Azərbaycan Dövlət İnformasiya Agentliyi

Politoloq: Naxçıvanın blokadası bitir, qədim diyar yenidən Şərqin qapısına çevrilir

Politoloq: Naxçıvanın blokadası bitir, qədim diyar yenidən Şərqin qapısına çevrilir

Bakı, 19 avqust, AZƏRTAC

Naxçıvanın uzun illər davam edən blokada şəraitindən çıxması onun sosial-iqtisadi və geosiyasi inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Azərbaycanın əldə etdiyi tarixi Zəfərdən sonra regionda yaranan yeni reallıqlar Naxçıvanın nəqliyyat-kommunikasiya imkanlarının genişləndirilməsi, iqtisadi potensialının artırılması və tarixi-mədəni irsinin daha geniş şəkildə tanıdılması üçün mühüm imkanlar yaradıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun fikrincə, Prezident İlham Əliyevin Naxçıvanın inkişafına xüsusi diqqət yetirməsi təsadüfi deyil. Muxtar respublikanın Azərbaycan, Türkiyə, İran və Ermənistanla həmsərhəd mövqeyi Naxçıvanı regional nəqliyyat və iqtisadi əlaqələr baxımından mühüm coğrafiyaya çevirir. Naxçıvan uzun illər blokada şəraitində yaşayıb. Bu vəziyyət onun iqtisadi və nəqliyyat potensialından tam istifadə etməsinə mane olub. Bu gün isə Azərbaycanın yaratdığı yeni reallıqlar Naxçıvanın həmin məhdudiyyətlərdən çıxmasına imkan verir. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında yeni nəqliyyat bağlantılarının yaradılması muxtar respublikanın iqtisadi imkanlarını əhəmiyyətli dərəcədə genişləndirə bilər. Naxçıvanın tarixi əhəmiyyəti yalnız onun müasir geosiyasi mövqeyi ilə məhdudlaşmır. Bu ərazi qədim dövrlərdən mühüm yaşayış, mədəniyyət və ticarət mərkəzlərindən biri olub. Naxçıvana Şərqin qapısı deyilməsi təsadüfi deyil. Strabonun əsərlərində bu bölgənin adının çəkilməsi də onun qədim tarixini və mühüm yaşayış mərkəzi olduğunu göstərir.

“Qədim İpək Yolunun əsas istiqamətləri cənubdan keçsə də, onun şaxələri Azərbaycan ərazisinə, o cümlədən Naxçıvana qədər uzanıb. Bu səbəbdən müxtəlif dövrlərdə səyyahlar və tacirlər Naxçıvana səfər edib, burada ticarət əlaqələri qurublar. İnsanlar tarix boyu bir-biri ilə təmasda olduqda yalnız mal və xidmət mübadiləsi aparmırlar. Onlar həm də fikir, mədəniyyət və dəyər mübadiləsi edirlər. Bir-birindən uzaqda yaşayan xalqların bir-birini daha yaxşı tanıması və ortaq dəyərləri kəşf etməsi məhz belə əlaqələr nəticəsində mümkün olur. Naxçıvan tarixən bu proseslərin mühüm məkanlarından biri olub. Bu baxımdan Naxçıvanın 194 kilometrlik dəmir yolu xəttinin inkişaf etdirilməsi ilə bağlı planlar xüsusi əhəmiyyət daşıyır. Azərbaycan bütövlükdə Şimal–Cənub və Cənub–Şimal nəqliyyat-kommunikasiya dəhlizlərində mühüm mövqeyə malikdir. Hazırda Astara istiqamətindən Rəştə, oradan isə Fars körfəzinə və daha sonra Pakistan və Hindistana çıxan marşrut mövcuddur. Naxçıvan istiqamətində formalaşacaq yeni bağlantılar isə Azərbaycanın nəqliyyat imkanlarını şaxələndirə bilər. Naxçıvan dəmir yollarının gələcəkdə illik 15 milyon tonadək yükdaşıma qabiliyyətinə malik olması nəzərdə tutulub və bu, çox böyük potensialdır. Naxçıvan təkcə yükün keçdiyi bir məkan olmayacaq. Burada sənaye, logistika və xidmət sahələri inkişaf edə, yeni iş yerləri yaradıla bilər. Eyni zamanda, Naxçıvan energetika sahəsində özünü təmin edən və gələcəkdə elektrik enerjisi ixrac edən bölgəyə çevrilə bilər. Yəni burada nəqliyyat, enerji, sənaye və ticarət imkanları bir-birini tamamlayır”, – deyə politoloq vurğulayıb.

Naxçıvanın tarixi irsini də mühüm beynəlxalq kapital hesab edən Tofiq Abbasov deyib: “Muxtar respublikada qədim dövrlərə aid çoxsaylı abidələrin, tarixi məkanların və memarlıq nümunələrinin mövcudluğu Naxçıvanın turizm potensialını əhəmiyyətli dərəcədə artırır. Burada Nuh dövrü ilə bağlı tarixi və dini rəvayətlərdən tutmuş, qədim memarlıq abidələrinə qədər çox zəngin irs var. Bu mövzular yalnız yerli səviyyədə deyil, beynəlxalq elmi və mədəni platformalarda daha geniş şəkildə araşdırılmalıdır. Beynəlxalq konfransların, forumların keçirilməsi, xarici alimlərin və tədqiqatçıların Naxçıvana dəvət olunması çox faydalı olardı. Naxçıvanın elmi potensialı bu istiqamətdə mühüm rol oynaya bilər. Naxçıvanda ali təhsil müəssisələri fəaliyyət göstərir, burada ciddi intellektual və elmi potensial cəmləşib. Yerli alimlər Naxçıvanın tarixi və xarici dünya ilə əlaqələri barədə mühüm araşdırmalar aparırlar. Bu tədqiqatların beynəlxalq elmi mühitə çıxarılması Naxçıvanın tarixinin daha geniş auditoriyaya tanıdılmasına imkan verəcək”.

Politoloq Naxçıvanın turizm imkanlarına da toxunaraq bildirib ki, muxtar respublikada tarixi abidələr, təbiət, qədim yaşayış məskənləri və zəngin mədəni irs bir aradadır. Nəqliyyat və xidmət infrastrukturunun inkişaf etdirilməsi bu potensialın daha geniş şəkildə reallaşdırılmasına imkan verəcək. Prezident İlham Əliyevin Naxçıvanda yol-nəqliyyat və xidmət infrastrukturunun gücləndirilməsi, yeni iş yerlərinin yaradılması ilə bağlı verdiyi mesajlar çox əhəmiyyətlidir. Naxçıvanlılar uzun illər təcrid olunmuş vəziyyətdə yaşayıblar. İndi isə qarşıda yeni imkanlar açılır. Naxçıvanlılar beynəlxalq layihələrdə daha fəal iştirak etməli, öz təşəbbüslərini ortaya qoymalı, sahibkarlıq və elmi fəaliyyətlərini genişləndirməlidirlər. Naxçıvanın Azərbaycan, Türkiyə, İran və Ermənistanla həmsərhəd coğrafiyada yerləşməsi onun gələcəkdə mühüm kommunikasiya və iqtisadi qovşaqlardan birinə çevrilməsi üçün ciddi imkan yaradır.

“Naxçıvanın qarşısında yeni mərhələnin açılmasını Naxçıvanın zühuru kimi qiymətləndirərdim. Çünki uzun müddət müəyyən mənada qapalı qalan bir məkan indi yenidən öz təbii imkanlarını dünyaya nümayiş etdirmək mərhələsinə qədəm qoyur. Naxçıvanın bunun üçün həm tarixi, həm coğrafi, həm iqtisadi, həm də intellektual potensialı var. Burada faydalı qazıntılar, istehsal imkanları, zəngin tarixi irs, turizm potensialı və diversifikasiya üçün geniş imkanlar mövcuddur. Əsas məsələ bütün bu imkanları vahid inkişaf strategiyasında birləşdirməkdir. O zaman bundan yalnız Azərbaycan və Naxçıvan sakinləri deyil, region ölkələri, xarici investorlar və beynəlxalq biznes də faydalana bilər. İnanıram ki, Prezident İlham Əliyevin Naxçıvan səfəri ilə bağlı səsləndirdiyi mesajlar və həyata keçirilən layihələr bu qədim diyarın yeni inkişaf mərhələsinin əsasını daha da möhkəmləndirəcək. Naxçıvan öz tarixini qoruyaraq gələcəyə açılan, elmi, mədəni, turizm və iqtisadi potensialını eyni vaxtda nümayiş etdirən mühüm regional mərkəzə çevrilə bilər”, - deyən Tofiq Abbasov fikirlərini yekunlaşdırıb.

Müxbir - Səbinə Əlizadə

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə