“İNAN MƏNƏ” TAMAŞASININ PREMYERASI OLACAQDIR
Teatrın bədii rəhbəri, əməkdar incəsənət xadimi Hüseynağa Atakişiyev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, xəstəxanalarda, məktəblərdə rüşvətxorluğu, korrupsiyanı, qanunsuzluğu, hegemonluğu və narkomanlığı kəskin tənqid edən, günümüzün bəlalarını açıb göstərən, bizi onlarla mübarizə aparmağa səsləyən və həyəcan təbili çalan bu pyes gənc dramaturqların 1985-ci ildə keçirilmiş Ümumittifaq müsabiqəsinin laureatı olmuş və xüsusi mükafata layiq görülmüşdür.
Tamaşanın quruluşçu rejissoru əsərin müəllifi Ağalar İdrisoğlu, quruluşçu rəssamı isə Fazil Məmmədovdur. Əsas rolları Nərgiz Nəsibova, Natiq Aslan, Dilarə Fərəcullayeva, Lətafət Məmmədova, Elşən Hacıbabayev və başqaları oynayırlar.
Pyesin ilk tamaşası martın 5-də olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [14:06]
Çinli tələbələr “Bizim Cəbiş müəllim”dən fraqmentlər səsləndiriblər VİDEO
- 05.06.2026 [11:37]
“Vətənimdir Azərbaycan!” layihəsinin ilk tədbiri təşkil olunub
- 05.06.2026 [11:23]
Gənc rəssamın növbəti uğuru
- 05.06.2026 [10:57]
Bu gün görkəmli şair Mikayıl Müşfiqin doğum günüdür
- 05.06.2026 [10:53]
Aşqabad Azərbaycan mədəniyyətini qarşılayır
- 05.06.2026 [10:37]