CƏMİYYƏT


Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna gediş-gəliş məhdudiyyətləri aradan qaldırılır

Bakı, 8 sentyabr, AZƏRTAC 

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq edildiyi Bakı və Sumqayıt şəhərlərinə, Abşeron rayonuna sentyabrın 8-dən sərbəst gediş-gəliş mümkün olacaq.

AZƏRTAC xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən bu gündən başlayaraq Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunmuş məhdudiyyətlər şəhərlərarası və rayonlararası sərnişindaşıma istisna olmaqla aradan qaldırılır.

Qeyd edək ki, respublikamızda sanitar-epidemioloji vəziyyətə uyğun olaraq sentyabrın 8-i saat 00:00-dan bəzi sahələr üzrə əlavə yumşalma tədbirlərinin həyata keçirilməsi qərara alınıb.

Operativ Qərargah mövcud sanitar-epidemioloji vəziyyətdən irəli gələrək və virusa yeni yoluxma hallarına yol verməmək üçün bir daha hamını tətbiq olunmuş karantin rejiminin tələblərinə, tibbi-profilaktik qaydalara əməl etməyə çağırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.