ELM VƏ TƏHSİL
“ADA” Universiteti və AzərTAc-ın birgə layihəsi: “Tələbə uğuru” “ADA” Universitetinin məzunlarından bəhs edir VİDEO
Bakı, 20 iyun (AZƏRTAC). “ADA” Universiteti və AZƏRTAC-ın birgə layihəsi olan “Tələbə uğuru”nda universitetin məzunlarından bəhs olunur.
İctimai Televiziyanın “Yeni gün” verilişində yayımlanacaq növbəti reportajın qonaqları universitetin Çexiyadan olan məzunu Jiri Brandis və məzunlarla iş şöbəsinin əlaqələndiricisi Tuğra Musayevadır.
Reportajda Jiri Brandis universitetdə qazandığı uğurlardan söhbət açır, məzunlarla iş şöbəsinin gördüyü işlər barədə ətraflı məlumat verilir.