CƏMİYYƏT


Azərbaycanlı xanım şərqşünas Ərəb Qadınlar Birliyinin Misir təşkilatının iclasında iştirak edib

Qahirə, 20 mart, AZƏRTAC

AMEA-nın Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Gülər Qafqazlı Qahirədə keçirilən Ərəb İxtisaslaşmış Qadınlar Birliyinin (USAW) iclasında fəxri qonaq qismində iştirak edib.

AZƏRTAC xəbər verir ki, iclas iştirakçıları azərbaycanlı xanım şərqşünası alqışlarla qarşılayıblar. Birliyin Misir təşkilatının sədri Hana Hamdi çıxışında qeyd edib ki, onun rəhbərlik etdiyi qurum Azərbaycanın uyğun strukturları ilə əməkdaşlıq etmək niyyətindədir.

G.Qafqazlı misirli xanımlara Azərbaycanda qadınların elm, təhsil və cəmiyyət həyatının digər sahələrində fəal iştirakı barədə ətraflı məlumat verib. O, ölkəmizdə zərif cinsin nümayəndələrinə göstərilən dövlət qayğısından da bəhs edib.

 

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.