Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sülh təhsili üzrə beynəlxalq uğur - Qlazqo Universitetində təhsil alan azərbaycanlı tədqiqatçı ilə MÜSAHİBƏ

London, 22 iyun, AZƏRTAC

Şotlandiyanın Qlazqo Universitetində doktorantura təhsili alan azərbaycanlı tədqiqatçı Samirə Həsənzadə fəaliyyətini sülh təhsili, barışıq quruculuğu və münaqişədən təsirlənmiş bölgələrdə uşaqlarla aparılan araşdırmalara həsr edib. O, bu yaxınlarda Avropa Təhsil Tədqiqatları Assosiasiyasının (EERA) “Gənc tədqiqatçılar üzrə ən yaxşı məqalə” mükafatına layiq görülərək bu uğuru qazanan ilk azərbaycanlı olub.

AZƏRTAC-a müsahibəsində Samirə Həsənzadə elmi fəaliyyəti, sülh təhsili sahəsində apardığı tədqiqatlar, Azərbaycan mədəniyyətinin xaricdə təbliği istiqamətində gördüyü işlər və gələcək planları barədə danışıb.

-Zəhmət olmasa, özünüz və akademik yolunuz haqqında məlumat verərdiniz. Sülh təhsili sahəsinə marağınız necə yarandı?

-İlk ali təhsilimi Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində almışam. Daha sonra uzun illər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (indiki Dövlət İmtahan Mərkəzi) müxtəlif vəzifələrdə çalışmışam və həmin dövrdən etibarən həyatımı təhsil sahəsinə bağlamışam.

“2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 2015-ci ildə Qlazqo Universitetində təhsil elmləri üzrə magistr dərəcəsi əldə etmişəm. Sonrakı illərdə Təhsil Nazirliyinin müxtəlif qurumlarında, Mədəniyyət Nazirliyində və digər təşkilatlarda fəaliyyət göstərmişəm. Beləliklə, peşəkar həyatım təhsil və mədəniyyət sahələrinin inkişafına həsr olunub.

2020-ci ildə II Qarabağ müharibəsinin başa çatmasından sonra, həmçinin dünyada baş verən münaqişələri, beynəlxalq siyasi prosesləri və tarixi hadisələri yaxından izləyərkən mühüm bir fikir formalaşdırdım: sülh mədəniyyəti insanlara erkən yaşlardan aşılanmalıdır. Təhsil, mədəniyyət, tarix və siyasət sahələrində qazandığım bilik və təcrübələr məni bu istiqamətdə araşdırmalar aparmağa sövq etdi. Xüsusilə düşündüm ki, yaradıcı və innovativ alətlər uşaqlarda və gənclərdə sülh dəyərlərinin formalaşdırılmasında mühüm rol oynaya bilər. Bu ideyanın elmi əsaslarını araşdırmaq məqsədilə 2024-cü ildə Qlazqo Universitetindən doktorantura səviyyəsində tədqiqat aparmaq üçün dəvət aldım. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın təqaüdünü qazanaraq Qlazqoya yollandım. Çox qürurverici bir haldır ki, araşdırmamı məhz Qlazqo Universitetində “UNESCO Chair” və araşdırma apardığım sahə üzrə ən qabaqcıl alimlərdən olan professor Alison Phipps və Yulia Nesterova ilə davam etdirirəm.

-Hazırda Qlazqo Universitetində hansı mövzu üzrə doktorantura tədqiqatı aparırsınız? Araşdırmanızın əsas məqsədi nədir?

-Hazırda Qlazqo Universitetində doktorantura tədqiqatçısı kimi fəaliyyət göstərirəm. Tədqiqat mövzum konflikt və münaqişədən təsirlənmiş bölgələrdə uşaqlara sülh təhsilinin tədrisi və bu prosesdə yaradıcı yanaşmaların rolunun araşdırılmasına həsr olunub. Araşdırmam çərçivəsində xüsusilə Azərbaycanın təcrübəsinə fokuslanaraq, münaqişədən sonrakı dövrdə uşaqların sülh, birgəyaşayış və qarşılıqlı anlaşma dəyərlərini necə mənimsədiklərini öyrənirəm.

