MƏDƏNİYYƏT


“92-ci ilin qarı” filminin növbəti uğuru

Bakı, 30 noyabr, AZƏRTAC

Bakı Şəhər İcra Hakimiyyətinin Kino Xidməti İdarəsi tərəfindən vətənpərvərlik mövzusunda ekranlaşdırılan “92-ci ilin qarı” sənədli filmi növbəti dəfə mükafata layiq görülüb.

İdarədən AZƏRTAC-a bildirilib ki, Gültəkin Nərimanın rejissoru olduğu filmə budəfəki mükafat, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Heydər Əliyev Fondunun və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə ölkəmizdə reallaşan “Azərbaycan ailəsi” film festivalı çərçivəsində verilib.

Qeyd edək ki, festivala 2008-ci ildən start verilib. Təqdim olunan işlər Azərbaycanın görkəmli elm və mədəniyyət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. 2018-ci il martın 30-dan elan olunmuş builki müsabiqəyə 57 film təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.