anders Foq RASMUSSEN: Dediyim kimi, bizim artıq yaxşı işləyən tərəfdaşlığımız vardır. Lakin bununla belə, mən tərəfdaşlığımızın daha inkişaf etdirilməsi potensialını da görürəm. Əməkdaşlığımızın bir hissəsi apardığımız birgə əməliyyatlardır. Prezidentin qeyd etdiyi kimi, olduqca vacibdir ki, biz birgə işləmək və əməliyyat aparmaq bacarığımızı inkişaf etdirək, daha doğrusu, silahlı qüvvələrimiz birgə işləmək bacarığını əldə etsin. Beləliklə, biz sülhməramlı əməliyyatlarda birgə iştirak edə bilərik. Bununla mən ikinci arqumentə gəlirəm: Silahlı Qüvvələr daxilində islahatları davam etdirməliyik. Bu, elə bir sahədir ki, NATO-nun yaxşı ekspert bilikləri var, bizim Azərbaycan ilə artıq gözəl əməkdaşlığımız qurulub və onu davamlı şəkildə inkişaf etdirməliyik.

Əlbəttə ki, enerji təhlükəsizliyi ümumi maraq doğuran böyük məsələdir. Onun strateji, daha sonra təhlükəsizlik aspektləri vardır. Bu sahədə də biz tərəfdaşlığımızı daha da inkişaf etdirə bilərik.

Sonda, icazə verin qeyd edim ki, bizim konkret praktiki əməkdaşlıq layihələrimiz vardır. Məsələn, biz partlamamış sursatların təmizlənməsi və yüz hektarlarla torpaqların bundan azad edilməsi üçün Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik ilə əməkdaşlıq edirik. Bu, dünyada ən böyük belə layihələrdən biridir və Azərbaycan xalqının rifahına xidmət edən layihədir. Bu, gələcəkdə inkişaf etdirilə biləcək praktiki əməkdaşlığın digər konkret nümunəsidir.

Azadlıq Radiostansiyası: Mənim cənab Prezidentə iki sualım var. Dağlıq Qarabağ məsələsi ilə bağlı bu yaxınlarda Ermənistan Prezidenti ilə keçiriləcək görüşünüz barədə nə deyə bilərsiniz? Həmçinin ikinci sualım: ötən dəfə Siz burada - Brüsseldə söylədiniz ki, Azərbaycanda siyasi məhbus yoxdur. Cənab Məmmədov və cənab Məmmədli hələ də həbsxanadadırlar. Bununla belə Siz yenə də söyləyə bilərsinizmi ki, Azərbaycanda siyasi məhbus yoxdur? Sağ olun.

Prezident İlham ƏLİYEV: Bəli, əlbəttə, bu, həmçinin Avropa Şurası Parlament Assambleyasının qərarında da təsdiqlənib. Ötən ilin dekabrında Avropa Şurasında bu məsələ ilə bağlı geniş müzakirələr aparıldı. Assambleyanın bəzi üzvləri tərəfindən Azərbaycanda siyasi məhbuslar haqqında irəli sürülmüş qətnamələr keçmədi. Assambleyanın əksər hissəsi bu qətnamələrə dəstək vermədi. Bu, o deməkdir ki, mənim ötən il burada, Avropa Komissiyasında söylədiklərim Avropanın və dünyanın ən mühüm təsisatlarından biri sayılan təşkilat tərəfindən təsdiqləndi. Azərbaycan artıq on ildən çoxdur ki, Avropa Şurasının üzvüdür. Biz Avropa İnsan Hüquqları Məhkəməsinin üzvüyük. Bu, öncədən onu təsdiqləyir ki, ölkəmizdə siyasi məhbus ola bilməz. Əgər kiməsə qeyri-ədalətli münasibət göstərilibsə həmin şəxs Avropa Məhkəməsinə müraciət edə bilər. Biz Avropa Məhkəməsinin qərarlarına hörmətlə yanaşırıq. Həmçinin bildirmək istəyirəm ki, siyasi məhbus tərifi mövcud deyil. Fikrimizcə, əgər siyasi məhbus tərifi Avropa Parlamenti və ya Avropa Şurası tərəfindən müəyyən edilsə, bu, yaxşı ideya olardı. Belə olan halda kiminsə siyasi məhbus olması və ya olmamasını müəyyən etmək çox asan olardı. Ona görə, fikrimcə, verdiyiniz suala ən yaxşı cavab Avropa Şurası Parlament Assambleyasının 2013-cü ilin yanvarında qəbul etdiyi qərarı ola bilər.

