Azərbaycan Dövlət İnformasiya Agentliyi

8 Noyabrın “8 Noyabr”ı

Milli qürurumuzu əbədiləşdirən stansiya

Bakı, 8 noyabr, AZƏRTAC

Ölkəmizin tarixində xüsusi yer tutan 28 May, 20 Yanvar kimi tarixi hadisələrlə yanaşı, 8 Noyabr - Zəfər Gününün də Bakı Metropolitenində özünəməxsus yeri var və bu tarixi Zəfəri tərənnüm edəcək rəmzlər sırasında Bakı Metropoliteni də yer alıb.

AZƏRTAC Vətən müharibəsində qazandığımız böyük Zəfər şərəfinə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təşəbbüsü ilə “8 Noyabr” adlandırılmış yeni stansiya barədə məqaləni təqdim edir.

Bu ilin mayın 29-da yeni stansiyanın istifadəyə verilməsilə metronun “Avtovağzal” stansiyasından başlanan və layihə uzunluğu 18,5 kilometr olaraq Xocəsən qəsəbəsindən Qaraçuxur qəsəbəsinədək uzanacaq xəttin daha bir sahəsi - “Memar Əcəmi-8 Noyabr” mənzili şəhərin yeraltı nəqliyyat şəbəkəsinə qoşulub. Ötən müddət ərzində sərnişin sayı artmağa başlamış stansiya artıq hər iş günü ərzində 3 mindən çox sərnişinə xidmət göstərir.

Üç səviyyəli stansiya

Ceyhun Səlimov küçəsi, Mərkəzi Hərbi Klinik Hospitalın qarşısında yerləşən stansiya Nəsimi rayonunun həmin ərazisini şəhərin mərkəzi və bir çox rayonları ilə birləşdirir. Ümumi uzunluğu, keçid kamerası və sərnişin platforması ilə birlikdə 363,34 metrdir.

“8 Noyabr” stansiyası 3 səviyyədən ibarətdir. Stansiyanın Ceyhun Səlimov küçəsinə 4 çıxışı var. Onlardan ikisi yolun hər iki istiqamətində olmaqla Əbdülvahab Salamzadə küçəsində yerləşən körpü, digər iki çıxışdan biri isə hospital tərəfdə yerləşən yaşayış sahəsinə doğrudur.

Yerüstü sahədən başlamaqla sərnişinlər stansiyaya eskalator, lift və pilləkənlərdən istifadə edərək, daxil ola bilərlər. Üst səviyyə stansiyanın giriş sahəsi və müvafiq keçid-nəzarət sahəsidir. Perspektiv plana görə, gələcəkdə inşası nəzərdə tutulmuş “Mavi xətt”in (Yasamal yaşayış sahəsindən Bakıxanov qəsəbəsinə qədər) 3-cü stansiyasına piyada keçidi buradan başlayır.

Texniki xarakterli ikinci səviyyədə elektrik təchizatı, havalandırma, işarəvermə, rabitə və digər xidməti sahələrin stansiya avadanlıqları yerləşir. Xidməti otaqlarda hərəkətin təşkili ilə bağlılığı olan hər sahənin infrastrukturu qurulub. Keçid xarakterli bu səviyyədən sərnişinlər eskalatorlar və pilləkənlə vestibülə, oradan da platforma üzərinə enirlər. Ümumiyyətlə, stansiyanın 4 çıxışla birlikdə sərnişinlərin səviyyədən-səviyyəyə paylanması Almaniyanın “ThyssenKrupp” şirkətinin ən müasir “Tugela FT-945” tipli 17 eskalatoru ilə həyata keçirilir. Xəttin bütün stansiyalarında olduğu kimi, burada da fiziki imkanları məhdud sərnişinlər üçün “ThyssenKrupp”un istehsalı olan “Enta-200” tipli 3 lift quraşdırılıb. Artıq əlil arabasından istifadə edən sərnişinlər üçün metroda şərait yaradılıb. Bunun üçün 2019-cu ilin mart ayından müvafiq xidmət fəaliyyətə başlayıb. Əvvəlcədən verilən sifariş üzrə həyata keçirilən bu xidmət sayəsində əlil arabaları xüsusi texniki qurğu vasitəsilə platforma səviyyəsinə endirilir və bütün qatarlardakı əlil arabaları üçün ayrılmış yerlərdən istifadə etməklə mənzil başına çatdırılırlar. Bu kateqoriyadan olan sərnişinlər üçün belə xidmət hər üç xətdə yaradılıb.

