“Tvente”nin baş məşqçisi: Bizi “Qarabağ”la finala bərabər iki oyun gözləyir
Bakı, 19 avqust, AZƏRTAC
Bizi qarşıda “Qarabağ”la finala bərabər iki oyun gözləyir. Bu komanda mənim üçün yeni rəqib deyil. “Lex”də işləyərkən Azərbaycan təmsilçisi ilə qarşılaşmışam.
AZƏRTAC xəbər verir ki, bu sözləri Niderlandın “Tvente” klubunun baş məşqçisi Con van den Brom UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri ilk oyundan əvvəl mətbuat konfransında deyib.
Mütəxəssis Ağdam klubunun son illər yüksək səviyyədə çıxış etdiyini bildirib: “Məhz bu amil “Qarabağ”ın keyfiyyətindən xəbər verir. Rəqibin heyətində fərdi bacarıqları yüksək olan xeyli sayda futbolçu var. Ehtiyatlı olmalıyıq. “Qarabağ” Cənubi Avropa və Cənubi Amerika köklərinə malik futbolçulardan qurulmuş komandadır və çox yaxşı oynayır. Topa sahib olmağa diqqət yetirir. Düşünürəm ki, bizim də şansımız var. Öz oyunumuzu göstərməliyik. Dominantlıq etməli, ev sahibi kimi oynamalıyıq. Azarkeşlərimizin də dəstəyi ilə qələbə qazanmaq istəyirik. Evdəki sərfəli nəticə gələn həftə üçün yaxşı vəziyyət yarada bilər. Ən yaxşı nəticəni əldə etmək üçün azarkeşlərimizə ehtiyacımız var”.
Qeyd edək ki, avqustun 20-də keçiriləcək “Tvente” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.08.2026 [18:03]
Azərbaycan taekvondoçusu Prezident Kubokunda bürünc medal qazanıb
- 19.08.2026 [17:59]
“Qarabağ”dan ayrılan Abdullah Zubirin yeni klubu bəlli olub
- 19.08.2026 [17:27]
İspaniyalı Formula 1 pilotu “Uilyams”la yeni müqavilə imzalayıb
- 19.08.2026 [16:36]
Qvineyalı futbolçu “Fənərbağça”dan ayrılıb
- 19.08.2026 [16:26]
Luka Modriçin qızı “Real Madrid”in akademiyasına keçib
- 19.08.2026 [15:18]
Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları bəlli olub
- 19.08.2026 [14:57]