STEAM layihəsi paytaxt üzrə 211 minə yaxın şagirdi əhatə edib
Bakı, 22 iyun, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 227 ümumi təhsil məktəbində STEAM layihəsi tətbiq edilib.
Layihə BŞTİ-nin tabeliyindəki məktəblərdə 7 812 sinif üzrə 211 minə yaxın şagirdi əhatə edib.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində keçirilən STEAM Azərbaycan Festivalında təhsil idarəsinin tabeliyindəki məktəblər üzrə 185 şagird fərqlənib. Onlardan 30 nəfər I, 54 nəfər II, 47 nəfər III yerə layiq görülüb. Həmçinin 54 şagird xüsusi nominasiyalar üzrə medal və hədiyyələr qazanıb.
Elm və Təhsil Nazirliyi tərəfindən reallaşdırılan layihənin məqsədi inkişaf etmiş ölkələrdə müasir çağırışlar əsasında həyata keçirilən təhsil yeniliklərinin ölkəmizdə tətbiqi imkanlarının öyrənilməsi və tədrisindən ibarətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:50]
Qədim Şəmkir şəhər yerində arxeoloji tədqiqatlar və yay məktəbi davam edir
- 07.08.2026 [16:37]
BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub
- 07.08.2026 [13:00]
Paytaxtda 7 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır
- 07.08.2026 [12:27]
Proqram mühəndisliyinə dair elmi əsərlərin xülasələr toplusu dərc edilib
- 07.08.2026 [12:03]
Gənc alim və tədqiqatçılar üçün yay düşərgəsi təşkil olunacaq
- 07.08.2026 [11:58]