Tədqiqatım təhsil, mədəniyyət və sülh quruculuğu sahələrinin kəsişməsini əhatə edir və məqsədim konflikt bölgələrində yaşayan uşaqlar üçün daha inklüziv, davamlı və effektiv sülh təhsili modellərinin formalaşdırılmasına töhfə verməkdir. Bu istiqamətdə beynəlxalq təcrübələri Azərbaycan konteksti ilə müqayisə edərək sülh mədəniyyətinin erkən yaşlardan inkişaf etdirilməsi üçün innovativ və yaradıcı metodların tətbiqi imkanlarını araşdırıram.

-Tədqiqatınızda münaqişə zonalarında sülhün tədrisi üçün incəsənət metodları araşdırırsınız. Bu yanaşmanın əsas üstünlükləri nədən ibarətdir?

-Tədqiqatımın əsas yanaşmalarından biri incəsənətin sülh təhsilindəki rolunun araşdırılmasıdır. Bu yanaşmanın əsas üstünlüyü ondan ibarətdir ki, konflikt və münaqişədən təsirlənmiş cəmiyyətlərdə insanlar arasında ünsiyyət həmişə yalnız dil vasitəsilə qurulmur. Bəzən fərqli dillərdə danışırıq, bəzən isə emosiyalarımızı, düşüncələrimizi və yaşadıqlarımızı ifadə etmək üçün kifayət qədər söz tapa bilmirik. Xüsusilə münaqişə və travma yaşamış insanlar üçün hisslərin verbal şəkildə ifadəsi çətin ola bilər.

Uzun illər ərzində apardığım müşahidələr və araşdırmalar göstərir ki, musiqi, rəssamlıq, teatr və digər incəsənət formaları insanların dili, dini, milli mənsubiyyəti və ya mədəni fərqlərindən asılı olmayaraq, onları bir-birinə yaxınlaşdırmaq gücünə malikdir. İnsanlar fərqli ola bilərlər, lakin incəsənətin yaratdığı emosional təcrübəni paylaşa və anlaya bilirlər. Bir çox tədqiqatçının da vurğuladığı kimi, incəsənət insanlar arasında körpü rolunu oynayaraq qarşılıqlı anlaşmanı, empatiyanı və dialoqu təşviq edir. Məhz bu səbəbdən müxtəlif yaradıcı və incəsənətyönümlü metodlardan istifadə etməklə uşaqlarda sülh, barışıq, qarşılıqlı hörmət və birgəyaşayış dəyərlərinin formalaşdırılmasında incəsənətin rolunu araşdırıram. Son dövrlərdə əldə etdiyim ilkin nəticələr göstərir ki, yaradıcı fəaliyyətlər uşaqların öz hisslərini ifadə etmələrinə, başqalarının baxışlarını daha yaxşı anlamalarına və sülhə dair təsəvvürlərini inkişaf etdirmələrinə mühüm təsir göstərə bilər. Hazırda bu nəticələrin daha dərin təhlili üzərində işləyir və araşdırmamı davam etdirirəm.

-Tədqiqatınız çərçivəsində əldə etdiyiniz nəticələrdən və ya maraqlı müşahidələrdən danışa bilərsinizmi?

-Hazırda doktorantura təhsilimin ikinci ilini uğurla başa vurmuşam və üçüncü ilinə başlamışam. Bu mərhələdə sahə tədqiqatımı tamamlamışam, əldə etdiyim məlumatların təhlili üzərində çalışıram. Buna görə də araşdırmanın konkret nəticələrini hələlik bölüşə bilmirəm. Lakin ümumi müşahidələrimi və bu prosesdə qazandığım təcrübələri paylaşa bilərəm.

Uşaqlarla işləmək həm son dərəcə maraqlı, həm də olduqca mürəkkəb bir prosesdir. Cəmiyyətdə uşaqlarla bağlı müəyyən stereotiplər mövcuddur. Çox vaxt düşünürük ki, uşaqlar kifayət qədər məlumatlı deyillər, onların yaşları mürəkkəb məsələləri anlamaq və təhlil etmək üçün uyğun deyil və böyüklər onlara hər şeyi öyrətməlidirlər. Lakin tədqiqat prosesində gördüm ki, bu yanaşma hər zaman reallığı əks etdirmir.

Uşaqlar dünyaya fərqli baxış bucağından yanaşırlar. Onlar ətraflarında baş verən hadisələri özünəməxsus şəkildə müşahidə edir, şərh edir və mənalandırırlar. Bəzən onların sadə görünən fikirləri və sualları böyüklərin diqqətindən yayınan mühüm məqamları üzə çıxarır. Hətta bəzi hallarda onların düşüncələri biz böyüklər üçün də öyrədici ola bilir.

Məhz buna görə tədqiqatımda uşaqları yalnız araşdırma obyekti kimi deyil, bilik istehsalının fəal iştirakçıları kimi görməyə çalışmışam. Tezisimdə də vurğuladığım kimi, mən artıq bu araşdırmada yalnız tədqiqatçı deyiləm. Bu işi uşaqlarla birlikdə həyata keçiririk. Onlar yalnız iştirakçı deyil, eyni zamanda, tədqiqatın formalaşmasına təsir göstərən tərəfdaşlar, müəyyən mənada isə mənim həmmüəlliflərimdirlər. Uşaqların səslərinin eşidilməsi və onların baxışlarının nəzərə alınması sülh təhsili sahəsində daha dərin və mənalı nəticələr əldə etməyə imkan yaradır.

- EERA-nın “Gənc tədqiqatçılar üzrə ən yaxşı məqalə” mükafatına layiq görülmüsünüz. Bu uğur sizin üçün nə ifadə edir? Mükafata layiq görülən elmi məqaləniz hansı mövzuya həsr olunmuşdu? Onun əsas nəticələri nədən ibarətdir?

-Bu mükafata layiq görülmək mənim üçün böyük qürur və məsuliyyətdir. Dünyanın müxtəlif ölkələrindən təqdim olunan tədqiqatlar arasında seçilərək bu mükafatı qazanan ilk azərbaycanlı olmaq xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, bu uğurda əməyi olan həmmüəllifim Dilara Özelə və praktik seminarın həyata keçirilməsinə dəstək göstərən Sevinc Rüstəmovaya təşəkkürümü bildirmək istərdim.

Mükafata layiq görülən məqalə Qlazqo Universitetində “UNESCO Chair”in təşkilatçılığı ilə keçirilən yaz məktəbi çərçivəsində təqdim etdiyim “Sülhə gedən sakit yol” adlı praktik seminarın nəticələri əsasında hazırlanıb. Seminarın məqsədi gələcəkdə uşaqlarla tətbiq etməyi planlaşdırdığım incəsənət əsaslı sülh təhsili metodlarını əvvəlcə böyüklərlə sınaqdan keçirmək idi. Tədqiqat göstərdi ki, müxtəlif mədəni və sosial mühitlərdən gələn insanların sülh, dialoq və qarşılıqlı anlaşma ilə bağlı yanaşmaları fərqlənə bilir. Xüsusilə böyüklərlə uşaqların reaksiyaları arasında maraqlı fərqlər müşahidə olundu. Bu nəticələri 2025-ci ildə EERA-nın Serbiyada keçirilən konfransında təqdim etdik və sonradan məqalə hazırlamaq üçün dəvət aldıq.

Bu mükafatı yalnız şəxsi uğur kimi deyil, həm də sülh təhsili sahəsində apardığım tədqiqatların beynəlxalq səviyyədə tanınmasının göstəricisi kimi qiymətləndirirəm. İnanıram ki, bu nailiyyət gələcək elmi fəaliyyətim və yeni layihələrim üçün mühüm imkanlar yaradacaq.

-Təşkil etdiyiniz sülh konfransları və mədəni tədbirlər haqqında məlumat verərdiniz. Bu tədbirlərin əsas məqsədi nə olub?

