Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yuri Boçarov: Naxçıvandan təkcə qatarlar deyil, investisiyalar və texnologiyalar da keçməlidir

Yuri Boçarov: Naxçıvandan təkcə qatarlar deyil, investisiyalar və texnologiyalar da keçməlidir

Bakı, 19 avqust, AZƏRTAC

TRIPP (Zəngəzur dəhlizi) layihəsinin və Naxçıvanla bağlı digər nəqliyyat-kommunikasiya layihələrinin məqsəd və vəzifələri bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən aydın şəkildə ifadə olunub. Prezident İlham Əliyev Azərbaycanın əsas hissəsinin ayrılmaz tərkib hissəsi olan Naxçıvanla birləşdirilməsinin Azərbaycanın çoxdankı arzusu olduğunu qeyd edib. Bu fikirlərdə yalnız tarixi deyil, həm də dərin strateji məna var.

Bunu AZƏRTAC-a açıqlamasında israilli politoloq Yuri Boçarov deyib.

Politoloq bildirib ki, uzun illər Ermənistanın tətbiq etdiyi blokada səbəbindən Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasındakı coğrafi parçalanma əlavə iqtisadi, nəqliyyat və sosial məhdudiyyətlər yaradıb. Dayanıqlı və fasiləsiz quru əlaqəsinin yaradılması, sadəcə daha bir dəmir yolu və ya avtomobil yolunun çəkilməsi ilə məhdudlaşmır. “Burada söhbət yalnız yeni nəqliyyat xəttinin yaradılmasından getmir. Əslində, Cənubi Qafqazın bütövlükdə nəqliyyat bağlantısının və qarşılıqlı əlaqələrinin yeni arxitekturasının formalaşdırılmasından danışırıq. Bu baxımdan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında dayanıqlı quru əlaqəsinin yaradılması regional əməkdaşlıq və iqtisadi inteqrasiya baxımından da mühüm əhəmiyyət daşıyır. TRIPP-in əhəmiyyətini məhz bu kontekstdə qiymətləndirmək lazımdır. 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanmış Birgə Bəyannamədə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz multimodal nəqliyyat bağlantısının təmin edilməsi və bununla yanaşı, Trans-Xəzər marşrutunun mühüm həlqəsinin yaradılması məsələsi təsbit olunub. TRIPP-in reallaşması Orta Dəhliz üçün bir neçə baxımdan prinsipial əhəmiyyət daşıyır. İlk növbədə, Şərq–Qərb istiqamətində əlavə nəqliyyat oxu formalaşır. Beynəlxalq dəhlizin bir-birini tamamlayan marşrutlarının sayı nə qədər çox olarsa, onun etibarlılığı və dayanıqlılığı da bir o qədər yüksək olar. Bu, dəhlizin siyasi, infrastruktur və logistika risklərinə davamlılığını artırır və iri yükdaşıyan şirkətlər üçün onun cəlbediciliyini yüksəldir. Buna görə TRIPP-i mövcud marşrutların rəqibi kimi deyil, Mərkəzi Asiya, Xəzər regionu, Azərbaycan, Türkiyə və Avropa bazarları arasında tranzit sistemini gücləndirən əlavə bağlantı kimi qiymətləndirmək lazımdır”, – deyə israilli politoloq diqqətə çatdırıb.

O vurğulayıb ki, artıq söhbət yalnız siyasi bəyanatlardan deyil, konkret infrastruktur parametrlərindən gedir. Prezident İlham Əliyevin Naxçıvan dəmir yolunun yükgötürmə qabiliyyətinin hazırkı təxminən 1,5 milyon tondan 15 milyon tona çatdırılması ilə bağlı qarşıya qoyduğu vəzifəyə diqqət çəkən ekspert bu göstəricinin Naxçıvanın gələcək tranzit imkanları baxımından mühüm potensial yaratdığını bildirib. Prezident İlham Əliyev qeyd edib ki, bu layihələrin həyata keçirilməsindən sonra Naxçıvan “əvəzolunmaz nəqliyyat qovşaqlarından biri” ola bilər. Məncə, burada Naxçıvanın rolunda ən mühüm dəyişiklik baş verir. Tranzit ərazisi ilə ticarət-logistika mərkəzi eyni anlayış deyil. Tranzit ərazisindən yük sadəcə keçir. Logistika mərkəzi isə həmin yükün ətrafında bütöv iqtisadiyyat formalaşdırır: terminallar, anbarlar, paylama mərkəzləri, xidmət müəssisələri, emal, qablaşdırma, yığım istehsalı, maliyyə və sığorta xidmətləri, daşımaların rəqəmsal müşayiəti və digər fəaliyyət sahələri yaranır. Məhz bu əlavə dəyər regionda qalır, yeni iş yerləri yaradır və investisiyaları cəlb edir. Naxçıvanda logistika və sənaye inkişafı paralel deyil, bir-birini tamamlayan proseslər kimi nəzərdən keçirilməlidir. O qeyd edib ki, nəqliyyat axınlarının artması istehsal üçün yeni bazar yarada, istehsalın genişlənməsi isə öz növbəsində nəqliyyat dəhlizi üçün əlavə yük bazası formalaşdıra bilər.

Naxçıvanın inkişafında enerji amilinin xüsusi əhəmiyyət daşıdığını bildirən Y.Boçarov deyib: “Naxçıvan Günəş və hidroenerji sahəsində əhəmiyyətli potensiala malikdir. Hazırda Günəş elektrik stansiyaları, hidroenerji obyektləri və elektrik şəbəkəsinin modernləşdirilməsi istiqamətində layihələr həyata keçirilir. Prezident İlham Əliyev perspektivdə Naxçıvanda ən azı 500 meqavat Günəş enerjisinin istehsalının mümkün olduğunu, müvafiq ixrac imkanları yaradılacağı təqdirdə bu göstəricinin 1000 meqavata qədər yüksələ biləcəyini bildirib. Bu, Naxçıvanın enerji potensialının nəqliyyat və sənaye inkişafı ilə birləşdirilməsi baxımından mühüm imkan yaradır. TRIPP-in konsepsiyası da tədricən sırf nəqliyyat layihəsi çərçivəsindən kənara çıxaraq daha geniş infrastruktur bağlantısı xarakteri alır. Prezident İlham Əliyevin uzaqgörən şəkildə qeyd etdiyi kimi, perspektivdə söhbət yalnız dəmir və avtomobil yollarından deyil, elektrik enerjisi xətlərindən, fiber-optik kommunikasiyalardan, zərurət yarandığı təqdirdə isə neft-qaz infrastrukturundan da gedə bilər. Beləliklə, nəqliyyat dəhlizi XXI əsrin tammiqyaslı infrastruktur dəhlizinə çevrilə bilər”.

İsrailli politoloq vurğulayıb ki, Mərkəzi Asiya–Xəzər–Azərbaycan–Naxçıvan–Türkiyə–Avropa xətti boyunca daha geniş iqtisadi zəncir formalaşa bilər. Bu zəncirdə Naxçıvanın rolu yalnız periferik keçid məkanı ilə məhdudlaşmayacaq, nəqliyyat, enerji, sənaye, ticarət və müasir kommunikasiyaların birləşdiyi mühüm qovşağa çevrilə bilər: “Düşünürəm ki, növbəti mərhələnin strateji vəzifəsi məhz bundan ibarət olmalıdır: Naxçıvandan yalnız qatarlar və avtomobillər deyil, investisiyalar, enerji, texnologiyalar, yüksək əlavə dəyər yaradan məhsullar və yeni istehsal zəncirləri keçməlidir. Əgər bu baş verərsə, TRIPP-in reallaşması daha bir nəqliyyat marşrutunun açılmasından əhəmiyyətli dərəcədə böyük məna daşıyacaq. TRIPP uzunmüddətli perspektivdə bütün regionun iqtisadi transformasiyasının mühüm elementinə çevrilə, Azərbaycanın Avrasiyanın əsas nəqliyyat-logistika mərkəzlərindən biri kimi mövqeyini gücləndirə və Naxçıvana Xəzər, Cənubi Qafqaz, Türkiyə və Avropa arasında mühüm bağlantı qovşaqlarından biri kimi yeni iqtisadi rol qazandıra bilər. Bu baxımdan TRIPP-in əhəmiyyəti yalnız Naxçıvanın Azərbaycanın əsas ərazisi ilə birləşdirilməsi ilə ölçülməməlidir. Layihə daha geniş mənada Cənubi Qafqazın və Avrasiyanın nəqliyyat, enerji və iqtisadi bağlantılarının yeni mərhələsinə keçid üçün mühüm imkan yaradır”.

Müxbir - Səbinə Əlizadə

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada qarşıdurmalar baş verib, saxlanılanlar var

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə