SİYASƏT


Azərbaycan və Türkiyə vəkilləri Ermənistanın müharibə cinayətlərini birlikdə beynəlxalq hüquq ictimaiyyətinə çatdıracaqlar

Ankara, 1 oktyabr, AZƏRTAC

Türkiyə Vəkillər Kollegiyası ilə Azərbaycan Vəkillər Kollegiyası Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və təcavüzkar dövlətin son hərbi hücumları ilə bağlı ortaq açıqlama yayıblar.

Türkiyə Vəkillər Kollegiyasının sədr müavini Hüseyn Özbəkin AZƏRTAC-a verdiyi məlumata görə, açıqlamada tərəflər Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazisinin bərpa olunmasının vacibliyi və bu məqsədlə Azərbaycan Silahlı Qüvvələrinin təcavüzkar tərəfin hücumlarının qarşısını almaq üçün həyata keçirdiyi əməliyyatları tam şəkildə dəstəklədiklərini ifadə edirlər. Açıqlamada bildirilir ki, Ermənistanın siyasi-hərbi rəhbərliyinin qərarı ilə beynəlxalq prinsiplərə zidd olaraq Azərbaycanın mülki əhalisi hərbi hədəfə alınıb. Vəkillərimiz dinc azərbaycanlı əhaliyə, yaşayıb evlərinə və mülki obyektlərə qarşı törədilən cinayətləri dünya birliyinə, eləcə də beynəlxalq hüquq ictimaiyyətinə çatdırmaq üçün birgə fəaliyyət göstərəcəklər.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.