Çempionlar Liqası: "Sabah" ilk oyunda "Hapoel"ə uduzub - YENİLƏNİB 5
Bakı, 20 avqust, AZƏRTAC
"Sabah" UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununa çıxıb.
AZƏRTAC xəbər verir ki, Bakı klubu İsrail təmsilçisi "Hapoel"lə (Beer-Şeva) qarşılaşıb.
Rumıniyanın paytaxtı Buxarestdəki "Quleşti" stadionunda təşkil olunan görüş rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, cavab oyunu avqustun 25-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
00:06
UEFA Çempionlar Liqasının pley-off mərhələsində İsrailin "Hapoel" (Beer-Şeva) və Azərbaycanın "Sabah" komandaları arasında keçirilən ilk oyunda ikinci hissə başlayıb.
AZƏRTAC xəbər verir ki, ilk hissədən sonra hesab bərabərdir - 1:1.
23:51
UEFA Çempionlar Liqasının pley-off mərhələsində İsrailin "Hapoel" (Beer-Şeva) və Azərbaycanın "Sabah" komandaları arasında keçirilən ilk oyunda birinci hissə başa çatıb.
AZƏRTAC xəbər verir ki, komandalar fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar. Rumıniyanın paytaxtı Buxarestdəki "Quleşti" stadionunda oynanılan görüşdə "Sabah"ın qolunu 5-ci dəqiqədə Velko Simiç vurub. Rəqib komandadan isə 43-cü dəqiqədə Ceyvon İst fərqlənib.
23:12
UEFA Çempionlar Liqasının pley-off mərhələsində İsrailin "Hapoel" (Beer-Şeva) və Azərbaycanın "Sabah" komandaları arasında keçirilən ilk oyunda hesab açılıb.
AZƏRTAC xəbər verir ki, Rumıniyanın paytaxtı Buxarestdəki "Quleşti" stadionunda oynanılan görüşün 5-ci dəqiqəsində Bakı klubunun yarımmüdafiəçisi Velko Simiç fərqlənib.
23:01
UEFA Çempionlar Liqasının pley-off mərhələsində İsrailin "Hapoel" (Beer-Şeva) və Azərbaycanın "Sabah" komandaları arasında ilk oyun başlayıb.
AZƏRTAC xəbər verir ki, Rumıniyanın paytaxtı Buxarestdəki "Quleşti" stadionunda keçirilən görüş Bakı vaxtı ilə saat 23:00-da start götürüb.
Qarşılaşmanı italiyalı FIFA referisi Davide Massa idarə edir.
Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 25-də Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq.