ELM VƏ TƏHSİL


Azərbaycan Kooperasiya Universitetinin elmi şurasının ötən tədris ili üzrə yekun iclası keçirilib

Bakı, 13 iyul, AZƏRTAC

İyulun 13-də Azərbaycan Kooperasiya Universitetinin elmi şurasının 2017-2018-ci tədris ili üzrə yekun iclası keçirilib.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, şuraya sədrlik edən bu ali təhsil ocağının rektoru, professor Eldar Quliyev respublikamızda təhsilin inkişafı istiqamətində görülən işlərdən, bu sahəyə göstərilən dövlət qayğısından danışıb. Rektor bildirib ki, təhsil hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Azərbaycan da bu ölkələr sırasındadır. Son illər ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir. Bundan başqa, zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu resurslardan səmərəli istifadə yolu ilə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca istiqamət seçib. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı təsdiqləyir ki, bu mühüm amil son dövrlərdə dövlət siyasətinin əsas prinsipləri sırasına daxil edilib.

Rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyətinə toxunan rektor tələbələrin hərtərəfli inkişafı, onların yüksək səviyyədə ali təhsil almaları üçün hər cür şəraitin yaradıldığını vurğulayıb. E.Quliyev bildirib ki, son dövrdə universitetdə maddi-texniki bazanın təkmilləşdirilməsi, tələbələrin müasir texnoloji yeniliklərlə tədris planlarını mənimsəməsi təqdirəlayiq haldır.

Universitetin tədris işləri üzrə prorektoru Fikrət Quliyev 2017-2018-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası və yekun dövlət attestasiyasının nəticələri barədə məruzə ilə çıxış edib.

İclasda Elmi Şuranın 2018-2019-ci tədris ili üçün iş planı təsdiqlənib.

Rektor E.Quliyev qarşıda duran məqsəd və vəzifələrdən danışaraq bildirib ki, tədris ilinin nəticələrinə əsasən yekun qiymətləndirmə mənimsəmə və keyfiyyət göstəricilərinin müsbət olduğunu deməyə əsas verir. Bu müsbət göstəriciləri bundan sonra da əldə saxlamaq üçün daha çox çalışmalı, universitetin müasir dövrün beynəlxalq tələblərinə uyğun fəaliyyəti təmin edilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.