Qarabağ məsələsinin həllinə aid suala gəldikdə, biz nikbin olmaq istəyirik. Çünki münaqişənin başlanğıcından çox vaxt ötür və uzun müddətdir ki, torpaqlarımız işğal altındadır. Bu, iyirmi ildən artıqdır ki, davam edir. BMT-nin Təhlükəsizlik Şurasının erməni qoşunlarının torpaqlarımızdan qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən qətnamələri Ermənistan tərəfindən yerinə yetirilməyib. Bu, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və o, bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Yəqin ki, bilirsiniz, Dağlıq Qarabağın inzibati hüdudlarından kənarda yerləşən bir neçə rayon da iyirmi ildən çoxdur ki, işğal altındadır. Erməni təcavüzü nəticəsində bir milyon insan evsiz qalıb.

Mənim Ermənistan prezidenti ilə son görüşüm əvvəlki görüşlə müqayisədə ola bilsin ki, daha nikbin keçib. Ermənistanın danışıqlara getməməsi səbəbindən danışıqlar prosesində uzun durğunluq yaşandı. Biz yenə də tərəddüd edirik: Ermənistan tərəfi danışıqlar prosesində səmimidir, yoxsa sadəcə mövcud status-kvonu qoruyub saxlamağa çalışır. Bununla belə, Minsk qrupunun həmsədr ölkələrinin prezidentləri olduqca aydın şəkildə bəyan etdilər ki, mövcud status-kvo qəbuledilməzdir. Biz bunu Ermənistana ciddi mesaj kimi qəbul edirik, çünki status-kvonu dəyişmək üçün onlar bizim ərazilərimizdən çıxmağa başlamalıdırlar. Baxarıq, xarici işlər nazirlərinə göstəriş verilib. Bizim Vyanada keçirilmiş görüşdən sonra onlar da artıq görüşüblər. Ümidvarıq ki, onlar bu ayın sonunda və ya gələn ay yenidən görüşəcəklər. Ermənistanın danışıqlar prosesində nə dərəcədə səmimi olduğunu görəcəyik. Ümidvarıq ki, əgər Ermənistanda məsələyə real yanaşılarsa, biz onu tezliklə həll edə bilərik.

Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AZƏRTAC-ın) müxbiri Vüqar Seyidov: Sualım cənab baş katibədir. Son illər ərzində dinc nümayişçilərə qarşı zorakılıqdan istifadə edilməsi, özünüifadə azadlığına qoyulan məhdudiyyətlər, miqrantlara qarşı ayrı-seçkilik kimi mənfi meyllər, əfsuslar olsun ki, Avropada, o cümlədən NATO-nun üzvü olan dövlətlərdə artmaqdadır. Azərbaycanda hətta kiçik bir insident baş verdikdə Avropa dərhal reaksiya verir. Sizin fikrinizcə, bu, ikili standart yanaşma deyilmi?

Anders Foq RASMUSSEN: Xeyr, ikili standart kimi hər hansı yanaşma mövcud deyildir. Bütün NATO ölkələrində də siyasi məsələlər əsaslı müzakirə mövzusudur. Digər ölkələrlə apardığımız tərəfdaşlığa gəldikdə, biz dialoqumuzda bir sıra fundamental prinsiplərə əsaslanırıq. Həmin prinsiplərə uyğunluq məsələlərin açıq və səmimi şəkildə müzakirəsi tərəfdaşlığımızın tərkib hissəsidir. Bir sözlə, siz bunu ikili standart kimi qəbul etməməlisiniz. Əslində, biz bununla bir-birimizə daha ciddi yanaşırıq. Hazırda bu sahədə öz ölkələrimizdə də mühüm müzakirələr aparılır. Oxşar müzakirələri, həmçinin tərəfdaşlarımızla da aparırıq, çünki biz onlara hörmətlə yanaşırıq. Biz tərəfdaşlığımızı gücləndirmək istəyirik və bu məqsədlə bizim azad və açıq dialoqa ehtiyacımız vardır. Mən bu cür açıq söhbətin bir neçə dəqiqədən sonra Prezident ilə NATO Şurası arasında da aparılmasını gözləyirəm və bu, tərəfdaşlığımızın daha da gücləndirilməsinə zidd deyil, əksinə. 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Azərbaycan Prezidentinin və NATO baş katibinin mətbuat konfransı VİDEO

Yaxın Şərqdəki münaqişə Avropa İttifaqının enerji xərclərini 47 milyard avro artırıb

2026-cı ilin ikinci yarısında qızıl, enerji və valyuta bazarlarını nə gözləyir?

Bahar Özsoy: BTQ-nin modernləşdirilməsi Orta Dəhlizin qlobal rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq

Vüsal Xəlilov: Dələduzluğa qarşı mübarizə Mərkəzi Bankın diqqət mərkəzindədir

Vüqar Gülməmmədov: 2025-ci ilin dövlət büdcəsinin icrası prosesində ikili uçot halına rast gəlinməyib

Azərbaycan və Mərkəzi Asiya Fintex assosiasiyaları arasında memorandum imzalanıb

MOK-un vitse-prezidenti: Ronaldunun dünya çempionu olacağını yaşayıb görəcəyik

Belçika plastik qablaşdırma tullantılarının təkrar emalında artım əldə edib

Zakir Nuriyev: Türk dövlətlərində maliyyə inteqrasiyası üçün yeni İşçi qrupları yaradılmalıdır

Çingiz Hüseynzadə: Biz çalışırıq ki, Olimpiya hərəkatını təbliğ etməyə davam edək

Azərbaycan Dillər Universiteti ilk dəfə RUR beynəlxalq reytinqində yer alıb

Nazir: Dövlət büdcəsinin gəlir və xərclərinə nəzarət məqsədilə maliyyə hesabatlılıq portalı istifadəyə verilib

Nəsli kəsildiyi düşünülən albatroslar Yaponiyada yenidən çoxalır

AzTU və TAU-dan abituriyentlərə xüsusi təqdimat - rektorla görüş

Baş Prokurorluğun idarə və şöbə rəisləri canlı yayımda sualları cavablandıracaqlar

Şəkidə taxıl biçininə start verilib

Milli Olimpiya Komitəsi ilə “Visa” arasında əməkdaşlıq müqaviləsi imzalanıb VİDEO

Milli Olimpiya Komitəsi ilə “Visa” arasında əməkdaşlıq müqaviləsi imzalanıb VİDEO

Ekspert: Orta Dəhlizin qlobal logistika sistemində çəkisi artır

Sabah hava Bakıda dəyişkən buludlu, bəzi rayonlarda isə fasilələrlə yağıntılı olacaq

Rəsmi Bakının məqsədi regionda sülhə nail olmaq və iqtisadi inkişafa təkan verməkdir

Fransa AASM bombalarının istehsalını 6 dəfə artırır

Çin XİN: Yaxın Şərqdə problemlərin həlli hərbi yolla mümkün deyil

Son 5 ildə sosialyönümlü xərclər 3,9 milyard manat və ya 34,1 faiz artıb

Polşa və Almaniya gəncləri qatarlarda ödənişsiz səyahət edə biləcəklər

Qətərə aid sayca 5-ci LNG tankeri Hörmüz boğazından keçib

Futbol üzrə DÇ ABŞ şəhərləri üçün vəd olunan iqtisadi buma çevriləcəkmi?