-Qlazqo Universitetində Azərbaycan Tələbə Cəmiyyətinin prezidenti kimi fəaliyyət göstərdiyim müddətdə bir çox tədbirlərin təşkili və həyata keçirilməsində iştirak etmişəm. Bu tədbirlərin əsas məqsədi Azərbaycanı, onun zəngin mədəniyyətini və dəyərlərini beynəlxalq auditoriyaya tanıtmaq olub. UNESCO ilə əlaqəli tədbirlər çərçivəsində Azərbaycan mədəniyyəti, dili və qonaqpərvərlik ənənələri ilə bağlı müxtəlif təqdimatlar və fəaliyyətlər təşkil etmişik. Məsələn, Azərbaycan dili kursları keçirmiş, iştirakçılara dilimiz və mədəniyyətimiz haqqında məlumat vermişik. Bununla yanaşı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə müxtəlif tədbirlər keçirmişik. Bu tədbirlərin bir qismi yerli və beynəlxalq mediada işıqlandırılıb və ölkəmizin tanıdılmasına töhfə verib.

-Xaricdə Azərbaycanın mədəniyyətinin tanıdılması istiqamətində həyata keçirdiyiniz fəaliyyətlərin əhəmiyyətini necə qiymətləndirirsiniz?

-Bir azərbaycanlı olaraq öz mədəniyyətimizlə böyük qürur duyuram və hesab edirəm ki, Azərbaycanın dünyaya təqdim edə biləcəyi çox zəngin dəyərləri var. Buna görə də iştirak etdiyim hər konfransda, akademik tədbirdə və beynəlxalq görüşdə ölkəmiz, mədəniyyətimiz və adətlərimiz haqqında danışmağa çalışıram. Mənə elə gəlir ki, insan öz ölkəsini yalnız sözlə deyil, həm də davranışları, fəaliyyəti və gördüyü işlərlə təmsil edir.

Bəzən maraqlı hallarla da qarşılaşıram. Elə olur ki, Azərbaycan haqqında danışdığım bəzi məqamları eşidən həmvətənlərimiz bunların bir hissəsinin bilmədiklərini dilə gətirirlər. Bu da mənə göstərir ki, mədəniyyətimizi nə qədər dərindən öyrənsək, onun zənginliyini bir o qədər yaxşı anlayarıq. Mədəniyyətimizə olan bağlılığım məni daim onun tarixini, adətlərini və mənalarını daha dərindən araşdırmağa sövq edir. Çalışıram ki, yalnız adətlərin özünü deyil, onların necə yarandığını, hansı dəyərləri daşıdığını və cəmiyyətimizdə hansı rolu oynadığını da öyrənim və başqalarına çatdırım.

-Xarici auditoriyanın Azərbaycan mədəniyyəti və tarixi ilə bağlı marağı hansı səviyyədədir?

-Mən bir məqamı xüsusilə vurğulamaq istərdim. Bəzən cəmiyyətimizdə belə bir fikir formalaşır ki, Avropa cəmiyyətləri daha inkişaf edib və biz onlara çatmaq üçün hələ uzun yol keçməliyik. Hətta bəzən öz milli kimliyindən və ya mədəniyyətindən utanmağa meyilli insanlar da olur. Məncə, bu, tamamilə yanlış yanaşmadır.

Avropada yaşayan, müxtəlif ölkələrdə olmuş və fərqli mədəniyyətlərlə yaxından tanış olmuş bir insan kimi deyə bilərəm ki, insanların sizə olan marağı məhz sizin özünüz olmağınızdan, öz mədəniyyətinizi necə təqdim etməyinizdən qaynaqlanır. İnsanlar sizi başqa bir xalqın nümayəndəsi olduğunuz üçün deyil, özünəməxsusluğunuza görə tanımaq və anlamaq istəyirlər. Əlbəttə, hər hansı bir ölkədə yaşayarkən onun qanunlarına, qaydalarına və ictimai normalarına hörmətlə yanaşmaq vacibdir. Lakin öz mədəniyyətinizi unutmaq və başqa bir mədəniyyətə bənzəməyə çalışmaq sizi həmin xalqın nümayəndəsinə çevirmir. Siz başqa bir ölkənin vətəndaşı ola bilərsiniz, amma əgər uşaqlığınız, gəncliyiniz və həyatınızın böyük bir hissəsi Azərbaycanda keçibsə, o torpağın dəyərlərini, xatirələrini və mədəniyyətini də özünüzlə daşıyırsınız.