Memarlıq və dizayn tərtibatı

“8 Noyabr” stansiyasının dərinliyi yerləşdiyi ərazinin relyefinə uyğun olaraq 12-22 metr aralığındadır. Metropolitendə ilk dəfə “Bənövşəyi xətt”in “Memar Əcəmi” stansiyasında tətbiq edilən “Qruntda divar” inşaat üsulu burada da tətbiq edilib. Bu üsul daha kiçik ərazidə inşaat səmərəliliyini təmin etmək, ən vacibi, ekoloji məsələlərin nəzərə alınmaqla aparılmasını təmin edir. Stansiyanın inşasında yeni tipli inşaat metodlarından, həmçinin müasir dünya standartlarının tələblərinə uyğun maşın mexanizmlərdən istifadə olunub. Ümumiyyətlə, inşaatın səmərəsini, effektivliyini artırmaq məqsədilə “Bakı Metropoliteni” QSC yaradıldıqdan sonra məhz maşın və mexanizmlərdən ibarət geniş yenilənmə tədbirləri aparılmaqla ən optimal səmərə əldə olunub.

Stansiyanın bütün giriş-çıxış keçidləri ətraf ərazinin də estetik görkəminə əlavə cizgilər gətirən çətir formalı örtüklə təmin edilib. Bu isə həm də keçidlərdə eskalator və pilləkənləri yağıntılardan qoruyur.

Stansiya, girişdən platformaya qədər, vahid memarlıq ansamblı üslubunda inşa olunub və sadəliyi, eyni zamanda, da orijinal həlli ilə seçilir. Yeddivaqonlu qatarları qəbul edən platformanın yol divarları keramoqranitlə üzlənib, döşəməyə də qranit düzülüb.

Stansiyanın işıqlanmasının ən müasir üslubda həll edilməsi elektrik enerjisinə maksimal qənaət etməklə yanaşı, dizayn həllində də əlavə estetik təsirə malikdir. Dairəvi çilçıraqlar genişlik təsiri yaratmaqla stansiyanın erqonomik və estetik görkəmini xüsusilə tamamlayır və onun dəhlizinin genişliyini işıqlı zal effekti ilə dərinləşdirir.

“Memar Əcəmi” stansiyası ilə birləşən tunellər

“Bənövşəyi xətt”in “Memar Əcəmi” və “8 Noyabr” stansiyalarını birləşdirən tunelləri də ən müasir qazma maşınlarından istifadə olunaraq inşa edilib. Məlumdur ki, “Avtovağzal” stansiyasından başlamaqla tunellər Almaniya istehsalı olan “Herrenknekht” və ABŞ-ın “Robbins” tunelqazma kompleksləri ilə qazılıb.

Uzunluğu 1250 metrdən artıq olan “Memar Əcəmi-8 Noyabr” mənzilində tunel yolları Bakı Metropoliteni tarixində ilk dəfə dəmir-beton bloklar üzərində qurulub. Dəmir-beton bloklar taxta şpallardan uzunömürlüyü, istismar şərtlərinin sadəliyi, asan qulluğu ilə seçilir, mürəkkəb hidrogeoloji şəraitə davamlıdır. Onlar “Bakı Metropoliteni” QSC-nin öz istehsalat sahəsində yaradılan yeni sexin məhsuludur. Sex Almaniyanın “Vollert” şirkəti ilə əməkdaşlıq şəraitində, ən müasir texnoloji avadanlıqlardan istifadə olunmaqla qurulub. Bu isə yolun istismarına çəkilən xərci əsaslı şəkildə azaltmaqla, ölkə xaricinə kapital axınının qarşısını alır.

Yolun üst quruluşunun yığılmasında müasir “Vollert-Rheda” sistemindən istifadə olunub. Orada ən səmərəli variant sayılan “Vossloh-300 UTS” tipli rels bəndləri tətbiq edilib və yeni tipli yoldəyişdiricilər quraşdırılıb. Qeyd edək ki, keçmiş SSRİ metropolitenləri arasında “Vollert-Rheda” sistemi ilk dəfə Bakı Metropoliteninin bu yeni yol sahəsində tətbiq edilib. İspaniyanın “Voestal Pine” şirkətinin məhsulu olan R-54 tipli yeni yoldəyişdiricilər isə qatarların daha rəvan və sürətlə bir yoldan digər yola keçməsini təmin edir. Qatarların hərəkətini elektrik enerjisi ilə təmin edən İspaniya istehsalı olan təmas relsləri də bu yeniliyə, müvafiq standartlara cavab verir. Alüminium materialdan da istifadə etməklə istehsal olunan təmas relsləri əvvəlki analoqları ilə müqayisədə elektrik enerjisinə 25 faizədək qənaət etməyə şərait yaradır, daha sadə olmaqla, uzunömürlüdür və qulluğu da asandır.

Ən müasir sistemlər stansiyası

Bənövşəyi xəttin ən böyük yenilikləri elektrik təchizatı ilə bağlıdır. Əsas yenilik enerji təminatının ən optimal və təhlükəsiz sistemlərlə həyata keçirilməsidir. Layihəyə uyğun olaraq, ümumilikdə, 12 stansiyadan ibarət olacaq xətti 35 kV-luq iki yarımstansiya qidalandıracaq. Birincisi yeni stansiyanın üzərindədir. Bu, metropoliten tarixində ilk dəfə həyata keçirilib. Elektrik yarımstansiyasının ərazisində həm də gücü 16 MVA olan dizel-generator stansiyası quraşdırılıb. O, fövqəladə hallarda xəttin elektrik ehtiyaclarını ödəyəcək. Bu məqsədlə orada 4 dizel generatoru quraşdırılıb, perspektivdə - xətt inkişaf etdikcə yeni generator da quraşdırılacaq. Gələcəkdə tikiləcək bütün yeni xətlər eyni qayda ilə ehtiyat enerji mənbələri ilə təchiz olunacaq. Fövqəladə hallarda, metronun elektrik enerjisi ilə təminatında problemlər yarandıqda, qatarların tunellərdən stansiyaya çıxarılması, stansiya, tunel və vaqonların işıqlandırılması, ventilyatorların, eskalator, lift və travolatorların, suxaric qurğularının, ümumiyyətlə, yeni xəttin ilk 3 stansiyasının infrastrukturuna tələb olunan enerji metronun alternativ enerji mənbələrindən veriləcək.

Stansiyanın özünün elektrik yarımstansiyası da ən müasir avadanlıqlarla təchiz edilməklə daha etibarlı sistemlə qurulub.

Stansiyanın ərazisində hər birinin tutumu 240 kubmetr olan 2 su anbarı tikilib. Onlardan biri içməli su ehtiyatı, digəri yanğınsöndürmə hovuzudur. Ümumiyyətlə, stansiyanın yanğın təhlükəsizliyi ən müasir sistemlərlə təchiz edilib. Həmçinin bütün metropoliten stansiyalarında olduğu kimi, burada da videomüşahidə sistemi ilə nəzarət təmin edilib.

Stansiyanın sanitariya qurğuları da ən etibarlı şəkildə qurulub. Suxaric və çirkab su qurğuları İtaliya istehsalıdır. Daxili havalandırma sistemi digər mövcud xətlərdən fərqli olaraq quraşdırılıb. Burada “Bakı Metropoliteni” QSC-nin texniki şərtləri üzrə Rusiyanın Artyomovsk şəhərinin “Ventprom” maşınqayırma zavodunda istehsal olunan 6 güclü ventilyator işləyir.

Məlumdur ki, yeni xətlərdə idarəetmə və qatarların hərəkəti ən müasir sistemlərlə təchiz ediləcək. Bu sistemlərin hər birisinin özünün tətbiq xüsusiyyətləri var və bu texnoloji proseslərə əməl olunmaqla artıq bütün tədbirlər ardıcıllıqla həyata keçirilir.