“Tərtər” bazarında yoxlama aparılıb

Naxçıvanda aktiv təsərrüfat subyektlərinin sayı 21,6 faiz artıb

Pskov hava limanında uçuşlar dayandırılıb

Maliyyə naziri: Qeyri-neft baza kəsirinin davamlı olaraq azaldılmasına çalışırıq

Lihannanın faciəvi ölümü: Fransada ədalət sisteminin növbəti uğursuzluğu

Süni intellekt dövründə insan hüquqlarının gələcəyi Bakıda müzakirə olunacaq

Azərbaycan Universitetində “Bir məqalə, iki nəsil” layihəsinə başlanılıb

Maliyyə naziri: Ötən il xərclərin səmərəli, ünvanlı və ehtiyaclara uyğun icrası təmin olunub

“Şimal-Cənub” marşrutunun Azərbaycandan keçən hissəsinin ötürücülük qabiliyyəti beş dəfə artıb

Xaqani Şirvani və dövrünün siyasi-mədəni mühiti - dəyirmi masa

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti yük göndərilib

İsrail ordusu Qəzzada HƏMAS-ın Dəniz Polisi qərargahı və silah anbarlarına hücum edib

Sahil Babayev: Bu il Dövlət Neft Fondundan büdcəyə transferin azaldılması planlaşdırılır

Kəlbəcərdə Günəş panelli avtonom radiomonitorinq stansiyası istifadəyə verilib

Ekspert: Azərbaycan qlobal logistika proseslərinin fəal iştirakçısıdır

Nazir: Dövlət borcunun məzənnə və xarici bazar risklərinə həssaslığı azalıb

“Airbus” və “Dassault” birgə döyüş təyyarəsinin yaradılması ilə bağlı layihəni dayandırır

Dünyada dövlət borcu ÜDM nisbətinin ən aşağı olan ölkələrdən biri Azərbaycandır

Bu saata olan əsas xəbərlər

Azərbaycanın U-17 yığması Qəbələdə növbəti yoxlama oyununu keçirəcək

Maliyyə naziri: Ötən il Azərbaycanın qeyri-neft sektoru daha da genişlənib

Dilimiz milli-mədəni kimliyimizin təməlidir - yeni layihə

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Çin alimləri kosmosda qaraciyər xəstəliklərinin inkişaf mexanizmlərini tədqiq ediblər

Sahil Babayev: Ötən il Azərbaycan üçün növbəti uğurlu il olub

Futbol üzrə dünya çempionatının Somalidən olan hakimi ABŞ-yə buraxılmayıb

Türkiyədə aktiv rəqəmsal bankçılıq müştərilərinin sayı 129 milyonu ötüb VİDEO

Türkiyədə aktiv rəqəmsal bankçılıq müştərilərinin sayı 129 milyonu ötüb VİDEO

Abşeron rayonunda sürücülər arasında baş verən insident araşdırılıb

“Uşaqların rəqəmsal təhlükəsizliyi, zərərli asılılıqdan qorunması”: İctimai müzakirə

Azərbaycanın xarici işlər naziri Yaponiyaya rəsmi səfərə yola düşüb

Baş prokuror Naxçıvanda vətəndaşların müraciətlərini dinləyəcək

XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb

NBA: “San-Antonio Spörs” final seriyasında önə keçib

Odessa sahillərində 15 ölü delfin aşkarlanıb

Dərmanların təhlükəsizliyi necə qorunur?

“YAŞAT” Fondu Şəkidə yaz düşərgəsi reallaşdırıb

Çində avtomobil satışları kəskin azalıb

Azov dənizində zərər görən gəmilərin 19 nəfər azərbaycanlı heyət üzvü ölkəmizə yola salınıb

Texnobloger: Platformalar yeniyetmələr üçün xüsusi təhlükəsizlik tədbirlərini tətbiq etməlidir

Qəzza zolağına keçid məntəqələrinin fəaliyyəti bərpa olunub

Milli Kitabxanada “Azərbaycanda yaşayan azsaylı xalqlar” adlı virtual sərgi açılıb

Əfqanıstanda ilin əvvəlindən bəri baş verən təbii fəlakətlər 300-dən çox insanın həyatına son qoyub

