Ankaranın hava limanında NATO sammiti zamanı məhdudiyyətlər tətbiq ediləcək
Ankara, 3 iyul, AZƏRTAC
NATO Liderlər Sammiti (7-8 iyul) zamanı Ankaradakı “Esenboğa” Beynəlxalq Hava Limanında müvəqqəti uçuş məhdudiyyətləri tətbiq olunacaq.
AZƏRTAC Türkiyə Dövlət Hava Limanları Baş İdarəsinə istinadla xəbər verir ki, hava hərəkatına məhdudiyyətlər iyulun 7-də saat 10:00-dan 18:00-dək və iyulun 8-də saat 14:00-dan 21:00-dək qüvvədə olacaq.
Xarici dövlət başçılarını və rəsmi nümayəndə heyətlərini daşıyan mülki və hərbi təyyarələr bu məhdudiyyətlərdən azaddır.
Ankara sammiti zamanı NATO liderləri hərbi-siyasi blokun yenilənməsi üçün “NATO 3.0” konsepsiyasını müzakirə etməyi planlaşdırırlar.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.07.2026 [18:28]
BMMT ilə Sudan arasında əməkdaşlıq genişləndirilir
- 03.07.2026 [17:57]
İngiltərədə gündə 30 dəqiqə piyada gəzənlər mükafatlandırılacaqlar
- 03.07.2026 [16:25]
İsveçin Baş naziri: NATO-nun Ankara sammiti “təlatümlü dövrdə” keçirilir
- 03.07.2026 [15:55]
“NBC”: ABŞ polisi Donald Trampın impiçmentini tələb edən hərbçini saxlayıb
"Zirə" yeni qapıçı transfer edib
- [20:15]
Bu saata olan əsas xəbərlər
- [20:00]
Siyasətdə yeni dövr TƏHLİL
- [18:36]