Azərbaycanla Dünya Bankının yeni layihə təşəbbüsləri nəzərdən keçirilib
Bakı, 9 sentyabr, AZƏRTAC
İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays ilə görüşüb.
İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın cari vəziyyəti, reallaşdırılan layihələr və yeni layihə təşəbbüsləri nəzərdən keçirilib. KOB-ların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, iqtisadi artımın və iqtisadiyyatın şaxələndirilməsinin yeni imkanlarının araşdırılması istiqamətində Dünya Bankı ilə əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Bu sahələrdə birgə təşəbbüslərin Azərbaycanda özəl sektorun inkişafına və dayanıqlı iqtisadi artımın dəstəklənməsinə töhfə verəcəyi qeyd olunub.
Görüşdə Dünya Bankı Qrupunun Azərbaycanda vahid ölkə nümayəndəliyi modelinə keçidinin tərəfdaşlığın daha səmərəli və əlaqələndirilmiş şəkildə inkişafına imkan yaradacağı bildirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:02]
Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur
- 30.09.2026 [18:11]
® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı
- 30.09.2026 [18:04]
Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar
- 30.09.2026 [17:46]