Mən müxtəlif mədəniyyətləri müqayisə etdikcə daha çox anlayıram ki, Azərbaycan mədəniyyətində qoruyub saxlamalı olduğumuz çox gözəl ənənələr və dəyərlər var. Təəssüf ki, onların bəziləri zaman keçdikcə unudulur və ya xüsusilə gənc nəsil tərəfindən kifayət qədər tanınmır. Ancaq düşünürəm ki, bu dəyərləri yaşatmaq və gələcək nəsillərə ötürmək bizim üzərimizə düşən vacib vəzifələrdən biridir.

Mən də imkan daxilində Azərbaycan mədəniyyəti, adət-ənənələri, qonaqpərvərliyi və insanlarımızın dəyərləri haqqında xarici dostlarıma, həmkarlarıma və tələbələrə danışmağa çalışıram. Maraqlıdır ki, bu söhbətlərdən sonra insanların ölkəmizə marağı daha da artır. Demək olar ki, danışdığım insanların çoxu Azərbaycana səfər etmək, mədəniyyətimizi yaxından tanımaq və insanlarımızla ünsiyyət qurmaq istədiklərini bildirirlər. Onlar tez-tez deyirlər ki, eşitdikləri bu qədər gözəl hekayələrdən və dəyərlərdən sonra Azərbaycanı öz gözləri ilə görmək istəyirlər. Xüsusilə qonaqpərvərliyimiz haqqında danışanda bu maraq daha da artır. Bu cür reaksiyalar isə məndə böyük qürur hissi yaradır.

Xarici dostlarımdan biri xanımlarımızın gözəlliyini xüsusi vurğulayaraq demişdi ki, “Allah gözəllik monopoliyasını Azərbaycan qadınlarına verib”. Mən hesab edirəm ki, bizim fəxr edə biləcəyimiz çox məqamlar var. Mədəniyyətimizi yaşatmaq, onu düzgün təqdim etmək və gələcək nəsillərə ötürmək utanılacaq deyil, əksinə, qürur duyulacaq bir məsələdir. Əlbəttə, hər bir cəmiyyətdə olduğu kimi, bizim də problemlərimiz və inkişaf etdirməli olduğumuz sahələr var. Lakin inanıram ki, biz bu çətinlikləri birlikdə həll etmək gücünə malikik. Əsas olan öz dəyərlərimizi tanımaq, onları qorumaq və gələcəyə daşımaqdır.

-Gələcək elmi və peşəkar planlarınız nələrdir? Doktorantura təhsilinizi başa vurduqdan sonra fəaliyyətinizi hansı istiqamətdə davam etdirməyi düşünürsünüz?

-Gələcəklə bağlı elmi planlarım kifayət qədər genişdir. Əsas məqsədim sülh təhsili, barışıq quruculuğu və konflikt sonrası cəmiyyətlərin inkişafı sahəsində araşdırmalarımı davam etdirmək və bu bilikləri praktik layihələrə çevirməkdir. Hesab edirəm ki, Azərbaycanda da doktorantura təhsilinin mahiyyəti və elmi tədqiqatın rolu haqqında daha geniş müzakirələrə ehtiyac var. Elmi araşdırmaların inkişafı, tədqiqatçıların dəstəklənməsi və akademik mühitin gücləndirilməsi istiqamətində görüləcək işlər hələ də çoxdur. Güclü elmi potensialın formalaşması üçün tədqiqat fəaliyyətinə daha çox diqqət ayrılması vacibdir. Gələcəkdə beynəlxalq təşkilatlar, universitetlər və tədqiqat mərkəzləri ilə əməkdaşlıq edərək sülh təhsili və barışıq quruculuğu sahəsində layihələr həyata keçirməyi planlaşdırıram. Xüsusilə münaqişədən təsirlənmiş bölgələrdə uşaqlar və gənclərlə işləyərək elmi bilikləri praktik fəaliyyətə çevirmək istəyirəm.

Hazırda beynimdə bu istiqamətdə bir sıra layihə ideyaları formalaşıb və ümid edirəm ki, gələcək illərdə onların bir hissəsini həyata keçirmək mümkün olacaq. Mənim üçün ən vacib məsələlərdən biri isə əldə etdiyim bilik və təcrübəni həm beynəlxalq səviyyədə paylaşmaq, həm də Azərbaycanı elmi və peşəkar fəaliyyətim vasitəsilə layiqincə təmsil etməkdir. İnanıram ki, elm, təhsil və mədəniyyət vasitəsilə insanlar arasında daha güclü körpülər qurmaq mümkündür.

