Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Auditin yenidən tənzimlənməsinin aktual problemləri müzakirə olunub [YENİLƏNİB] VİDEO

Bakı, 5 aprel, AZƏRTAC 

Aprelin 5-də Bakıda Azərbaycan Respublikasının Auditorlar Palatasının fəaliyyətə başlamasının 20 illiyinə həsr olunan təntənəli iclas və “Müasir şəraitdə auditin yenidən tənzimlənməsinin aktual ploblemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, iclasda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Auditorlar Palatasının yaradılmasının 20-ci ildönümü münasibətilə Prezident İlham Əliyevin Palatanın kollektivinə və üzvlərinə ünvanladığı təbrik məktubu oxunub.

Auditorlar Palatasının sədri Vahid Novruzov Palatanın fəaliyyət istiqamətləri barədə məlumat verib. Qeyd edib ki, Azərbaycanda auditor xidmətinin inkişafı və tətbiqinin genişləndirilməsi son dövrlərdə qəbul edilən və uğurla yerinə yetirilən bir sıra mühüm dövlət proqramlarında müstəqil auditin vacib problemlərinin müəyyənləşdirilməsi və həlli sayəsində mümkün olub. Ötən dövrdə Auditorlar Palatası 7 dövlət proqramının iştirakçısı olub və üzərinə düşən vəzifələri tam yerinə yetirib. Sonra Auditorlar Palatasının 20 illik yubileyinə həsr olunan sənədli film nümayiş etdirilib.

V.Novruzov qeyd edib ki, MDB məkanında ilk dəfə Azərbaycanda Beynəlxalq Daxili Auditorlar İnstitutunun regional bölməsi təsis edilib. Sonradan müstəqil instituta çevrilən Audit Azərbaycan İnstitutu Avropa və Asiya Konfederasiyalarının üzvlüyünə Auditorlar Palatasının dəstəyi ilə nail olub.

“Auditorlar Palatası ötən 20 ildə auditin təbliği və yayılması istiqamətində bir çox işlər görüb, o cümlədən auditə dair 46 kitab, ali məktəblər üçün dərs vəsaitləri, 43 Milli audit standartı və digər nəşr, jurnal hazırlayıb”, - deyə Auditorlar Palatasının sədri qeyd edib.

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə bildirib ki, yaranmasının 20 illiyini qeyd edən Auditorlar Palatası bu dövr ərzində milli audit sisteminin bərqərar olması, şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizə, bütövlükdə, ölkə iqtisadiyyatının inkişafında auditin rolunun yüksəldilməsində yaxından iştirak edib. İqtisadiyyatımızın davamlı inkişafı nəticəsində maliyyə hesabatlılığında şəffaflığın təmin olunması sahəsində maliyyə nəzarətinin, eləcə də müstəqil auditin qarşısında qoyduğu öhdəliklər uğurla yerinə yetirilib.

“Auditorlar Palatasının Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi, Azərbaycan İqtisadçılar İttifaqı ilə əməkdaşlığı yüksək səviyyədədir. Ümid edirəm ki, bu əməkdaşlığın gələcəkdə də davam etdirilməsi Azərbaycan iqtisad elminə əvəzsiz töhfələrini verəcək”, - deyə akademik Z.Səmədzadə vurğulayıb.

Azərbaycan Kooperasiya Universitetinin rektoru, Milli Məclisin deputatı Eldar Quliyev bildirib ki, ötən dövrdə Auditorlar Palatası böyük inkişaf yolu keçərək bir çox uğurlara imza atıb. Azərbaycanda bazar iqtisadiyyatının təşəkkül tapdığı ilk illərdə yaradılmış Palatanın fəaliyyəti maliyyə nəzarəti sisteminin vacib tərkib hissəsi olan audit institutunun inkişafına dəyərli töhfələr verib. Audit sahəsindəki mövcud beynəlxalq standartların tətbiqi, audit normativ hüquqi bazasının təkmilləşdirilməsi sahəsində sanballı işlər görülüb, kadrların peşəkarlıq potensialının, auditor xidmətlərinin keyfiyyətinin yüksəldilməsi üçün lazımi tədbirlər həyata keçirilib.

Avropa Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) prezidenti Bodo Riçard Azərbaycan Auditorlar Palatasının öz fəaliyyəti dövründə böyük uğurlara imza atdığını deyib. Qeyd edib ki, EFAA-da Azərbaycan, Gürcüstan, Türkiyə, Rumıniya və digər ölkələrin müvafiq qurumları təmsil olunurlar. Həmin qurumlar arasındakı dostluq və əməkdaşlıq əlaqələri yüksək səviyyədədir.