Fransanın “Thales” şirkəti ilə əməkdaşlıq çərçivəsində yeni dövrün ən müasir tələblərinə cavab verən idarəetmə sistemlərinin tətbiqi davam etdirilir.

Ən mühüm yeniliklərdən biri bütün infrastrukturun dünyanın ən aparıcı standartları səviyyəsində qurulmasıdır. SCADA dispetçer idarəetməsi, məlumatların toplanması və hərəkət prosesinin vizual izlənməsini təmin edən ən müasir kompleks sistemidir. Digər xətlərdə olan sistemlə müqayisədə SCADA idarəetməni maksimal optimallaşdırmaqla, daha da səmərəli şəkildə qurmağa kömək edir.

Əvvəlki iki stansiyadan başlamış layihənin davamı kimi, burada da TETRA peşəkar trankinq (radio kanalların abonentlər arasında avtomatik paylanması) radio-telefon rabitəsi tətbiq edilir. Sistem rəqəmsal mobil rabitənin qlobal standartı texnologiyaları (GSM) əsasında hazırlanıb və çağırışları prioritetləşdirmək və informasiyanın məxfiliyini təmin etməklə müxtəlif qrup istifadəçiləri arasında çevik kommunikasiya yaradılmasının iqtisadi cəhətdən ən səmərəli və qənaətcil vasitəsidir. Sistemin informasiyanı kabel şəbəkəsi ilə deyil, radiokanallar vasitəsilə ötürməsi kilometrlərlə kabelə olan ehtiyacı aradan qaldırır.

Sərnişin rahatlığı və hərəkətin optimal təşkili

Qatarların idarə olunmasında, hərəkətin təşkilində tətbiq edilən CBTC (qatarların radiodalğalarla idarə olunması) sistemi burada əvvəlki SAT-ALİ sistemini əvəz edəcək. Lakin texnoloji proseslərin tələbinə uyğun olaraq bu sistemin tam həyata keçirilməsi mərhələ ilə aparılmalıdır. Hazırda onun əsas baza prinsiplərinə uyğun olaraq mikroprosessor mərkəzləşməsi və digər vacib infrastruktur tam fəaliyyətdədir.

Metropolitenin texniki-istismar tələblərinə uyğun olaraq, xətlərdə dönmə kameraları inşa olunur. Yeni xətdə başlanğıc stansiya olan “Avtovağzal”dan sonra ilk belə tələb məhz “8 Noyabr” stansiyasında təmin edilib. Burada qatarların yolu dəyişərək əksinə hərəkət etməsi üçün 194 metrlik keçid kamerası inşa olunub. Kameranın ən mühüm yeniliyi müasir konstruktiv infrastrukturla təmin edilməsidir. Burada dönmə əməliyyatı əvvəlki yol davamiyyəti olan stansiyalarla müqayisədə daha rahat və çevik təmin edilir. Ən əsası, bu kamera sayəsində xətt üzrə qatarlar məkik (o baş-bu baş) prinsiplə hərəkət zərurətini aradan qaldıracaq. Başqa sözlə, stansiya arxasından qatar əks yola keçməklə geri hərəkət edəcək. Bu isə ilk növbədə, qatarların sayını artırmaqla hərəkət intensivliyini, xətt boyunca sərnişinlərin daşınmasını daha mütəşəkkil qrafiklə təmin edəcək.

Məlumdur ki, konseptual inkişaf sxemi hazırlanarkən, Bakı şəhərinin sürətli inkişafı və meqapolisə çevrilmək perspektivi nəzərə alınaraq, yeni xətlər yeddivaqonluq qatarların hərəkəti üçün nəzərdə tutulub. Xəttin digər iki stansiyası kimi burada da sərnişin platformasının uzunluğu 144 metrdir. Ümumiyyətlə, yeni xətt üzrə tətbiq edilən yeniliklərin davamı kimi bu stansiya da özəllikləri ilə metropolitenin stansiyaları arasında adı və özünəməxsus xüsusiyyətləri ilə əhəmiyyətli yer tutacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb

Şimal bölgəsində 6 minə yaxın şagird məzun olub - FOTOLAR

Azad edilmiş ərazilərdə 47 müəssisədə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri aparılıb

Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir

Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO