49 min 455 abituriyent elektron ərizəsini təsdiqləmişdir
Bakı, 16 may (AZƏRTAC). 2011-2012-ci tədris ilində ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak üçün abituriyentlər mayın 31-dək internet vasitəsilə elektron ərizələrini doldurmalı və tələb olunan sənədləri sənəd qəbulu komissiyalarına təqdim edərək ərizələrini təsdiq etdirməlidirlər.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, mayın 14-dək 49 min 455 abituriyent elektron ərizəsini təsdiqləmişdir.
Abituriyentlərin 39 min 978 nəfəri Azərbaycan bölməsinə, 9 min 477 nəfəri rus bölməsinə müraciət etmişdir. Azərbaycan bölməsində I qrup üzrə 11 min 955, II qrup üzrə 9 min 903, III qrup üzrə 12 min 152, IV qrup üzrə 5 min 968 abituriyent elektron ərizələrini təsdiqləmişlər.
Rus bölməsində isə I qrup üzrə 2 min 653, II qrup üzrə 2 min 819, III qrup üzrə 2 min 814, IV qrup üzrə 1191 abituriyent elektron ərizələrini təsdiqləmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]