Synergy Group tərəfindən mərhum Azərbaycan şahmatçısı Vüqar Həşimovun xatirəsinə marka hazırlanmışdır VİDEO
Şəmkir, 21 aprel (AZƏRTAC, Samirə Allahverdiyeva). “Shamkir Chess 2014” turnirinin təşkilatçısı Synergy Group tərəfindən mərhum Azərbaycan şahmatçısı Vüqar Həşimovun xatirəsinə marka hazırlanmışdır.
AZƏRTAC xəbər verir ki, həmin marka turnirin açılış mərasimində qonaqlara və yarış iştirakçılarına təqdim olunmuşdur.