İsveçrə Rusiyaya qarşı sanksiyaları genişləndirib
Bakı, 20 avqust, AZƏRTAC
İsveçrə Federal Şurası Rusiyaya qarşı Avropa İttifaqının 20-ci sanksiya paketindən əlavə tədbirləri təsdiqləmək qərarına gəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə İsveçrə hökuməti açıqlama yayıb.
Hökumətin açıqlamasına görə, məhdudiyyətlər avqustun 20-dən qüvvəyə minəcək.
Sənədə əsasən, Bern Rusiyada yerləşən qaz daşıyıcılarına, buzqıran gəmilərə və LNG terminallarına xidmət göstərməyə qadağalar tətbiq edəcək, eləcə də tankerlərin Rusiyaya satışına qadağa qoyacaq. Bundan əlavə, üçüncü ölkələrə tankerlərin satışı üzrə müqavilələrə artıq onların Rusiyada təkrar satışını qadağan edən bənd daxil edilməlidir.
Maliyyə sektorunda kriptovalyutaların mübadiləsi və köçürülməsi üçün Rusiya platformalarından istifadəyə, eləcə də müəyyən rəqəmsal aktivlərin inkişafına dəstək verilməsinə də qadağa qoyulub.
Mayın 22-də Bern Aİ-nin Rusiya əleyhinə sanksiyalarının 20-ci paketinin birinci hissəsini tətbiq edərək, Rusiyanın hərbi-sənaye kompleksi və enerji sektoru ilə əlaqəli 115 fiziki və 60 hüquqi şəxsi sanksiya siyahısına əlavə etmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
Hörmüz boğazında gəmi vurulub
- [14:13]
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]