Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
Bakı, 11 mart, AZƏRTAC
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, martın 12-də Füzuli rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Saymon Tiller və Martin Şuster keçirəcəklər.
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Gennadi Petrika aparacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [10:18]
HHQ-də zabit təkmilləşdirmə kursunu bitirənlərə sertifikatlar təqdim edilib
- 07.06.2026 [12:33]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 03.06.2026 [18:29]
Azərbaycanın və Belarusun hərbi hüquqşünaslarının işgüzar görüşü olub
- 03.06.2026 [17:17]
DSX-nin Çevik Hərəkət Qüvvələrində xidmətə qəbul davam edir
- 02.06.2026 [19:54]
Müdafiə naziri Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə olub
- 31.05.2026 [14:37]