Fransa və Almaniya 100 milyard avroluq döyüş hava sistemi proqramını dayandırıb

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

ABA: Bank sektorunun aktivləri 57 milyard manatı ötüb VİDEO

ABA: Bank sektorunun aktivləri 57 milyard manatı ötüb VİDEO

DİN: Qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən olunub

İrakli Kobaxidze: Gürcüstan bu gün Azərbaycanla misilsiz əlaqələrə malikdir

Fransada dəmiryol işçiləri tətilə hazırlaşırlar

“Axios”: ABŞ Trampın iradəsi xaricində Yaxın Şərqdə yenidən münaqişəyə cəlb oluna bilər

Özbəkistan məhkəmələrdə korrupsiyaya qarşı nəzarəti gücləndirir

BDU beynəlxalq reytinqdə 189 pillə irəliləyərək Azərbaycanda lider mövqeyini qoruyub

Krasnodar hava limanında 12 reys təxirə salınıb

Uşaqlar üçün məhdudiyyətlərin tətbiq edildiyi platformaların siyahısı yaxın vaxtlarda təqdim olunacaq

ABŞ-də reaktiv yanacaq istehsalı rekord həddə çatıb

ABA və "Ticarət Şəbəkələrinin İnkişafı" İctimai Birliyi arasında Anlaşma Memorandumu imzalanıb VİDEO

ABA və "Ticarət Şəbəkələrinin İnkişafı" İctimai Birliyi arasında Anlaşma Memorandumu imzalanıb VİDEO

Fərid Osmanov: Yaxın vaxtlarda beynəlxalq maliyyə institutları ilə geniş əməkdaşlıq paketinin tamamlanması planlaşdırılır VİDEO

Fərid Osmanov: Yaxın vaxtlarda beynəlxalq maliyyə institutları ilə geniş əməkdaşlıq paketinin tamamlanması planlaşdırılır VİDEO

Mehmet Şimşek: Türkiyə ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində addımlar atır

Tramp: İsrail və İran ən azı bir həftə qarşılıqlı hücumlar həyata keçirməyəcək

Bu gün Azərbaycanın U-21 millisi Qırğızıstan yığması ilə qarşılaşacaq

Vüsal Qasımlı: Azərbaycanda yeni sosial-iqtisadi inkişaf proqramının qəbul olunması gözlənilir VİDEO

Vüsal Qasımlı: Azərbaycanda yeni sosial-iqtisadi inkişaf proqramının qəbul olunması gözlənilir VİDEO

Ağcabədi sakini zəhərlənərək həyatını itirib

Azərbaycan İKT sektorunda illik ixrac həcmini 1 milyard dollara çatdırmağı hədəfləyir VİDEO

Azərbaycan İKT sektorunda illik ixrac həcmini 1 milyard dollara çatdırmağı hədəfləyir VİDEO

Azərbaycanın U-20 millisi Ruy Jorjenin rəhbərliyi altında ilk oyununa çıxacaq

COP31 ərəfəsində Bonn şəhərində BMT-nin ikihəftəlik iqlim sessiyası keçirilir

Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası üzvlərinin növbəti ümumi yığıncağı olub

Firuzə Rəsulova: Uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən qorunması ən aktual tələblərdən biridir

AMB: Hazırda AZ-QR infrastrukturunun daha da genişləndirilməsi istiqamətində işlər aparılır

Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin bank aktivlərinin həcmi açıqlanıb VİDEO

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin bank aktivlərinin həcmi açıqlanıb VİDEO

Qadın futbolçulardan ibarət Azərbaycan yığması seçmə mərhələdə son matçına çıxır

Dünya bazarında qızıl və gümüş bahalaşıb VİDEO

Dünya bazarında qızıl və gümüş bahalaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Azərbaycanın Yaxın Şərqdə enerji diplomatiyasının yeni istiqamətləri formalaşdırılır ŞƏRH

Futbol üzrə Azərbaycan millisi bu gün San-Marino ilə qarşılaşacaq