B.Riçard bildirib ki, rəhbəri olduğu qurum ilə Auditorlar Palatası arasında mühüm əlaqələr qurulub. Beynəlxalq standartların tətbiqi sahəsində Azərbaycan Auditorlar Palatası böyük işlər görüb və qeyd edilən əlaqələr baxımından bu işlərin önəmi böyükdür.

“Auditorlar Palatasının yaranması Azərbaycanda iqtisadi sahədə köklü islahatların aparıldığı dövrə təsadüf edirdi. Palata fəaliyyəti dövründə milli audit sisteminin formalaşması sahəsində fundamental işlər görüb, audit xidmətinin əhatə dairəsi genişlənərək ölkə iqtisadiyyatının inkişafında, şəffaflığın təmin olunmasında, korrupsiyaya qarşı mübarizədə əvəzsiz rol oynayıb”, - deyə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov diqqətə çatdırıb.

V.Gülməmmədov vurğulayıb ki, Auditorlar Palatasının Azərbaycan üçün peşəkar auditor kadrlarının hazırlanması və onların peşə-ixtisas səviyyəsinin artırılması sahəsində əldə etdiyi nailiyyətlər, bir sıra ölkələrin maliyyə nəzarəti qurumları ilə yaratdığı əlaqələr, mütərəqqi dünya təcrübəsinin öyrənilməsi və ölkəmizdə tətbiqi sahəsində gördüyü işlər təqdirəlayiqdir.

Türkiyə Müstəqil Mühasiblər, Maliyyə Müşavirləri və Andlı Maliyyə Müşavirləri Palataları Birliyinin prezidenti Nail Sanlı qeyd edib ki, Azərbaycan Auditorlar Palatasının beynəlxalq əməkdaşlıq sahəsindəki uğurları daim artır. Otuzdan çox ölkənin audit və mühasibatlıq qurumları ilə əməkdaşıq əlaqələri yaradan Auditorlar Palatası Beynəlxalq Mühasiblər Federasiyasının, Avropa Mühasiblər və Auditorlar Federasiyasının, Sertifikatlı Mühasiblər və Auditorların Avrasiya Şurasının üzvüdür. Bu, Auditorlar Palatasının səmərəli fəaliyyətinin əhəmiyyətinin göstəricisidir.

Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov və başqaları çıxış edərək əminliklə bildiriblər ki, Auditorlar Palatası Azərbaycanda davamlı inkişaf və yüksək sosial səviyyəsinə hədəflənən inkişaf konsepsiyasının həyata keçirilməsinə bundan sonra da öz töhfəsini verməkdə davam edəcək.

Sonra konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

Elmi-praktik konfransda 20-yə yaxın xarici ölkənin müvafiq audit və mühasibatlıq qurumlarının təmsilçiləri, beynəlxalq peşəkar təşkilatların, ölkənin dövlət və qeyri-hökumət təşkilatlarının, özəl sektorun, elmi-tədqiqat institutunun nümayəndələri iştirak edirlər.

Konfrans işini plenar iclaslarla davam etdirib. Plenar iclaslarda “Peşəkar audit qurumları üçün normativ problemlər”, “Türkiyə peşəkar müsahiblərinin audit təcrübələri, audit və mühasibat peşələrinin gələcəyinin qiymətləndirilməsi”, “Davamlı inkişafın təmin edilməsində auditin rolunun gücləndirilməsi istiqamətləri”, “Respublikanın uçot praktikasında maliyyə hesabatının beynəlxalq standartlarından istifadə edilməsi imkanları” və digər mövzularda məruzələr dinlənilib.

Məruzəçilər müstəqil audit xidmətinin əsas inkişaf istiqamətləri, auditor xidməti bazarının genişləndirilməsi, bu xidmət istifadəçilərinin maraqlarının müdafiə olunması istiqamətində həyata keçirilən tədbirlərdən söz açıblar.

Vurğulanıb ki, ölkənin iqtisadi-maliyyə münasibətlərində şəffaflığın təmin olunmasında, iqtisadi cinayətkarlığa və korrupsiyaya qarşı mübarizədə auditin imkanlarından daha geniş istifadə olunmalıdır. Auditin inkişafını şərtləndirən əsas amillərdən biri beynəlxalq tələblər səviyyəsində fəaliyyət göstərmək iqtidarında olan kadrların hazırlanması və onların ixtisas səviyyəsinin daim artırılmasıdır.

Konfrans öz işini aprelin 6-da digər plenar sessiyalarla davam etdirəcək.

Auditin yenidən tənzimlənməsinin aktual problemləri müzakirə olunub [YENİLƏNİB] VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rumıniya təmsilçisi: Milli Gimnastika Arenasında idmançılar üçün mükəmməl şərait yaradılıb

“Qarabağ” və “Turan Tovuz” azarkeşlərinə, “Sumqayıt” kənar şəxslərə görə cərimələnib

Şimali Kipr Türk Respublikasında Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbirlər keçiriləcək

“The Guardian”ın redaktoru: Biz artıq Bakıda keçiriləcək COP29 kimi mühüm tədbirə hazırlaşırıq

Apreldə su hövzələrindən 375 ədəd sintetik tor götürülüb

Azərbaycan Texniki Universitetində Abituriyent Məsləhət Mərkəzi yaradılıb

Azərbaycanda təbii və texnogen mənşəli hadisələrin sayı 11 faiz azalıb

Ukrayna kəşfiyyatı: Döyüş meydanında qələbə mümkünsüzdür

İsrailin Netanya şəhərində Ulu Öndərin doğum gününə həsr olunmuş tədbir təşkil edilib

Amerikalı hüquqşünas: Mədəniyyətlərarası Dialoq Forumu çox dinamik şəkildə keçdi

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda ilk qaliblər müəyyənləşib VİDEO

Bəşir Hacıyev: 2026-ci ilin sonunadək Ağdamın Xıdırlı, Sarıcalı və Kəngərli kəndində ümumilikdə 1200-dən çox evin tikintisi başa çatacaq

Peter Mixalko: Avropa İttifaqı mina təhlükəsi sahəsində də Azərbaycanla əməkdaşlığı diqqətdə saxlayır

Kəlbəcər şəhərinin Baş Planı çərçivəsində görüləcək işlər açıqlanıb

İtaliya rəsmisi: Heç bir italyan əsgəri Makronun uğrunda həlak olmayacaq

Aprel ayı ərzində BŞTİ-yə 5 mindən çox müraciət daxil olub

Müdafiə Nazirliyi: “EFES - 2024” təlimi davam edir

İKZF: Fond tərəfindən sahibkarlara ayrılan zəmanətli kreditlərin həcmi 470 milyon manata çatıb

Vitse-prezident: BP Azərbaycanın neft-qaz sektoruna 85 milyard dollar sərmayə yatırıb

AMEA: Akademik Həsən Əliyevə məxsus sənədlər elmi irs fonduna daxil edilib

Texasın şərqində daşqınlarla əlaqədar təxliyə göstərişi verilib

Forum çərçivəsində Ağdamda “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya işə başlayıb

Bakıda beynəlxalq şahmat festivalı keçiriləcək

Xətai Rayon Prokurorluğunda “Yaşıl dünya üçün hüquqi yeniliklər” adlı tədbir keçirilib

Vüqar Süleymanov: Ərazilərin minalarla çirklənməsi təbiətə də ciddi ziyan vurur

Ötən ay 141 mindən çox vətəndaş xüsusi şərtlərlə pensiya alıb

Bakıda Kukla Festivalının bağlanış mərasimi olub

Gert Jan Koopman: Aİ-yə üzv ölkələr həmrəylik göstərəndə mina sahəsində ortaya yaxşı iş qoya bilirik

Azərbaycan Prezidenti: Polşanın Cənubi Qafqazı əhatə edən mövqeyini yüksək qiymətləndiririk

Sumqayıt teatrı yeni tamaşa hazırlayır

Hindistan aprel ayında Rusiyadan neft idxalını 20 faiz artırıb

Polşa Respublikasının Prezidenti Zati-aliləri cənab Andjey Dudaya

Türk Dövlətlərinin Animasiyası-2024 kataloquna daxil edilmək üçün animasiya əsərlərinin qəbuluna başlanılıb

Prezidentin köməkçisi: Mina problemi həm sülh prosesinə mane olur, həm də mədəni irsə ciddi ziyan vurur

Maliyyə naziri Samir Şərifov Tbilisidə bir sıra görüşlər keçirib

Müharibə və müstəmləkəçilik yaşamış sülh şəhəri – Hanoy VİDEO

Muğam Mərkəzində növbəti konsert - ruhumuzun səsi

Hikmət Hacıyev: Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur

“Əhmədli” və “Həzi Aslanov” stansiyalarına yaxın ərazilərdə kəsici-deşici alətlərin satışının qarşısı alınıb VİDEO

Bu il ekoloji hüquqpozma faktları üzrə 25 cinayət işi başlanılıb

Latviyalı gimnast: Azərbaycan idmançılarını özümə əsas rəqiblərdən hesab edirəm

Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir - ŞƏRH

Viktor Orban: Avropa liderləri odla oynayırlar

Bakı Forumunun iştirakçıları Xalq rəssamı Sakit Məmmədovun emalatxanasında olublar

