İDMAN


Azərbaycan cüdoçuları açıq Avropa turnirində mübarizəyə başlayırlar

Bakı, 12 fevral, AZƏRTAC

Fevralın 12-də Bosniya və Herseqovinanın Sarayevo şəhərində cüdo üzrə açıq Avropa turniri start götürür.

AZƏRTAC xəbər verir ki, turnirdə Azərbaycanın 17 cüdoçu təmsil edəcək. Kişilər arasında keçirilən yarışda Samir Piriyev, Turan Bayramov (60 kq), Ruslan Paşayev, Vaqif Tarverdiyev (66 kq), Qədir Hüseynov, Məmmədrza Hacızadə (73 kq), Məhərrəm İmamverdiyev, Kərim Allahverdiyev, Ömər Rəcəbli (81 kq), Əjdər Bağırov (90 kq), Ruslan Nəsirli və Sabir İsayev (100 kq) mübarizə aparacaqlar.

Qadınların yarışında isə Ramilə Əliyeva, Könül Əliyeva (48 kq), Ülviyyə Bayramova, Zeynəb Məmmədova (52 kq), Aytac Qardaşxanlı (63 kq), Günel Həsənli (70 kq) güclərini sınayacaqlar.

Fevralın 13-dək davam edəcək turnirdə 26 ölkədən 321 idmançı iştirak edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.