“Qarabağ”dan ayrılan Abdullah Zubirin yeni klubu bəlli olub
Bakı, 19 avqust, AZƏRTAC
Ötən həftə “Qarabağ”la yollarını ayıran fransalı futbolçu Abdullah Zubirin yeni klubu bəlli olub.
AZƏRTAC xəbər verir ki, 34 yaşlı hücumameyilli yarımmüdafiəçi karyerasını Qətərdə davam etdirəcək. Bu barədə yerli mətbuat məlumat yayıb.
Bildirilib ki, sol cinah vingeri ilə “Əl-Şahaniyə” klubu arasında danışıqlar yekun mərhələdədir. Rəsmi müqavilənin yaxın günlərdə imzalanacağı və transferin açıqlanacağı gözlənilir.
Qeyd edək ki, Abdullah Zubir 2018-ci ildən bəri çıxış etdiyi “Qarabağ”ın heyətində 368 matçda 78 qol vurub. O, Ağdam klubu ilə 6 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]