-Xaricdə təhsil almağı arzulayan gənc azərbaycanlılara hansı tövsiyələri vermək istərdiniz?

-Xaricdə təhsil almağı düşünən tələbələrə və ümumilikdə bütün gənclərə ilk tövsiyəm kritik düşünmə bacarığını inkişaf etdirməkdir. Bu bacarıq yalnız akademik həyatda deyil, gündəlik həyatda da çox vacibdir. Bu gün informasiya bolluğu şəraitində doğru ilə yanlışı ayırd etmək getdikcə çətinləşir. Buna görə də hər məlumatı dərhal qəbul etmək əvəzinə, onun mənbəyini və məqsədini araşdırmaq vacibdir. Elm və təhsil bizə sual verməyi, araşdırma aparmağı və hadisələrə fərqli baxış bucaqlarından yanaşmağı öyrədir.

Xüsusilə gələcəkdə doktorantura təhsili almağı düşünən tələbələrə tövsiyə edərdim ki, seçəcəkləri sahədə mövcud tədqiqatları diqqətlə araşdırsınlar. Elmdə ən vacib məsələlərdən biri artıq məlum olanları təkrarlamaq deyil, yeni bilik yaratmaq və mövcud boşluqları müəyyənləşdirərək onları doldurmağa çalışmaqdır. Məncə, uğurun əsas şərtlərindən biri düşünməyi, sual verməyi və öyrənməyi bacarmaqdır. Çünki elm yalnız mövcud bilikləri mənimsəmək deyil, həm də yeni ideyalar irəli sürmək və cəmiyyət üçün faydalı həll yolları axtarmaqdır.

-Azərbaycanla bağlı gələcək akademik və ictimai fəaliyyət hədəfləriniz barədə nə deyə bilərsiniz?

-Əslində, mən çox istərdim ki, gələcək fəaliyyətimlə Azərbaycanda akademik mühitin inkişafına töhfə verə bilim. Hesab edirəm ki, güclü elmi mühitin formalaşması hər bir ölkənin uzunmüddətli inkişafı üçün vacib amillərdən biridir. Bu istiqamətdə müəyyən çətinliklər və çağırışlar mövcuddur. İnanmaq istərdim ki, elmə və tədqiqata verilən dəyər artırılacaq və bu sahə düzgün istiqamətdə inkişaf etdiriləcək. Çünki yalnız o zaman müsbət dəyişikliklər baş verə bilər.

Gələcəklə bağlı əsas məqsədlərimdən biri Azərbaycanı beynəlxalq akademik mühitdə layiqincə təmsil etmək, elmi fəaliyyətim vasitəsilə qlobal proseslərə töhfə vermək və əldə etdiyim bilikləri cəmiyyətin faydasına yönəltməkdir. Xüsusilə sülh təhsili, barışıq quruculuğu və konfliktlərin transformasiyası sahələrində fəaliyyətimi davam etdirməyi planlaşdırıram. İnanıram ki, müasir dünyada bir çox mürəkkəb problemlərin həlli yalnız dövlətlərin deyil, eyni zamanda alimlərin, tədqiqatçıların, müəllimlərin və vətəndaş cəmiyyətinin birgə səyləri nəticəsində mümkün ola bilər. Buna görə də gələcəkdə müxtəlif beynəlxalq layihələrin həyata keçirilməsində iştirak etməyi, fərqli ölkələrdən olan həmkarlarımla əməkdaşlıq etməyi və əldə etdiyimiz elmi nəticələri praktik fəaliyyətə çevirməyi qarşıma məqsəd qoymuşam.

Ümid edirəm ki, bu fəaliyyətlər vasitəsilə həm mövcud münaqişələrin nəticələrinin aradan qaldırılmasına, həm də gələcəkdə yeni konfliktlərin qarşısının alınmasına müəyyən töhfə verə biləcəyəm. Mənim üçün ən böyük uğur yalnız elmi nəticələr əldə etmək deyil, həmin nəticələrin insanların həyatına müsbət təsir göstərməsi və daha dinc, daha ədalətli bir dünyanın qurulmasına xidmət etməsidir.

Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

ADU-da “Türk dili və ədəbiyyatının tədrisi” IV Beynəlxalq simpoziumunun açılışı olub

Akif Quliyev: 16 nəfərə aid qalıqlar götürülüb və məhkəmə tibbi ekspertizaya təhvil verilib

ADU rektoru: Simpoziumun əsas məqsədlərindən biri gənc alimlər arasında elmi əlaqələrin qurulmasıdır

Dövlət Xidmətinin vəzifəli şəxsinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib

Ekspert: Bakıda əmlak qiymətlərinin yüksək olmasında infrastruktur imkanları əsas amillərdəndir

Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb

“Axios”: ABŞ ordusuna İrana hücum üçün hazırlıqlı olmaq əmri verilib

Medef: Fransa dövlət xərclərini azaltmalıdır

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir YENİLƏNƏCƏK

Yenilənmiş qanunvericilik Texnopark rezidentlərinin sayını iki dəfə artırmağa imkan verəcək - ŞƏRH

Azərbaycanla İspaniya arasında siyasi məsləhətləşmələrin 5-ci raundu keçirilib

Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb

“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı artıb

Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək

Rəqəmsal texnologiyalar türk dili və ədəbiyyatının tədrisində: yeni imkanlar və çağırışlar

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi davam edir

İribuynuzlu heyvanların aqrar sığortası fermerlərə maliyyə risklərindən qorunmağa imkan verir

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Bu gün Nizami rayonunun bir sıra ərazisinə qazın verilişi dayandırılacaq

Azərbaycan Beynəlxalq Telekommunikasiya Peyk Təşkilatının Məşvərət Komitəsinə yenidən üzv seçilib

Azərbaycan və Mərkəzi Asiya: Xəzər üzərindən genişlənən tərəfdaşlığın yeni mərhələsi TƏHLİL

Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi

Litva Hərbi Akademiyasının nümayəndə heyəti ölkəmizdə səfərdə olub

Səməd Vurğunun oğlu: Ola bilsin, Stalinlə söhbəti Səməd Vurğunu repressiyadan xilas edib

Bakının və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında mübarizəyə başlayır

Astara Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitə aşkar ediblər

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Bəzi rayonlarda elektrik enerjisinin verilişində fasilələr olacaq

Azərbaycan nefti 4 faizədək bahalaşıb VİDEO

Azərbaycan nefti 4 faizədək bahalaşıb VİDEO

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

Şəkinin tarixi məkanları və görməli yerləri ukraynalı uşaqlarda xoş təəssürat yaradıb

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim dalğasına qeydiyyat başladı

Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb VİDEO

Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb VİDEO

Everesti fəth edən ilk azərbaycanlı qadın alpinist: Ultramarafon mənim üçün böyük təcrübə olacaq

Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib

Ukraynanın Priluki şəhərinə endirilən zərbə nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb

Nazirlik rəsmisi: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçı sayı ötən illə müqayisədə artıb

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans davam edir

III Beynəlxalq Xankəndi Ultramarafonuna Qəbələdə start verilib YENİLƏNİB

Bakının bəzi yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb

CNN: Fransanın maliyyə problemləri Avropada ciddi böhrana səbəb ola bilər

Bu gün Ümumdünya Görmə Günüdür

Alimlər çox qəhvə istehlakı ilə sümük sıxlığı arasında əlaqə aşkarlayıblar

İlk dəfə məməlilərin populyasiyasının bərpası üçün Günəş elektrik stansiyasından istifadə edilir

“Nokia” Finlandiyada 250-dən çox iş yerini ixtisar etməyi planlaşdırır

“Blue Origin” kosmosda məlumat mərkəzlərinin yerləşdirilməsi üzərində işləyir

Suriya Yəmən müharibəsinə qoşulma ilə bağlı yayılan xəbərləri təkzib edib

Barro Trampın Fransadakı lisey aksiyaları ilə bağlı sözlərinə cavab verib

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş