Aİ internetdən terror xarakterli materialların dərhal çıxarılmasını tələb edir
Berlin, 14 yanvar, AZƏRTAC
Terrorizmi təbliğ edən materiallar internetdən mümkün qədər tez çıxarılmalıdır.
AZƏRTAC xəbər verir ki, Avropa İttifaqının (Aİ) daxili işlər və miqrasiya məsələləri üzrə komissarı Dimitris Avramopulos dünən Brüsseldə internet şirkətlərinin nümayəndələri ilə görüşündə bu cür tələblə çıxış edib. Onun fikrincə, bu cür materiallar şəbəkədən “1-2 saat ərzində silinməlidir”.
D.Avramopulos, eyni zamanda, terror hücumlarının qarşısının alınması üçün internet şirkətlərinin məsuliyyətini vurğulayıb. Onda olan məlumata görə, 2017-ci ildə Aİ ölkələrində törədilmiş hücumların əksəriyyəti internet vasitəsilə planlaşdırılıb, ya da həmin hücumların iştirakçıları şəbəkə vasitəsilə cəlb ediliblər.
2015-ci ilin oktyabr ayında Aİ ölkələrinin ədliyyə nazirləri internetdə qeyri-qanuni materialların yerləşdirilməsinə qarşı daha fəal mübarizə aparmaq barədə razılığa gəliblər. Həmin vaxtdan etibarən Avropa Komissiyası və internet konsernləri nümayəndələrinin müntəzəm görüşləri keçirilir. Lakin indiyədək söhbət yalnız könüllü əsasda əməkdaşlıqdan gedib.
Dimitris Avramopulosun sözlərinə görə, "zəruri halda" bu yanaşma dəyişə, müvafiq qaydalara isə qanunverici status verilə bilər.
AFP agentliyi Avropa İttifaqı komissarının sözlərindən sitat gətirərək yazır ki, yanvarın sonuna qədər sahibkarlar “bu cür addımların müəyyən edilməsi üçün həlledici olacaq" yeni məlumatlar təqdim etməlidirlər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.08.2026 [08:07]
ABŞ-da uşaqlar arasında ikinci tip diabetin yayılması 10 dəfə artıb
- 24.08.2026 [07:42]
ABŞ İrana qarşı “maliyyə hücumu”na başlayır
- 24.08.2026 [07:12]
İzmirdə 2200 litr saxta spirtli içki müsadirə edilib
- 24.08.2026 [06:23]
Polşa ordusu üçün minlərlə “Piorun” zenit-raket kompleksi alacaq
- 24.08.2026 [05:32]
Rusiyada qadağan olunmuş qida əlavələri satan 37 minə yaxın sayt bloklanıb
- 24.08.2026 [04:17]
Kral III Çarlz dünyanın ən uzun sahil yolunun açılışını edib
- 24.08.2026 [03:29]
Media: Tramp sentyabrda İrlandiyaya səfər edəcək
- 24.08.2026 [02:40]
Ukrayna və Finlandiya birgə dron istehsalına başlayır
- 24.08.2026 [02:04]
Qvineyada torpaq sürüşməsi nəticəsində 30-dan çox insan həlak olub
Xalq artisti Tofiq Bakıxanov vəfat edib
- 23.08.2026 [23:55]
Qazaxıstanda Qurultay seçkiləri: “Ədalət” partiyası 71,8 faiz səs toplayıb
- 23.08.2026 [23:43]
Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub VİDEO
- 23.08.2026 [23:15]
Belarus və Şimali Koreya arasında vizasız rejim tətbiq olunacaq
- 23.08.2026 [23:13]
Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanışlıq VİDEO
- 23.08.2026 [22:48]
Premyer Liqa: “Neftçi” 3 xalı darmadağınla qazanıb
- 23.08.2026 [22:41]
Naxçıvanda yol-nəqliyyat hadisəsi zamanı 4 nəfər xəsarət alıb
- 23.08.2026 [22:31]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 qızıl medal qazanıb
- 23.08.2026 [21:31]
Voleybol millisinin kapitanı: Komanda yoldaşlarım əla mübarizə apardılar
- 23.08.2026 [21:29]
Voleybol üzrə Avropa çempionatı: Azərbaycan millisi İspaniyaya qalib gəlib
- 23.08.2026 [20:19]
Bu saata olan əsas xəbərlər
- 23.08.2026 [20:02]
Qazaxıstanda Qurultaya seçkilərdə səsvermə başa çatıb YENİLƏNİB 3
- 23.08.2026 [19:42]
Direktor: MEK Özbəkistanın aparıcı kitabxanaları ilə geniş əməkdaşlıq edir
- 23.08.2026 [18:50]
Azərbaycan Prezidentinin dövlət səfəri Özbəkistan mətbuatında
- 23.08.2026 [18:46]
“Fənərbağça”nın 2 futbolçusu “Lyon”la cavab oyununu buraxacaq
- 23.08.2026 [17:40]
Azərbaycan-Özbəkistan müttəfiqliyi yeni məzmun qazanır ŞƏRH
- 23.08.2026 [16:49]
Manuel Noyer tarixdə ən çox titul qazanan alman futbolçu olub
- 23.08.2026 [15:33]
Azərbaycan-Özbəkistan: təhsildə qardaşlıq körpüsü
- 23.08.2026 [14:46]
Çempionlar Liqası: “Sabah” – “Hapoel” oyunu rumıniyalı hakimlərə tapşırılıb
- 23.08.2026 [14:22]
Voleybol üzrə Avropa çempionatı: Azərbaycan millisi İspaniyaya qarşı
- 23.08.2026 [13:45]
Prezident İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib VİDEO
- 23.08.2026 [13:45]