Azərbaycan mədəniyyətlərarası dialoqu qlobal miqyasda təşviq edir ŞƏRH

Hicran Hüseynova: Medianın cəmiyyətdə əhəmiyyəti çox böyükdür

Şəhid övladları intellektual oyunda biliklərini sınayıblar

ATMU tələbələri peşəkar bacarıq və karyera imkanlarından faydalanmaqda maraqlıdırlar

HƏMAS İsrailin Qəzzada atəşkəs barədə təklifini nəzərdən keçirir

"Gəncə" klubu rusiyalı voleybolçu ilə yollarını ayırıb

“Qiraət axşamı”nda Məhəmməd Füzulinin qəzəlləri səslənib

Nazir: Son 5 ildə Azərbaycanda minimum pensiya 2,5 dəfə artıb

Bakıda “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbir keçirilir

Komitə sədri: Cinayət törədən və ya cinayətə məruz qalmış uşaqlarla bağlı xəbərlərin yayılmasında xüsusi yanaşma lazımdır

Bеynəlxalq Söz və Mətbuat Azadlığı Gününə həsr olunmuş kitab sərgisi açılıb

Sahil Babayev: Müharibə iştirakçılarına dəstək tədbirlərinin artırılması planlaşdırılır

® Yüksək faizli depozit kampaniyası davam edir

Alimlər oranqutanın bitki ilə yaraları müalicə etməsini öyrənir

Gələn ay müəllimlərin sertifikatlaşdırılması imtahanı keçiriləcək

Mayın 15-dən iyunun 15-dək respublika ərazisində “Təmiz hava” aylığı keçiriləcək

“Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib

Xalq artisti Ramiz Quliyevlə gənclərin görüş-konserti olub

Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının iclası keçirilib

Milli Xalça Festivalı ilə əlaqədar İçərişəhərə giriş məhdudlaşdırılacaq

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib VİDEO

Polkovnik: Dünənki Sərəncam bütün veteranlara olan diqqət və qayğının təzahürüdür

İnternat evlərindən olan 45 nəfərə İKT üzrə təlimlər həyata keçirilib

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək

Nazir: Vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması əsas məqsədimizdir

Tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə qeydiyyat aparılır

Ruandada güclü yağışlar nəticəsində 50-yə yaxın insan həlak olub

İcraçı direktor: Azərbaycan jurnalistikaya olan ictimai etimadın daha da möhkəmləndirilməsində maraqlıdır

Birinci siniflərə qəbul üçün yaradılan alternativ qeydiyyat mərkəzlərində 767 valideynə dəstək göstərilib

Əhməd İsmayılov: Ölkəmizdə medianın obyektiv və qərəzsiz məlumat hazırlaması üçün hər cür şərait yaradılıb

"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri növbəti medalı qazanıblar

Bu gündən birinci siniflərə Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi başlanır

BANM ilə Daşkənd Kimya Texnologiya İnstitutu arasında əməkdaşlıq imkanları genişlənir

“Mahşərəf Məsturənin poeziyası” kitabı çapdan çıxıb

Paris Olimpiadasında qaçqınlar yığması ilk dəfə öz loqosu ilə yarışacaq

BMT 2026-cı ili “Beynəlxalq Qadın Fermerlər İli” elan edib

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilir

İrandan Azərbaycana 87 kiloqram narkotik vasitə gətirən Neftçala rayon sakini saxlanılıb VİDEO

Bu gün Xalq artisti Kamal Xudaverdiyevin doğum günüdür

Qızıl medal qazanan avarçəkən: Növbəti yarışlarda da birinci olmağa çalışacağam

Milli Kitabxanada “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş elektron məlumat bazası hazırlanıb

Laçının Sus kəndinə köç prosesi ilə əlaqədar keçirilən püşkatmada yaranan narazılığa aydınlıq gətirilib

Pakistanda avtobus qəzası nəticəsində 15 nəfər ölüb

DİN: Ötən gün 20 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Ali təhsil müəssisələrinə qəbul imtahanına abituriyentlərin qeydiyyatı sona yaxınlaşır

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

“Xələfli” sərhəd zastavası əsaslı təmirdən sonra istifadəyə verilib VİDEO

Nasist liderin yaşadığı evdən 5 skelet tapılıb

BDU-nun Astrofizika kafedrası: G2 səviyyəli geomaqnit qasırğası müşahidə olunur

Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürüb

Ağdamda avtoxuliqanlıq edən sürücülər məsuliyyətə cəlb olunub

Hüquq müdafiəçisi: Azərbaycan mədəniyyətlərarası dialoq məkanıdır

Braziliyada daşqınlar 30 nəfərin həyatına son qoyub

İspaniyada tapılan qılıncın mədəni mənsubiyyəti sübut edilib

İsveçdə payızdan etibarən dördgünlük iş həftəsi tətbiq ediləcək